Страница 4 из 7 · 43%

Xalıqın o palıd kötüyünün üstündə, çəki daşlarının arasında bir nal varıydı. At nalı. Ortasına qurğuşun yapışdırılmışdı. Təxminən yarımkiloluq daş qədər, yastı qurğuşun.

Dəfndən qayıdanda gördüm kişmiş yığışdırılıb yerdən. Çəki daşları da haman yerə qoyulmuşdu, kötüyün üstə. Tək o nal yoxuydu!

Sonralar gözüm axtardı, nə Çax-çux Xalıqın özünü gördüm, nə də o qurğuşunlu nalı. Mən yəqin bilirəm, lap dəqiq bilirəm ki, atam maşınnan vurub kötüyü aşırıb kişmişi dağıdanda qatil ordaymış, cəmaatın arasında. Nalı götürüb, minib maşına... – Səməd istər-istəməz meşə ətəyinə, haman saqqız ağacına tərəf boylandı.

– Deyirsən yəni Xalıq?! – Qılınc Qurbanın bəbəkləri qığılcımlanırdı.

Səmədin gözləri isə gərgin və durğundu.

– Yox... İkicə gün bundan əvvələ qədər Çax-çux Xalıqı şəksiz-şübhəsiz qatil sayırdım mən... Atam kişmişi dağıdanda idarədəydim. Pəncərədən baxırdım. Kişmişi dağıdandan sonra Qudalı Rəhimin evi tərəfə getdi maşın, məhlənin o biri evlərinin, ot tayalarının aralarında o yan-bu yana şığıdı. Atam tez-tez qapıdan boylanırdı, deyəsən kimisə axtarırdı. Əmma heç kəs yoxuydu o yanda. Təkcə Xalıqıydı, maşının böyrüncə yüyürürdü, atama yalvarırdı, atam da söyürdü onu. Sonra bu yana, yola tərəf buruldu maşın. Xalıq görükmədi daha...

– Demək Xalıq?!

– Yox, Qurban əmi, yox!.. Gecə orda, stolun dalında yatanda bir röya gördüm. Gördüm Xalıqın daxmasında kişmiş yeyirəm, zəhər dadır kişmiş. Zəhər verib Xalıq mənə. Əmma qatil deyil... Bakıdan bir vaqonda gəldik onnan...

– Xalıqnan?

– Hə... Srağagün. Əmimin evləndiyini Bakıda dedi o mənə. Kimnən evləndiyini demədi. Niyə? Başa düşmürəm... Yəqin ona görə ki, desəydi, daha söhbət eliyəmməzdi mənnən. Sonra kupeyə gəldi. Orda da çox müəmmalı şeylər dedi. Mən görən Xalıq deyil bu Xalıq. Tamam başqa adamdı. Əlaqələri genişlənib. Çox mürəkkəb, təhlükəli adama oxşayır indi Çax-çux Xalıq. Hərdən fikirləşirəm ki, bəlkə elə çox dəyişdiyinə görə daha qatil görmürəm mən onda? Əmma o deyil. Məlum deyil qatil. Xalıq şübhəsiz tanıyır onu. Mənə elə gəlir ki, qatil ordan, kötüyün üstündən nalı götürəndə qorxub Xalıq. Qorxub ki, hadisə yerində qalar o nal, ələ düşər... Cənubumuzda Məhəmməd Əmir, Ağ Əmir, Boz Əmir kimi gizlin iş adamlarının gizlin işləri barədə məlumat toplamağa göndərilən kəşfiyyatçı, şübhəsiz hazırlanmış adamdı. Bu tayda Gülənovnan, Sayılovnan işləyir, demək, kriminalistikadan-zaddan başı çıxır. Ona görə də qorxuya düşüb, maşının yanınca yüyürə-yüyürə çalışıb ki, nalı alsın qatildən. Alammayıb, əlbəttə... Kupedə dedi: “Avariya günü yaradı ürəyimdə”... Bunu başa düşürəm. Qurğuşunlu nal məşhur naldı. Kimə göstərsən, o saat deyər Xalıqındı. Üstündə də Xalıqın əlinin izi. Lazım gəlsəydi sübut eliyə bilərdilər ki, Xalıqdı qatil, kişmiş dağılanda nalı götürüb, minib maşına, saqqız ağacına çatana qədər maşında olub, orda nalı geridən çaxıb sədr Mədədin sağ gicgahına, rulu burub, maşın çevrilənə yaxın atılıb qaçıb... Çox asanca sübut eliyə bilərdilər. Əmma eləməyiblər. Açıq-aydın qəsd işi!.. Bir səhifə kağız yazılıb, atılıb arxivə. Əmim də razılaşıb o kağıznan! Necə yəni “qəsd işi deyil?!” Terrordan söhbət gedir burda! Söz-söhbətinizdən tamam aydındı ki, xalqın elminə, dilinə, tarixinə terror elan olunub! Sədr Mədədin ölümü “qəsd” deyil?!

Yeddi il səkkiz ayda aramsız fikir-zikrimi az-çox durulanı budu indi. Kiməsə danışmalıydım bunu mən. Danışdım budu!..

Qılıncın gözlərindən qıyıqlıq getmirdi.

– Bə niyə indi danışırsan?! Əmiyin o “qəsd işi yoxdu” sözlərini niyə indi deyirsən?!

– Məsələ də elə bundadı, Qurban əmi...

Üç sual var beynimdə.

Birinci sual: Kim öldürüb? Bunu tapmaq çətin olar. Həm vaxt uzanıb. Həm də o “Şüşəli pavilyon” adında düşmən ştabı yaranıb.

İkinci sual: Niyə öldürüb? Elmə görədi, şübhəsiz! Əmimi, səni, Xızr Abını, Çürüyü, o gedən KQB polkovnikimizi – Saşanı... Ümumiyyətlə, hamınız niyə susmusunuz?!

Üçüncü sual: Bu anlaşılmaz sükut sizin xeyrinizədirsə, yəni susmaq lazımdısa, məndən niyə gizlədirsiniz?!

Tabutu açmağa qoysaydılar, çox şübhələnməzdim bəlkə də. Gülənov da “Açma” dedi, əmim də. Sonra qəbiristanda gördüm qocalar atamın yarasını gizlədirlər. Tək məndən yox, cəmaatdan da gizlədirlər. Aydınca gördüm, başa düşdüm ki, atama qəsd olunduğunu çox adam bilir, əmma hamı dilini dişiynən tutur, çünki bir nəfərin bir nəfərə qəsdi deyil bu qəsd, elə işdi ki, hamı susmalıdı. Niyə açmırsınız mənə ki, mən də bilim və susum?!

O qurğuşunlu nalı bu yeddi il səkkiz ayda ürəyimdə qurğuşun kimi gəzdirmişəm, heç kəsə heç nə açmamışam. Gözüm nalı axtarıb həmişə. Qatili xəyalımda dəfələrlə ifşa eləmişəm, yaxasından yapışıb aparıb təhvil vermişəm. Xəyalımda! Həyatda isə heç nə eləməmişəm. Çünki nə qədər “qan-qan” desəm də, qaynayıb coşsam da, ürəyimin dərinliyində həmişə duymuşam ki, əslində, nə nalın tapılmağını istəmişəm, nə də qatilin ifşasını. Çünki ifşa mənim “qəsd işi yoxdu” deyən idealımı ifşa eliyə bilər, Qurban əmi! Sən duyursan məni. Duyursan! Qəsd işi açılsaydı, sizin məndən gizlətdiyiniz sirr də açıla bilərdi, əmim etiraf məcburiyyətində qalıb, etiraf eləməli olardı ki, düşmənnən kompromisə gedib, inayətin üstünü örtüb. Bəli! Hamınız örtmüsünüz! Dəli Səmədəm mən, dilimi dişimnən tutmaq qabiliyyətim yoxdu. Açıq deyirəm: cinayəti gizlədənlərin hamısı iştirak eləyib cinayətdə!

Deyirsən “səcdəgahın olmalıdı”. Bu qurğu quran murdarların mühitində ideal saflıq, əlbəttə, qeyri-mümkündü. Əmma nə vaxt dərk elədim bunu mən? İndicə! Sən danışanda! Bu ötən yeddi il səkkiz ayda, dünən, bu səhər, lap beş dəqiqə bundan əvvəl faciə içindəydim mən! O kupedə əmimi ifşa eliyəndə Xalıq deyirdi: “Əsasım var”. Mənim faciəmin də əsası var: idealım qadın zorlayıb deyirəm! Bəraət vermə buna! Vermə! Bu hərəkəti məndən gizlətdiyiniz hərəkətin üstünə gəlib cəlladdan da betər, alçaq adama çevirib əmimi! Abı kimi sən də, necə deyərlər, azacıq aşın duzu deyilsən, analiz verdin, xeyli yüngülləşdirdin dərdimi. İndi yoxdu bayaqkı faciə. Mübaliğəsiz deyirəm, yoxdu. O qadının gözləri var gözümün qabağında. Öz fağırlığına, məzlumluğuna görə zalımlar əlində oyuncağa dönən zənənin bədbəxtliyi var! Bir də... Gizlətmirəm səndən, ağır itki hissi var, Əlləzoğlu nədi?! İnsanın istəyi – bütün varlığıdı! Varlığımı itirmişəm mən! Niyə gizlədim?! Sultan Əmirlini xoşbəxt eləmək istəyirdim dünən. Həqiqətən gördüm mən dünən. Deyirdim gücüm çatar, yanğımı basdalıyaram içərimdə. İndi bu itki daha pis üzür məni! Əmma... bayaq “Ölmüşəm” deyəndə nəzərdə tutduğum faciə isə yoxdu. Yanan Vətənimi görmürdüm! Qırılan xalqımı görmürdüm! Sədr Mədədin iki vətənli durnalarını görmürdüm! Belə dəhşətli böyük faciə içində əmimi yenidən göstərdin sən mənə. Saşa Babayev bilirmiş kimə tapşırmaq lazımdı mənnən danışmağı!.. Abı babam peyğəmbər kimi adamdı. Əmma o Şüşəli pavilyon barədə danışmalıydı o mənə... Əmimnən bərabər səni də yenidən gördüm. Kimin ağlına gələr ki, hətta Qılınc Qurbanı da çirkaba batırıblar bu murdarlar?! Qıymat kimi uca qadının barəsində də söz deyiblər! Doğrudan da, xəbərim yoxuymuş dünyadan. Kömək elə mənə, əgər mümkünsə, bu nalı, bu qurğuşun yükünü də çıxardım ürəyimdən. Fakt özlüyündə dəhşətli faktdı axı! Qardaşının qanını batırıb!.. Özü də gördüyünə göz yummaqnan yox, saxta “zaklyuçeniye”ni şüurlu təsdiq eləməknən batırıb Mədəd Əmirlinin qanını! Nədi bu?! Mənəvi iflas deyirlər belə kompromissə. Əmma əmimə yaraşdırmamışam mən “iflas” kəlməsini. Ağlıma gəldikcə dərhal atmışam beynimdən bu kəlməni. Səbəbini dedim sənə, ifşadan qaçmışam. Əmimin hər şeydən əvvəl, məhz uca mənəviyyatıynan fəxr eləmişəm mən həmişə, üstünə toz qonmağını da istəməmişəm. Hətta Mirqəzəbnən telefon danışıqlarından sonra necə sındığını, necə əyildiyini görəndə də, həmişə yenilməz saymışam əmimi.

İndi ayıq düşünmək istəyirəm. Ən acı həqiqəti də çəkinmədən deyə bilərsən. Bu vaxta qədər soruşmamışam, indi də soruşmuram ki, necə olub razılaşmısınız o cür sənədnən. Dəhşətə gəlirəm, deyirəm Qılınc Qurban hara, o cür cinayəti ört-basdır eləmək hara?! Əmma bunu da soruşmuram səndən. Bircə şeyi dəqiq bilməliyəm mən: əmim niyə o hala düşdü o ləkəni görəndə süfrədə?! Qardaşının yarasını gördü, dözəmmədi? Əgər belədisə, bəs Çürüknən Abının “Zarıncı”sı niyə yaş çıxartmadı gözündən?! Heç olmasa köyrəltmədi! Niyə o cür yatdı?! Daş kimi!

Əzabımı duyursanmı, Qurban əmi?!..

Bayaq sən vəhşi düşmənə qalib gəlməyə qabil güclü adam göstərdin mənə və mən başa düşdüm o dəhşətli adamın o gücünü. Deyəsən çox böyük faciələr gözləyir bu bədbəxt xalqı. Məhz buna görə də hər cür dəhşətə dözür Sultan Əmirli ki, səlamət qalsın, mübarizələri davam elətsin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Süleyman padşahın xəzinəsi 3

Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.

30 мин
Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 мин
Süleyman padşahın xəzinəsi 5

Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

28 мин
Süleyman padşahın xəzinəsi 6

Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?

31 мин

Стихи других поэтов

Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə

Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və

Месихи5 мин
Yar

Mən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,

Мескин1 мин
Sirri-eşqi demək olseydi, nihan etməz idim

Sirri-eşqi demək olseydi, nihan etməz idim,Dəxi gizlin bu qədər ahu fəğan etməz idim.

Мирза Абдулхалиг ЮсифГазель1 мин
Gəraylı: Xalxalın göy çəmənində

Xalxalın göy çəmənində,Bir qara tel pəri gördüm,

Халифа Мухаммед Аджиз из Гырхбулага1 мин