Страница 11 из 15 · 67%

Fikri bu yerə atanda Nurcabbar qəddini düzəldib, köks ötürdü. Daxilində bir boşluq duydu. Sonra bu boşluğu ümidsizlikdən, əlacsızlıqdan doğan qüssə dalğası bürüdü. Bu, Nurcabbarın yaxşı tanıdığı, illərlə ürəyində gəzdirdiyi, hərdən çıxıb, hərdən batan, lakin ağrısız, göynərtisiz bir qüssə idi. Dişsiz, zəhərsiz ilan kimiydi – çalmırdı könül bulandırırdı.

Bağır buzovu əmizdirdi, mayalandırdı, sonra aparıb komaya qoydu...

Onlar Dədə palıdın altındakı çarpayıda oturub çörək yeyəndə gecə yarı olmağa az qalmışdı. Ay meşənin üstünə ağappaq şəfəq salmışdı. Koma da apaydın görünürdü, ağıl da, ağıldakı heyvanlar da. Meh əsmirdi, bir yarpaq da tərpənmirdi, elə bil burda təbiət nəfəsini içinə çəkib susmuşdu.

Bağırın da, Nurcabbarın da qulaqları bu sükuta alışmışdı, onu pozmağa hələm-hələm səy də eləmirdilər, çünki bu sükutdan darıxmırdılar, bezikmirdilər. Meşəyə, meşənin iliklərə dinclik gətirən səssizliyinə elə öyrəşmişdilər ki, daha tünlüyə, qələbəliyə uyuşa bilmirdilər.

Bağır çörəyi iştahla yeyirdi, amma Nurcabbarın yediyi canına yatmırdı, çünki könül bulandıran, dişsiz, mənasız qüssə hələ içindən tamam çəkilib getməmişdi. Pomidoru bir ovurdundan o biri ovurduna ötürüb damağı ilə əzəndə, əmzik soran körpə kimi ağzından marçıltı qopurdu... Yemək də, marçıltı da Nurcabbarı təngə gətirdi. Nurcabbar “Avrora” yandırıb mütəkkəyə dirsəkləndi, istədi ürəkaçan bir şey barədə fikirləşib, içindəki qüssəni qovsun, ağcaqanadlar macal vermədi. Nurcabbar ağcaqanadın sancmağından qorxmurdu, səsindən qorxurdu. Bu balaca zəhər tuluğunun zəhlətökən vızıltısını boynunun ardında eşidəndə bütün bədəni gərilirdi. Ağcaqanadların adda-budda hücumuna gündüz birtəhər dözmək olurdu, elə bil ki, axşam düşürdü, elə bil dünyanın bütün ağcaqanadlarını yığıb tökürdülər bura və ağcaqanadlar adamı yandırıb tökən, iynəli xortumlarını işə salırdılar. Bunun dərdindən Nurcabbar gecələr komada yatırdı, orda ağcaqanad çöldəkinə nisbətən az olurdu, adamın gözlərinə, burnunun deşiklərinə soxulmurdu.

Nurcabbar əlini atıb boynunu şappıldatdı, alnını şappıldatdı, çənəsini qanı çıxanacan qaşıdı, sonra keçdi ayağının altını qaşımağa, nə qədər qaşıdısa da buranın gicişməsini kəsə bilmədi. Ayağın altı bədənin ən qalın yeridi, ha qaşı, xeyri yoxdu, elə bil ağacı, daşı qaşıyırsan. Nurcabbar yavaş-yavaş bütün ayağına yayılan bu göynərtini, yanğını unutmaq üçün fikrini dağıtmağa çalışdı. Üzünü Bağıra tutub kefi durulmuş adam səsiylə soruşdu:

Sən bilən bu meşə necə əmələ gəlib?

Bağır axırıncı tikəsini boğazından ötürüb udqundu. İndiyəcən ona belə sual verən olmamışdı. Heç Bağır özü də bu meşənin necə əmələ gəlməyi barədə indiyəcən düşünməmişdi. Əvvəlcə istədi desin: “Allah yaradıb bu meşəni”, ancaq fikirləşdi ki, səfeh cavabdı, bu, belə desə, Nurcabbar onu lağa qoyub gülər.

Bağır bir az götür-qoy eləyib, ağlı kəsən cavabı verdi:

– Meşəni burda Kür salıb, – dedi. – Kür lap qədimdən var, amma meşə sonralar düşüb. Kür daşıb, tökülüb buralara, suyun da içində ağac toxumu-filandı. Yaş torpaq ola, toxum ola – cücərər, cücərməz?

Nurcabbar siqaretini sümürdü. Siqaretin odu kişinin donqar burnunun ucunu, xırda gözlərini zəif, qırmızımtıl şəfəqə boyayıb söndü. Və Bağır onun bir anlığa işıqlanmış gözlərində razılıq ifadəsi görüb sevindi.

Bağırın cavabı Nurcabbarın yadına Kürün kükrəyib – çağlayan vədələrini saldı. Əvvəllər yaman daşardı Kür. Yaz gələndə öhd eləmək olmurdu onnan. Dəliliyi necə tuturdusa, ürcahına çıxanı döşləyib aparırdı. Budey, gözümüzün qabağındakı bu Yastıyol kəndini Kür neçə dəfə dağıdıb? Kürün qabağını almaqçün rayondan əli bel tutanları yığıb tökərdilər bura. Hamı mitil-şitilini də gətirərdi. Neçə gün gecə-gündüz əlləşərdilər, Kürə bənd atardılar. Kür indi səngiyib, indi dilini qoyub qarnına. Mingəçevir tikiləndən sonra köpü alınıb Kürün. Əvvəllər dəlivurğun vurmuşun biriydi bu. Yetdiyinə yetirdi, yetmədiyinə bir daş atırdı.

Nurcabbar siqareti çarpayının qırağına basıb, əzdi, üzünü Bağıra tutub:

– Nağılın dalını oxuyummu? – dedi.

Bağır günahkar adam təkin mat-mat Nurcabbara baxdı. Necə olub ki, nağılın yarımçıq qaldığı yadından çıxıb? Bağır:

– Di başla, sən Allah, – dedi. – Nigaran qalmışam, görüm bunun axırı hara gedib çıxacaq.

Nurcabbar sevincini büruzə vermək istəməyən adamsayağı, səsi boğula-boğula soruşdu:

– Bağır...doğrudan...xoşuna gəlib?

Bağır əlini sinəsinə qoydu:

– Bircə balamın başı haqqı xoşuma gəlib?

Nurcabbar ayağa qalxanda nədənsə Bağıra çox uzun göründü. Ona elə gəldi ki, bu vaxtacan Nurcabbarın yarısı yerdə imiş, indi üzə çıxıb...

Ayın işığı komanın balaca pəncərəsindən süzülüb, içərini ağsarımtıl rəngə boyamışdı. Hələ gözləri dünyaya açılmamış buzov bir küncdə – Bağırın köhnə sırıqlısının üstündə yumağa dönmüşdü, o biri küncdə Nurcabbarın dəmir qapaqlı sandıqçası parıldayırdı.

Nurcabbar dizləri üstə çökdü. Həmişə sandıqçanı açanda “bismillah” deyərdi, indi də yadından çıxarmadı, müqəddəs bir şeyə toxunurmuş kimi dodaqlarının altında:

...Bismillah, – deyib qapağı ehmalca qaldırdı.

Nurcabbarın dünyada bu sandıqçadan qiymətli heç nəyi yox idi. Yanlarına, üstünə gül naxışları vurulmuş bu qədim sandıqça ona anasından qalmışdı. Sandıqçanın içində dəftərlər çin-çin yığılmışdı. Qalını vardı, naziyi vardı, köhnəsi vardı, təzəsi vardı. Hamısının da vərəqləri Nurcabbarın muncuq xəttiylə dolmuşdu.

Nurcabbarın əsl adı Cabbar idi. O gün ki, əlinə qələm alıb ilk nağılını yazmağa başladı, bax onda atası Nurəlinin adının yarısını öz adının qabağına qoyub, oldu Nurcabbar. Kimi bunu əllaməlik, səfehlik hesab elədi, kimi buna ürəyində, kimi aşkarda güldü, amma heç kim bu təzə adın üstündən qələm çəkmədi. Hamı başladı Cabbara “Nurcabbar” deməyə.

Nurcabbarın cəmi bir neçə sinif savadı vardı, di gəl ki, qalın-qalın kitablar əlindən düşməzdi, lap cavanlığından kitab aşiqi idi. Uzun qış gecələrində yatağına uzanıb səhərəcən kitab oxuyardı. Belə gecələrin birində Nurcabbar hiss elədi ki, özü də yazmaq istəyir, həm də nağıl yazmaq istəyir. Nurcabbarın ürəyi dolu idi və ürəyini boşaltmaq üçün qələmə sarılmaqdan savayı əncam görmürdü... “Bismillah” deyib ilk nağılını yazmağa başladı və bu yazan düz davaya gedənəcən sərasər yazdı. Əsgər gedənlər evlərinə məktub yazardılar. Nurcabbar kağızın qıt vaxtında saralmış, cırılmış vərəqlərə hərdən nağıl yazardı, həm də hərfləri xıpxırda yazardı ki, nağıl çox yer tutmasın. Elə o vaxtdan Nurcabbarın xətti xırdalaşdı. Nurcabbar davada bircə nağılı da başa çatdıra bilmədi. Nağıl yazmaq vədəsi deyildi axı, nağıl yazmağa vaxt, imkan nə gəzirdi? Müharibəyə gəlmişdin – gərək düşmənlə vuruşaydın, Nurcabbar da kişi kimi vuruşurdu.

Əsgərlikdən qayıdandan sonra Nurcabbar davada başladığı nağılı yazıb qurtardı. Nağılın üstünə iki səhifəlik bir məktub qoyub, poçtla göndərdi Bakıda çıxan ən “yekə” jurnala.

Nurcabbarın nağılını çap eləmədilər. Dalbadal iki təzə nağıl göndərdi, onları da bəyənmədilər. Daha Nurcabbar redaksiyaya heç nə göndərmədi, yazdıqlarını çin-çin yığdı sandıqçaya.

Anası Nurcabbarı çox istəyirdi. Çünki bu dünyada onun Nurcabbardan savayı heç kimi yox idi. Arvadın arzusu bu idi ki, oğlu fərli bir işin qulpundan yapışsın, evlənsin, ata olsun. “Yazma, ay oğul, – deyirdi. – Vallah, gecələr yuxusuz qalmaqdan gözün-başın xarab olacaq. Davada nə qədər müsibət çəkmisən, bəs indi niyə canına qəsd eləyirsən?”. Nurcabbar da anasını çox istəyirdi, çünki onun da bu dünyada anasından savayı heç kimi yox idi. Nurcabbar anasını inandırmağa çalışırdı ki, çəkdiyi əziyyət hədər getməyəcək, inşallah elə bir gün gələcək ki, onun adı dodaqlarda, dillərdə gəzəcək. “Yazmaya bilmərəm ana, – deyirdi. – Yazmasam, ölərəm”.

Nurcabbar barama qəbulu məntəqəsində bir ilə qədər qapançı işlədi. Sonra nə illah elədilər ayaq basmadı ora. “Acgözlər var burda, – dedi. – Nəfsi qılınc kimi iti olanlar var. Onlarla mənimki tutmaz”. Nurcabbar bir az bekar gəzdi, sonra gedib pendir zavodunda dümələndi. Bir il tamam olanda oradan da çıxdı. “Bunlarla mənimki tutmaz, – dedi. – Acgözlər var burda, əllərinə nə gəlir, çırpışdırırlar”. Nurcabbar bazarda tərəzipaylayan oldu. Beş ay keçməmiş ordan da qaçdı. “Alver olan yerdə mənim şəltəm işləməz, – dedi. – Bazarda natəmiz adamlar var. Kimə tərəzi verirsən, cibinə pul basır, kimə hörmət eləyirsən, əvəzini pulnan çıxmaq istəyir”. Nurcabbar taxta-şalban anbarında da duruş gətirə bilmədi. “Hökumətin taxta-şalbanını dədə malı təkin satırlar, – dedi. – Acgözlər var burda”. Nurcabbar başladı ürəyinə yatan işi axtarmağa. Bu axtarmaqla bir neçə il axtardı. Axırda başa düşdü ki, heç bir işdə tikiş tutub dayana bilməyəcək və ürəyinin dərinliyində etiraf etdi ki, yazmaq həvəsi onun əl-qolunu bütün başqa işlərdən soyudub.

Nurcabbar gecə-gündüz nağıl yaza-yaza yaşa doldu. Nurcabbarın anası: “Evlən, bala, evlən”, deyə-deyə dünyadan nisgilli köçüb getdi. Anası öləndən sonra Nurcabbar yazmağa lap möhkəm girişdi. “Bunlar xalqa lazımdı, – dedi. – Mən öləndən sonra tapıb oxuyarlar, onda qədrimi bilərlər. Mənim qələmimdən çıxan sözlər yaşayacaq, dünya durduqca yaşayacaq”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Duz

Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...

19685 мин
Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 мин
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 мин
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 мин

Стихи других поэтов