Страница 6 из 15 · 33%

– Pomidor-xiyarı boşalt bir qaba. Bunları da özüm becərmişəm, – dedi və o andaca fikirləşdi ki, görəsən bunu Nazlıya demək vacib idimi?

Nazlı pəncərələrin pərdələrini endirmişdi, içəri alaqaranlıq idi, ancaq bu alaqaranlıqda da otağın səliqə-sahmanı görünürdü. Tərtəmiz yuyulmuş döşəmədən yaş taxta iyi gəlirdi. Yağ rəngli divarların tozu, çirki silinmişdi, divarlar işıldayırdı. Tavanın hisi-pası, qurumu alınmışdı. Ortalıqdakı iri dördkünc stolun üstünə saçaqlı süfrə salınmışdı. Otaq sahibsizliyin daşını atmışdı, adamın üzünə gülürdü. Nə vaxtdan bəri yadırğadığı bu səliqə-sahman Bağıra qəribə gəldi. Amma ən qəribəsi bu idi ki, hər dəfə ayağını qapıdan içəri qoyanda Bağırın burnunu qıdıqlayan kabab iyi çəkilib getmişdi burdan. Bağırın yadına düşdü ki, bayaq aynabənddə də onu kabab iyi vurmadı. İllərdən bəri ağımtıl tüstüyə qarışaraq Piti Namazın həyətindən burula-burula, qıvrıla-qıvrıla, yağlı diliylə ensiz barını yalaya-yalaya addayıb, qırmızı evin canına hopmuş kabab iyi Nazlının gəlişiylə yoxa çıxmışdı.

Uşaq arxası üstə yatmışdı, balaca əllərini qoşalaşdırıb sinəsinə qoymuşdu. Bənizi anasının bənizi təkin solğun idi. Boğazı uzun, həm də – yalan olmasın – Bağırın biləyi yoğunluğunda idi. Birdən Bağıra elə gəldi ki, Tünzalə başını yelli tərpətsə, boğazı meyvə saplağı kimi üzülə bilər. Bağır əyilib, Tünzalənin tərli alnından ehmalca öpdü və pəncələri üstə otaqdan çıxdı...

Bağır tut ağacının yanında bənd aldı. Həyətdə işi-gücü yox idi, ancaq başa düşürdü ki, Nazlı ilə təkbətək qalanda canını bir narahatlıq, səbəbini özünün də anlamadığı bir nigarançılıq bürüyür. Nazlının şabalıdı saçındakı ağ zolaq da, Tünzalənin bilək yoğunluğunda boğazı da Bağırın ürəyini xoşagəlməz bir əhvalatın, acılı-ağrılı bir sirrin qorxusu-ürküsü ilə doldururdu. Bağır bu qorxu-ürküdən, bu nigarançılıqdan qurtarmağın yolunu bilirdi. Nazlıdan bircə dəfə soruş ki, niyə gəlmisən, nə əhvalat baş verib? Vəssalam! Bunu soruşmağa nə var? Amma Bağır özünə yaxşı bələd idi, bilirdi ki, nəyi soruşsa da, bunu soruşa bilməyəcək. Doğma yuvasına, ata ocağına qayıdan övladdan gəlişinin səbəbini necə soruşasan? Bu həyət də, bu ev də Nazlınındı. Bağır bir gün öləcək və bu dünyada Bağırın ixtiyarı, haqqı çatan nə varsa, Nazlının olacaq. İndi Nazlı öz evinə gəlib. Xoş gəlib, səfa gətirib! Bəs Nazlının saçındakı o ağ zolaq nədi elə? Bəs niyə gözləri qüssəlidi, niyə bənizi solğundu? Bağıra elə gəldi ki, qızı da, nəvəsi də böyük şəhərdən deyil, illərlə bir yanı üstə yatdıqları böyük xəstəxanadan gəliblər. Bağır çox fikirləşdi, ərköyün Nazlının, haylı-haraylı Nazlının indiki süstlüyünü, sakitliyini bircə yerə yozdu: illər ötür, yaş artır, uşaqlıq havası Nazlının başından gedir. Nazlının xasiyyəti dəyişib, ağırlaşıb. İndi Nazlı anadı, özünü ana kimi aparır. Ananın saçları da ağarar, dişləri də tökülər, beli də bükülər. Qara-qura fikirləri başından qov, Bağır. Nazlı səni görməyə gəlib, bu yurddan anasının iyini almağa gəlib.

Bağırın öz yozumundan, öz təsəllisindən xoşu gəldi. Bağır rahat oldu. Kürəyini tut ağacına söykəyib fikirləşdi ki, bu dünyada onun Nazlıdan əziz heç kimi yoxdu. Qoy Nazlının ayağına dəyəsi daş, Bağırın başına dəysin. Nazlı, Bağırın özündən sonra qoyub gedəcəyi yeganə yadigar, yeganə nişanədir. Bağıra oğul qismət olmadı. Çox övlad arzulamışdı, bircəciyini tapdı. Qələm vur-tut iki qız doğdu onunçün.

Birincini beş yaşında itirdilər.

Bağır beş yaşlı Nazlını torpağa tapşıranda elə bilirdi gözlərinin yaşı heç vaxt qurumayacaq, elə bilirdi dərdin əlində qəddi əyiləcək, çünki Nazlı Bağırın ilk nübarı, ilk övladı idi. “Nazlı” Bağırın mərhum anasının adı idi və Bağır qızı Nazlını anası Nazlı qədər istəyirdi. Bağır gecə yarısı yuxudan oyanıb yerinin içində ah çəkəndə arvadı Qələm gözlərinin qorasını tökərdi. Hər dəfə də sakitləşib yorğanı başına çəkəndə Qələm eyni sözləri deyərdi: “Uşağa ananın adını qoymasaydıq, ölməzdi. Anan rəhmətlik yəqin adını heç kəsə vermək istəmir”.

Vaxt ötdükcə, Bağırın dərdi qaysaqlandı, gözlərinin yaşı qurudu, qəddi də əyilmədi. Bağır elə əvvəlki kimi qaldı – sağlam, qıvraq, işlək. İkinci qızı dünyaya gələndə Bağır onun da adını “Nazlı” qoydu. Onda Qələmin ürəyi qırılıb düşdü ayaqlarının altına, dodaqları səyirə-səyirə: “Bu da öləcək, – dedi, – ananın adını nahaq qoydun buna”. Qələm səksəkəylə yaşadı, qızının öləcəyindən qorxa-qorxa yaşadı və Nazlının üç yaşı tamam olanda Qələm özü öldü. Qələm xəstələnmədi, bir yerindən şikayətlənmədi, gecə şad-şalyan yatağına girdi, səhər silkələdilər oyanmadı. Qələmin necə, gecənin nə vədəsində ölməyindən Bağır xəbər tutmadı. Bağırın əli yerdən-göydən üzüldü. Bu necə işdi, bu necə dünyadı? Bu necə Allahdı ki, gün görməmiş, dövran sürməmiş bir adamın ömrünə qıydı? Bağırı naçar qoydu, Nazlını yetim? Yəni Allah bu dünyada canından bezmiş bir bəndə tapmırdı ki, onun canını alsın? Bəs deyirlər, adildi bu, qadirdi bu? Qəribə-qəribə işləri var bu allahın. Özü çaşır, camaatı da çaş-baş eləyir...

At qabaq ayağını qaldırıb yerə çırpdı, elə bil Bağırı fikirdən ayırmaqçün belə eləyirdi, elə bil çağırırdı sahibini. Bağır kürəyini tut ağacından aralayıb, tappıltı gələn tərəfə baxdı. At mürgülü gözlərini Bağıra dikib, qabaq ayağını yerə bir də vurdu. Ürgə acmışdı, yem istəyirdi, ancaq ona vermək üçün bu həyətdə nə ot-ələf vardı, nə alaq. Bağırın həyəti, bağçası təmiz idi, əlacsız idi, çünki hər dəfə bura yolu düşəndə Bağır həyət-bağçaya əl gəzdirirdi, qapı-bacanı səliqə-sahmana salırdı. Gah həyəti süpürürdü, gah ağacların dibini belləyirdi. Bağır işsiz qalanda darıxdığı üçün belə eləyirdi, həm də ona görə belə eləyirdi ki, bu yurdun sahibsiz olduğu bilinməsin, bu yurd xarabaya oxşamasın. Nurcabbarın baxımsız, küskün, viranə yurduna bənzəməsin. Nurcabbarın həyətində (“həyət” deməyə adamın dili də gəlmir) kölgələnmək üçün bircə dənə də ağac yoxdu, amma bura bax – ağaclar vər-vər, hamısı da barlı-bəhrəli, alma, armud, heyva, gavalı, gilənar, ərik... hasarın dibiylə iki sıra nar kolları uzanıb gedir, bar gətirəndə altdan dayaq verməsən, budaqlar əyilib burnunu yerə döyür. Mələs nar, gülöyşə nar... Özü də necə nar? Yetişib ətə-qana gələndə hərəsi bir uşaq başı boyda olur. Heyf ki, bu qədər, mer-meyvə zay olub gedir. Yerə töküləni tökülür, çürüyəni çürüyür, çoxunu Bağır Bakıya – Nazlıgilə göndərir, qalanını da İdrisovun evinə daşıyır, qonum-qonşulara paylayır. Bağır özü nə qədər yeyəcək? Bir qarnı var də Bağırın. Bu bağça olmayaydı Bağırın, olaydı Piti Namazın vallah, kalını da dəymiş əvəzinə bazara çıxardıb satardı. Bazara niyə – elə kitabxanadaca xırd eləyərdi. Bəs belə həyətə Namaz göz dikməsin, neyləsin?

Odey, adını çək, qulağını bur. Maşınının tırıltısı gəlir. Zalımın bir ayağı elə evdədi. Nə gətirir, nə aparır bu? Yoxsa həmişə Bağırı güdür? Bağır evə qayıdan kimi Namaz da böyürdən çıxır. Meşədə hər gün Bağırın gözlərini döyənək elədiyi bəs deyilmiş, burada da əl çəkmir ondan. İlanın zəhləsi yarpızdan gedər, o da gəlib bitər yuvasının ağzında.

Elə bil Piti Namazın ürəyinə dammışdı ki, Bağır tut ağacının yanında dayanıb onun barəsində fikirləşir. Barının üstündə əvvəlcə Namazın əlləri göründü, sonra başı. Deyəsən, Namaz ayaqlarının altına nəsə qoyub qalxmışdı. Piti Namaz gah Bağıra baxdı, gah quyruğunu yambızına çırpıb milçəyini qovan ata baxdı, gülümsədi.

– Adam var ki, vojunu buraxsan samalyot alar, – dedi. – Sən hələ bu əyripaçadan əl çəkməmisən. Kimdi, əkşi, indi at minən?

Doğrudan da, bu boyda rayonda at minən təkcə Bağır idi – atlar çoxdan yoxa çıxmışdı. Amma Bağır atsız güzəranını ağlına sığışdırmırdı. At Bağırçın həm minik idi, həm dost idi.

– Bağır dayı, heç olmasa, motosiklet al, rədd elə getsin bu ürgəni.

Bağır Piti Namazın harasa dirənmiş enli sinəsinə baxdı, ancaq heç nə demədi Piti Namaza. Fikirləşdi ki, Namazın başı xarabdı, vallah xarabdı. Heç ağlına vurmur ki, at motosikletdən min kərə yaxşıdı. Motosiklet yol görmür, riz görmür, səs eşitmir. Dəmirdi də, dəmirə nə etibar? At qabağına arx çıxanda özü dayanır, palçığa-lığa girmir, yolu özü seçir. Benzin işlətmir, yağ işlətmir. Yediyi ot-ələfdir, o da ki, çöldə, düzdə, meşədə nə qədər desən, özü də mütəəlləzzin. Həm də at girən yerə motosiklet girməz axı? Meşədə nə motosiklet? Bu Namazın başı xarabdı. Başı xarab olmasaydı, qanardı ki, Bağır motosiklet sürə bilməz, motosikletin üstündə otura bilməz. Piti Namaz ömründə at minməyib ha, nə bilir atın qədrini?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Duz

Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...

19685 мин
Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 мин
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 мин
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 мин

Стихи других поэтов