Əziz ana, can ana,Gözəl, mehriban ana!Böyütdükcə bizi sənDən düşür saçlarınaÖmrün bənzərGülüstana,Canım ana,Gözüm ana!Halal südün təmizdir,Müqəddəsdir diləyin.Qəlbimizlə bir vururSənin ana ürəyin.Ömrün bənzərGülüstana.Canım ana,Gözüm ana!Qəhrəmanlar anası,Sevimli, əziz qadın!Bizim ana Vətənlə,Qoşa çəkilir adın.Ömrün bənzərGülüstana.Canım ana,Gözüm ana!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов