Xəzərim
Sinən bir ağ gümüşdü, gümüşdü,Gözüm hüsnünə düşdü, nə düşdü.Sahilində işıqlar qızıldı,Yel dəydi, göy köynəyin sızıldı.Suların çin-çin-oldu, Xəzərim,Ləpən göyərçin oldu, Xəzərim.
Demə, qoca Narginim qaladı,Dəniz meşəsində o, taladı.Mayakların qızarır nar kimi,Sinən necə soyuqdur qar kimi.Ağ dalğan ağ ayıdır, Xəzərim,Hər ləpən qağayıdır, Xəzərim.
Ürəyimdə söz yatır suyunca,Dinlə məni, dinlə sən doyunca.Sularına mirvari düz ki, sən,Paytaxtımın hüsnünə güzgüsən.Dodaqların duzludur, Xəzərim,Göylərin ulduzudur, Xəzərim.
Söylə görüm, ay dəniz, ay dəniz,Çimibmi göy sinəndə Ay, dəniz?Ulduzlar xalınmıdır gecələr,Dalğalar yalınmıdır gecələr?Saf qoynuna düşübdür güzərim,Xəzərim, ay Xəzərim, Xəzərim...
Kitabxana.az · https://kitabxana.az/ru/works/islam-seferli-xezerim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Tək bəndlərAlçaq dağlarıma qar yağdı, yağdı.Üstündən göz yaşım yar yağdı, yağdı.
Qəzəl: Təəmmül eyləmə, saqi, yetər xumar mənəTəəmmül eyləmə, saqi, yetər xumar mənəBoynun bəlasın alım, bəsdir intizar mənə
ŞikayətMənim də dərdim var, hakim, dinlə sən,Ömür kitabımı qaralanmış yaz.