Yetkinlik yaşına çatanda qızlar
Atanın olsa da min dərdi-səri,Qüssəni bir ana, bir də qız yeyir.Çox vaxt kişilərin olmur xəbəri,Qızlar anasına sirrini deyir.
Nəqarət
Analar qəlbində bir ahu sızlarYetkinlik yaşına çatanda qızlar.
Dünən uzaq idi, bu gün yaxındı,Hardasan, hardasan ey sevdalı bəxt!Həyatda bu qədər axar-axıntı;Birini xar edir, birini xoşbəxt.
Nəqarət
Evdə yaşa dolur, bir qız böyüyür,Onun gözəlliyi eldə qalacaq.Nigaran-nigaran ürək döyünür;Qızımız de, kimə qismət olacaq?
Nəqarət
Kitabxana.az · https://kitabxana.az/ru/works/islam-seferli-yetkinlik-yasina-catanda-qizlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О судьбе
Ey şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Fələyin bir belə dövrü olacağmış, nə bilimFələyin bir belə dövrü olacağmış, nə bilim?Saralıb bağü gülistan solacağmış, nə bilim?
Əbədiyyətin bir anıDedi: “gələcəyəm vidalaşmağa...”“Adam aldatmaq da, – dedim, – hünərmi?