Страница 2 из 2 · 50%

Traktorçu Əli çox hövsələli oğlan idi. Kazımın qışqırmasına baxmayaraq, heç təhərini də pozmadı:

– Çığır-bağır salma, - dedi, - get ağranomla danış.

– Mən ağranom-zad tanımıraın.

İmran atını yaxına sürüb traktorçuya yaxınlaşdı.

– Sür, gedək!

Əli maşını sürüb tarla düşərgəsinin yanında saxladı.

– Demək, sən sədrin əleyhinə gedirsən? Böyüklük satırsan? Bəs sonrasını fikirləşmirsən? - deyə Kazım atdan enən İmrandan əl çəkməyib xırıltılı səslə qışqırmağa başladı. - Mənim briqadamın işinə qarışmağa heç kimin haqqı yoxdur! Briqadir mənəm, mən bilərəm neçə hektar əkdirirəm. Kazım susandan sonra İmran sakitcə soruşdu:

– Qurtardın?

– Qurtardım, bəli!

– Sənin öhdəndə olan altmış hektarın hamısı səpilibmi?

– Səpilib.

– Bəs nə istəyirsən?

– Necə yəni nə istəyirsən? Altmış hektarla plan dolar? Həmişə necə eləmişəmsə, indi də elə eləyəcəm.

– Yox, daha o baban öldü. Altmış hektardan bir qarış da artıq yer üzü görməyəcəksən.

– Bəs plan?

– Zəhmət çək, ağrotexniki qaydalara əməl elə, işini yaxşı tut, məhsulun bol olsun.

– Bəs o yer boş qalacaq?

– Niyə boş qalır, orda da bostan əkərik.

– Yaxşı! - Kazım İmranı hədələməyə başladı. - Qoy olsun!

Sədri-zadı sayma. Təqsir səndə deyil. Kəndimizin çörəyi belədir, yeyən qudurur!

İmranın qaşları çatıldı.

– Səninlə insan kimi danışanda özündən çıxma!

– Yaxşı, Qurban qağa buraya gələndə cavab verərsən. Mən bu saat gedib hər şeyi şəxsən ona deyəcəm.

İmran rişxəndlə:

– Xahiş edirənı, şəxsən buradan çıxıb gedəsən!

Kazım getdi... Bir saatdan sonra Kosaoğlu gəldi. O, ağır-ağır "Pobedadan düşdü, çiyninə saldığı kürkünü düzəldib çiyidsəpən maşının ətrafına toplaşanlara yaxınlaşdı. Boğazını arıtlayıb, əllərini belinə qoydu:

– Ə, bura niyə yığışıbsınız? Bəs sən niyə buradasan, a bala, işin-gücün qızğın vaxtında maşını niyə dayandırıbsan?

Traktorçu nə edəcəyim bilmədi. Əvvəlcə İmrana, sonra Kosaoğluna baxdı.

– Sözün düzü, heç bilmirəm neyləyim. Yuxarı tüpürürsən bığ, aşağı tüpürürsən saqqal. İndi mən hansınızın sözünə baxım?

– Böyük söz deyəndə cavab qaytarmazlar. Sabaha səpilməmiş yer qalmamalıdır.

– Qalmayıb, - deyə İmran sakitcə cavab verdi, - üç yüz altmış hektarın hamısı səpilib.

Kosaoğlu halını pozmadan sözünə davam etdi:

– Nə vaxt səndən söz soruşsam, onda cavab verərsən, get işində ol.

– Mənim işim elə budur.

– Yox, bu deyil. Belə görürəm sən heç vəzifəni də bilmirsən!

– Kosaoğlu üzünü yana tutdu. - Hər yetən mənə böyüklük eləyəcək! Ə, tez ol, maşını sən işə sal. Uşaq-muşaq əlində qalmışıq də!

– Adam düz söz deyəndə uşaq olar?

– A qız, sən orada nə cırtdayırsan'?

– Cırtdamıram, söz deyirəm.

– Gör bir, sən Allah, nə danışır! Ay qız, kişiyə cavab qaytarırsan?

– Ə, belə dur görüm, - deyə Zeynəb qabağını kəsmək istəyən Kazımı itələdi. - Sən get quyruğunu o yanda bula.

Zeynəb qızlardan aralanıb Kosaoğluna yaxınlaşdı. Hirsli-hirsli onun üzünə baxıb əlini səpilməmiş yerə uzatdı.

– Bunu səpdirirsən, sonra kim becərəcək?

– Sən becərəcəksən! Canın çıxacaq, becərəcəksən.

– Mənim canım çıxmayacaq! Evdə yatan arvadının, bir də bacın qızının canı çıxacaq. Bildinmi? Mən işləyəcəm, alın təri axıdacam, səninkilər də kölgədə oturub, əməkgünü alacaq? Ay aldılar ha! - deyə Zeynəb əlini sədrin lap burnunun qabağında yellədi.

– Səsini kəs, ləçər!

– Ləçər səninkilərdir! Özünü başıpapaqlı bilib üstümə xoruzlanma! Mənə dəli Zeynəb deyərlər. Vallah, bu saat səni də kor Hümmətin gününə salaraın.

İmran irəli yeridi.

– Plandan artıq yer əkmək nə qanunda var, nə də nizamnamədə.

Nə qədər ki mən bu kolxozda aqronomam, partiyanı, hökuməti aldatmağa heç kəsə imkan verməyəcəm. Heç kim bizə ixtiyar vermir ki, iki yüz hektarın əvəzinə üç yüz hektar əkib fırıldaq işlədək. Siz kimi aldatmaq istəyirsiniz? Heç başa düşürsünüzmü bu nə deməkdir?

– Nə deməkdir?

– O deməkdir ki, camaatı müftə işlədirsiniz. Planda olmayan, artıq əkilən yer üçün camaata əməkgünü çatmır.

Kosaoğlu yanıxa-yanıxa sağa-sola gəzindi. İmranın hər şeyi açıq-açığına danışması onu da açıq danışmağa məcbur etdi: - Ə, bura bax, mənə nə leksiya oxuyursan? Heç başa düşürsən hökumətə nə lazımdır? Plan lazımdır ey, plan! Qandın? indi sənə nə, mən hansı yolla plan doldururam? Necə bilirəm, elə də eləyəcəm. - O, qəti bir hərəkətlə traktorçuya sarı döndü:

– Tərpən!

Traktorçu laqeydcəsinə dedi:

– Əvvəla, şərtinizi kəsin, sonra mənə söz deyin. Mən MTS-ə tabeyəm. Müqavilədə nə qədər yer varsa, hamısını səpmişəm.

Kosaoğlunun gözləri kəlləsinə çıxdı.

– Demək, səpmək istəmiryən? Çox yaxşi, Kazım!

– Bəli, Qurban qağa.

– Tez ol, bu saat bir akt bağla!

– Baş üstə!

– Mən sənin başına bir oyun açım ki, özün də məəttəl qalasan! Demək, sən yaz əkin kampaniyasının qızğın vaxtında sabotajlıq eləyirsən?! Əgər mən səni günü sabah dama basdırmasam, atamın oğlu deyiləm. Aktı bu gün prokurora göndərəcəm. Onda ağdlanarsan. Yəqin sən elə, cəbhədə də əmr-zad qanmayıbsan, dezertir olmusan!

Bayaqdan Kosaoğlunun dediklərinə laqeydliklə qulaq asan, çox soyuqqanlı görünən traktorçu Əli son sözlərə dözə bilmədi. "Necə? Mənə, odlar ayaqlayıb Berlinə qədər gedən tankçıya bu yekəqarın dezertir deyir?"

O, quş kiıni sıçrayıb yerə düşdü. Kosaoğlunun önündə dayandı. Bu enlikürək oğlanın geniş sinəsi qalxıb-enməyə başladı. Oğlan döyüşə hazırlaşımış kimi, sırıqlı pencəyini soyunub kənara tulladı. Sinəsində iki cərgə lent göründü. Kosaoğlu özünü yığışdırdı. Kazım bir az irəli yeridi. Traktorçu güclə özünü ələ aldı.

– Mənim tankım sərhədi o üzə aşanda sən hardaydın? İndi nə yekə-yekə danışırsan! Əgər bu sözü mənə orda, cəbhədə demiş olsaydın, səni tankın altına salıb xurt-xəşil edərdim. Elə indi də əlimdən salamat qurtarmazsan.

– Yaxşı, yaxşı... Sinəni-başını göstərmə. O yerlərdə biz də olmuşuq. Döyüşən təkcə sən olmayıbsan.

Kosaoğlu yaralandığını bildirmək istəyirmiş kimi, sol qolunu yuxarı qaldırdı. Traktorçu onun zəif biləyinə və yarıyumulu barmaqlarına tərs-tərs baxıb üzgözünü turşutdu. Kosaoğlunu bir daha təpədən-dırnağa qədər süzdü.

– Sənin qolun də özün kimi düz-əməlli deyil. "S-S"-ə oxşayır.

– O nə deməkdir?

– Samostrel.

Kosaoğlunun elə bil ürəyindən beşaçılan gülləsi keçdi. Kişi dik atıldı. Rəngi külə döndü. Dili-dodağı təpidi. Xeyli özünü ələ ala bilmədi. Gecdən-gec özünü toxtatdı.

– Səpmirsən, maşın da götür, hara gedirsən get! Bir də səni buralarda gözüm görməsin.

Traktorçu dərhal sükanın dalında əyləşdi, maşını sürüb uzaqlaşdı.

Kosaoğlu çıxılmaz vəziyyətə düşsə do, özünü sındırmadı, əlini cibinə salıb papiros qutusunu çıxartdı. Sarı saçaqlı tütündən kağıza büküb eşdi, yandırıb hirsü-hirsli sümürdü: Kürkünü düzəldib ortada gəzindi. İndi o, yanında qul kimi boynunu bükən Kazımın da üzünə baxmırdı. Demək olar, Kosaoğlu indiyə qədər belə çətinliyə düşməmişdi. Bir istədi sakitcə maşına minib buradan uzaqlaşsın, ancaq şəninə sığışdırmırdı. "Hamısı sözü bir yerə qoyub, əlbir olub məni yıxmaq istəyirlər... Ancaq onu görməyəcəklər" - deyə düşündü, əlindəki papirosu yerə atıb İmranın üstünə qışqırdı:

– Bu saat rədd ol gözümün qabağından! Görünür, hələ ağıllanmayıbsan. İşin ağız-burnunu yenicə düzəlmişəm, yenə pozğunluq salırsan. Mənə sənin kimi ağranom lazım deyil. Hara istəyirsən çıx get.

İmran sakit addımlarla ondan uzaqlaşdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

IV fəsil, 4

Məktəbin həyətində bir dəstə atlı dayandı. Qabaqdakı kəhərin belində əyləşən kişi cilovu çəkdi, sonra qamçısını çərkəzi yəhərin üstündən aşırıb yanpörtü oturdu. Onun uzunboğaz çəkməsi azca palçığa bulaşmışdi. Əynində qalife şalvar və yarımkürk var idi. Geyimindən hərbi adama oxşayırdı. O, əlini cibinə salıb qızıl papiros qutusunu çıxartdı, qapağını açıb iri cığalı kağızı götürdü. Saçaqlı sarı tütündən arasına doldurub papiros bükdü. Zoğal müştüyünə taxıb yandırdı. Tüstü-duman içində gözlərini qıyıb məktəbin ikinci mərtəbəsinə baxdı.Mürsəl eyvanda dayanmışdı. O elə bil həyətdəkiləri görmürdü. Kəndin üstündəki təpəliklərə, göy üzündə laylanmış ağ buludlara və üfüqlərin sonsuz ənginliklərinə baxırdı. Yəhərdə qılçasını qılçasının üstünə aşırıb papiros çəkən kişi xeyli onun boy-buxununa tamaşa etdi. Oğlan şıvırtı kimi nazik, ucaboylu idi. Yenicə qoyduğu və qalınlaşan bığı sifətinə yaraşırdı.

19956 мин
IV fəsil, 5

Bu il havalar tez istiləşmişdi. Təpələrdəki qar örtükləri götürülmüş, yer-göy birdən-birə yaşıllaşmışdı. Çəpərlərin diblərində balaca mavi çiçəklər pıtrax kimi qalxmışdı. Vaxtından tez oyanan qara xallı qırmızı böcəklər onların arasında gəzişirdi. Təbiətin belə tez ayılmasından Mürsəl sevinirdi. O bu il məktəbdə əməlli-başlı may bayramı keçirməyi qərara almışdı. Qırmızı, yaşıl, sarı və göy rəngli kağızlar tapmışdı. Uşaqları başına yığıb həmin kağızları bərabər ölçüdə kəsərək yapışqanla birləşdirir və sonra zəncirvarı həlqələri bir-birinə calayırdı. Bu bəzəkil, naxışlı və müxtəlif rəngli kağız zəncirlər sinif otaqlarından birinin küncünə yığılırdı. Mürsəl müəllim bayrama bir neçə gün qalmış dükandan cürbəcür şəkillər aldı və məktəbin divarlarına yapışdırdı. Həyətdə iki uzun dirək basdırıb keçid düzəltdilər. Keçidin yuxarısına qırmızı parça örtdülər və cürbəcür şüarlar yazdılar. Lap ortada isə Leninin ipək parçadan toxunmuş şəklini vurdular. Şəklin ətrafı dairəvi idi. Bu dairənin içində inqilab edən, yeni traktor sürən, zindanların üstündə dəmir döyən adamların əksi var idi. Fabrik-zavodların bacalarından tüstü qalxırdı. Bir sözlə, dünya əməkçiləri rəbbəri əhatəyə almışdılar. Lap yuxarı başda isə "Cümlə-cahan füqareyi-kasibəsi, birləşiniz" sözləri yazılmışdı. Bayrama iki gün qalmış uşaqlar sərçə kimi civildəşə-civildəşə həyət-bacanı, sinif otaqlarını, eyvanları süpürüb təmizlədilər, pəncərə şüşələrini yuyub parıldatdılar. Oğlanlar kəndin kənarındakı dərəyə, İncə çayının sahilinə gedərək, saçaqlı söyüdlərin budaqlarından qırıb məktəbə gətirdilər. Eyvanların, otaqların dirəklərini yaşıllığa bürüdülər. Sonra rəngli kağızlardan düzəltdikləri zəncirləri saçaq-saçaq burub divarlardan, həyətdən keçidə qədər düzdülər. Məktəb hisi silinmiş çıraq kimi par-par parıldayırdı. Mürsəl sevincdən hər şeyi unutmuşdu. Başı bəzək-düzəyə o qədər qarışmışdı ki, kənd camaatından maraqlanıb onlara tamaşa etməyə gələnlərə fikir vermirdi. Fikir vermirdi ki, onların bəziləri pilləkənin qurtaracağında dayanıb Mürsəl müəllimin otağına baxır, onun yatdığı yeri gözdən keçirir və divara nə isə işarə qoyurdular.Mayın 1-i gəldi. Göyün üzü tər-təmiz, hava ilıq idi. Bu gün kənd lap tezdən oyanmışdı. Zümzümələr baharın ilıq havasına qovuşmuşdu. Mürsəl də tezdən oyanıb, qrammofonunu işə salmışdı. Gün xeyli qalxdı. Alabəzək parçalardan paltar geymiş qızlar-oğlanlar axışıb gəldilər. Mürsəl müəllim zurna səsi eşidəndə qulaqlarına inanmadı. Tez həyətə düşdü. Gördü ki, Hümmət də, Dursun da burdadır. Onlar zurnalarını kökləyir, dəfi günə tutub qurudurdular.

19953 мин
IV fəsil, 6

Uçitel birdən-birə titrətməli adam kimi büzüşdü. Pencəyinin yaxasını dartıb düymələdi. Elə bil bir anın içində kişinin beli əyildi. Astaca addımlarla məscidə doğru getdi. Səhər tezdən olmasına baxmayaraq baş molla məscidin yuxarı tərəfində əyləşmişdi. Onun qaşları da, saqqalı da əmmaməsi kimi dümağ idi. Qabağında kitabə, üstündə də Qurani-Kərim var idi. O, Uçitelin gəldiyini hiss etsə də, qımıldanmadı, əvvəlki ciddiyyətilə, sakitcə Quranı oxumaqda davam etdi. Uçitel astanada ayaqqabısını soyunaraq onun mütaliəsinin qurtarmasını gözlədi. Hərçənd, bilirdi ki, molla Qurani-Kərimi oxumaqdan daha çox vərəqlərə baxır və özünü məşğul kimi göstərir. Ancaq gözləməli idi. Quran və namaz üstə olan adamı yarımçıq dindirməzdilər.Aradan xeyli keçdikdən sonra molla Quranı örtdü, əbasını düzəltdi, ağarmış qaşlarının altından boylanan və hələ diriliyini itirməyən gözlərini astaca qaldırıb Uçitelin üzünə zillədi.

19954 мин
V fəsil, 1

Güllü xanım bu gün itləri zəncirdən tez açdırmışdı. Gəlinlər itlərin yalaxlarını yal ilə doldurmuşdu. İtlər əvvəlcə zəncirdən açılandan sonra evin ətrafında hərlənmiş, Kürün yaxası boyu qaçmış, sonra da yalaxların üstə cumaraq mırıldaşa-mırıldaşa yala hücum etmişdilər. Güllü xanım eyvanda dayanaraq onlara tamaşa edir, tüfəng çiynində həyətdə hərlənən oğlu Həsən ağanı gözaltı süzürdü. O hiss edirdi ki, Ömər koxa rəhmətə gedəndən sonra Həsən ağa heç kəsə açıb-ağartmasa da, çox narahatlıq keçirir. Tüfəngi əlindən yerə qoymur, atını da çox vaxt gecələr belə yəhər altında saxlayır. Arvad tikir vermişdi ki, oğlu gah samanlıqda gecələyir, gah tövlədə qalır, gah da otaqların birində mürgüləyir. O bir yerdə yatmır, tez-tez yerini dəyişdirir. İndi, bu gün də narahat idi, bir yerdə dayanmır: gah samanlığın, gah tövlənin belinə qalxır, gah da ot tayalarının yanında hərlənirdi. Güllü xanım kəndin yuxarı başındakı səs-küydən, itlərin çaxnaşmasından ehtiyatlanırdı. O bu gecə nəsə baş verəcəyindən qorxurdu.Ömər koxanın sağlığında hər şeyin sakit gəlib-keçəcəyini bilən Həsən ağa arxayın idi ki, bu ağsaqqalın sözündən heç kəs çıxa bilməz. O hamını başa salmışdı ki, Ələddinin ölümü bir bədbəxtliyin nəticəsidi və buna görə araya qan salmaq, təzə düşmənçilik törətmək lazım deyil. Hətta onun ayağına qəza mərkəzindən gulən və "Nə üçün şikayət eləmirsən'.'" - deyən hökumət adamlarını geri qaytarmış, "Ölən də, öldürən də öz uşağımızdır, burada heç bir qəsdi- qərəzlik yoxdur", - demişdi. Ondan sonra Həsən ağaya dəyib-dolaşan olmamışdı. Həsən ağa onu da başa düşürdü ki, Ömər koxanın oğlu Şamil və Çıraqlılar onunla barışsalar da, ürəklərində kin var idi. Atalarının sözündən çıxa bilməsələr də, içəridən qovrulub yanırdılar. Ona görə də, Həsən ağa gözə az-az dəyir, Şamilin, Qönçə xanımın gözünə az-az görünürdü. Amma axır vaxtlar onu bir-iki dəfə idarəyə çağırmışdılar. Hətta bir dəfə kənd şurasının milisioneri Keçəl Xondulu zarafata salıb demişdi ki, "Nə vaxta qədər belə səksəkəli dolanacaqsan? Əlindən xata çıxıb, get üç-dörd ay yat sonra gəl, rahat dolan".

19953 мин

Стихи других поэтов