3
Страница 1 из 2
Axşamüstü göyün üzü tutuldu. Bərk sazaq başladı. Eyvanın baş tərəfindəki buxarıda sac asan Tükəzban xala, axırıncı çörəyi qıraqlayıb ayağa durdu. Üst-başıni çırpıb sacı çevirdi. Közün həniri onun üzünə vurdu. İsti çörəkləri tabağa yığıb evə apardı, taxtın üstünə sərdi. Sonra ağ samovarı su daşından süzülən dumduru su ilə doldurub buxarının yanına qoydu. Maşanı götürüb sacın altından çıxan közləri qurdaladı. Elə bu vaxt çəpərin o üzündən səs gəldi. Tükəzban xala Zeynəbi səsindən tanıyıb hay verdi.
– Sən Allah, mənə bir xəkəndaz od ver. Peçi qalamaq istəyirəm.
Heç bilmirəm spiçkanı hara qoymuşam.
– Gəl apar.
– Eh, bir də kim gəlsin! Doldur, elə çəpərin üstündən bəri ver.
– Oralara od-zad salarsan. Doqqazdan keç, gəl apar. Zeynəb əlini payaya uzatdı. Ayağını çəpərin alçaq yerinə qoyub bəri üzə keçdi və bir göz qırpımında eyvana çıxdı. Tükəzban xala təəccüblə:
– Bıy, başıma xeyir, ay qız, hardan gəldin?
Zeynəb gülə-gülə xəkəndazı doldurdu. Tükəzban xala çəpərin tapdanmış yerinə baxıb başını buladı.
– Bilmirəm nə vaxt ağıllanacaqsan?
– Nə olub ki?
– Daha bundan artıq nə olacaq? Sənin əlindən çal-çəpər də qalmadı.
Keçi kimi, hara gəldi dırmaşırsan. Ayaq basmadığın yer yoxdur. Evimizin dörd tərəfində cığır salıbsan. Heç fikirləşmirsən ki, Tükəzban dul arvaddır, bir də kim onun qapısına-bacasına çəpər çəkəcək?
– Bıy!.. - Zeynəb şaqqıldayıb güldü. – Bəs oğlun balacadır?
– Mənim oğlum çəpər çəkəndir?
– Niyə çəkmir, bəyəm oğlun o qədər artıq adamdır?
Tükəzban xala gözlərini qırpmadan diqqətlə Zeynəbə baxıb, bilmək istədi ki, qız zarafat eyləyir, yoxsa İmran barədə doğrudan da bu fikirdədir? Birdən arvad xəkəndazı götürüb közü ocağa tökdü.
– Sənə od-zad verən deyiləm. Çəpəri ayaqladığın yetmir, od da istəyirsən?
Zeynəb qarının könlünə dəydiyini hiss etdi.
– Bir də ayaqlamaram.
– Yalan deyirsən.
– Bəs neyləyim ki, inanasan?
– And iç.
– Nəyə?
– İmranın canına.
Zeynəb azacıq qızardı.
– İmran mənim and yerimdir?
– Bir buna bax! - deyə Tükəzban xala səsini uzatdı. - Ay qız, sən gərək şükür eyləyəsən ki, mən səni İmranın canına and verirəm.
Zeynəb qəfildən qarını qucaqlayıb üzündən öpdü.
– Xətrinə dəyməsin, mən elə-belə dedim, qoy xəkəndazımı doldurum gedim.
– And içmirsən?
Zeynəb gözlərini Tükəzban xalanın üzünə dikdi. Onun saçları ağarsa da, özü gümrah idi. Sifəti hələ gözəlliyini itirməmişdi. Yanaqlarının qızartısı belə getməmişdi. Ancaq gözlərinin ətrafındakı qırışlar çoxalmışdı. Burnu, çatma qaşları, açıq alnı, qonur gözləri İmranı xatırladırdı. O da, İmran kimi, qaşlarını çatıb diqqətlə adama baxırdı. Zeynəb Tükəzban xalanın gözlərinə xeyli baxdı və birdən özünü itirən kimi oldu. Səsi titrədi:
– Mənsiz də onun canına and içən tapılar.
Tükəzban xala qızın bir az tutulduğunu, hətta gözlərinin yaşardığını gördü. Hiss etdi ki, "mənsiz də onun canına and içən tapılar" - deyəndə nədənsə Zeynəb kədərləndi, köksünü ötürdü. Qarının da ürəyi yumşaldı. Axı bu qızı özü böyütmüş, ona analıq etmişdi.
– Yaxşı, əvvəlcə mənə kömək elə, odunu içəri daşı, ocağı qala, sonra od apararsan. İmran da indicə gələcək. Anası ölmüş səhərdən getdiyidir.
– Gəlsin özü ocaq qalasın, mən ona borclu deyiləm ki!
– Ay qız, bəsdir.
– Düz deyirəm də. Ya da arvad alsın. Kimi gözləyir? Balacadır?
Onun taylarının iki-üç uşağı var.
– Ay günü ağ olmuş, sənə dedim mənə kömək elə, daha demədim inkir-minkir başla. Di tez ol.
Zeynəb gülə-gülə həyətə düşdü. Yarılıb qalaqlanmış odunlardan bir qucaq götürüb içəri apardı. Tükəzban xalanın peçə doldurduğu közlərin üstünə yığıb üfürməyə başladı. Əyildikcə yoğun hörükləri çiynindən sürüşüb sinəsinə düşürdü. Ocaq közərir, odunlar çatıldaşaraq yavaş-yavaş alışırdı. Qapağın deşiklərindən süzülən işıqlar döşəmədə oynayanda, Zeynəb saçlarını geri atıb ayağa durdu. Tükəzban xala qızın pörtmüş yanaqlarına, üzünə tökülmüş cığalarına, qalxıb-enən sinə-sinə, çirməkli qollarına baxdı. "Uçuq bir evin dirəyidir. Qız deyil, qızıl parçasıdır. Hansı evin qapısından girsə, çıraq kimi işıq salacaq. Halalca uşaqdır". O, üst-başının tozunu çırpan Zeynəbi bir daha nəzərdən keçirdi:
– Bilmirəm oğlanların gözü niyə bağlanıb, səni niyə görmürlər?!
Zeynəb daha da qızardı. Hər dəfə Tükəzban xaladan eşitdiyi bu söz onun xoşuna gələrdi. İndi isə özü də hiss etmədən, diksinən kimi oldu.
Tükəzban xalanın gözlərinə baxa bilməyib başını aşağı saldı.
– Məni az təriflə.
– Təriflənəsi qızsan, tərifləyirəm, qadan alım. Maşallah, gün kimi şölə salırsan, sənə pis deyənin dili quruyar.
Zeynəb getmək istədi. Tükəzban xala onun qolundan tutub saxladı.
– Başım qarışıb, yadımdan çıxıb. Sən ananın goru, taxtın üstə çıx, çırağın şüşəsini də sil. Qoca arvadam, nə olar, kömək elə.
Zeynəb gülümsədi.
– Yox, daha aldada bilməzsən. Onu da qoy o təmizləsin.
– Kim, ay bala?
– Nərgiz müəllimə, - deyə Zeynəb başı ilə qonşu otağı göstərib bic-bic güldü və tez eyvana çıxıb xəkəndazı közlə doldurdu.
– Ay Tükəzban xala, samovar daşdı.
Qarı çayniki götürüb eyvana çıxanda, çəpərin üstündən adlayıb evlərinə gedən Zeynəbin arxasınca baxaraq köksünü ötürdü: "Dilli də olsa, yaxşı uşaqdır. Bircə belə gəlinim olsaydı, heç dərd çəkməzdim".
Samovar hoqquldayırdı. Deşiklərdən fışqırıb çıxan buxar az qalırdı qapağı atsın. Tükəzban xala çayı dəmləyəndən sonra samovarı silib içəri gətirdi, stolun üstünə qoyub dəmkeşi keçirtdi. Çayniki dəsmalla bürüyüb dəmə qoydu. Süfrəyə stəkan-nəlbəki düzdü...
Artıq hava qaralmışdı. Seyrək qar yağırdı. Bayaqdan həyətdə vurnuxan toyuqlar indi çardağın altındakı tara çıxıb boyunlarını bükmüşdülur. Yerlərini rahatlamaq üçün bir-birini itələyib qığıldaşırdılar. -örüşdən qayıdan mal qapılarda mələşirdi. Yarpağı tökülmüş ağacların arasından güclə seçilən evlərin pəncərələrinda titrəşən işıqların sayı getdikcə artırdı.
Tükəzban xala şüşəni silib, otuzluq lampanı yandırandan sonra həyətə çıxdı. Yarılmış odunu daşıyıb eyvana yığdı.
Məktəbin zəngi axırıncı dəfə kəsik-kəsik dilləndi. Azacıq sonra kənd yollarında itlər hürüşməyə başladı.
"Dərs qurtardı. Gedim peçi qalayım. Üşümüş olacaq, qərib adamdır" - deyə fikirləşən Tükəzban xala bir qucaq odun götürüb qonşu otağa keçdi... Ağ yun şala bürünmüş Nərgiz müəllimə içəri girdi. Səliqə ilə qəzetə büküb sinəsinə sıxdığı dəftərləri stolun üstünə qoyub, naxışlı yun əlcəklərini çıxartdı. Şalını açıb paltosunu soyundu. Yanaqları qızarmışdı, əlləri göynəyirdi. Evin ortasında sakitcə dayanan Tükəzban xala Nərgizin hər bir hərəkətinə göz qoyur, onun saçlarını üzündən necə geri elədiyinə, qaloşlarını nə cür çıxardığına tamaşa edir, nazik çatma qaşlarına, iri qonur gözlərinə baxmaqdan doymurdu.
– Deyəsən, möhkəmcə üşüyübsən, qızım, yaxın gel, otur burda, o otağın peçini yenicə qalamışam, hələ soyuq olar. Bir az dincəl, onacan çay-çörək də hazır olar.
– Yox, yox, Tükəzban xala, sizə zəhmət olar, özüm hər şeyi hazırlaram.
– Hazırlanası bir şey qalmayıb. Samovar qaynayıb, təzə, isti çörəyimiz var, ocağı da ki, qalamışam.
– Axı, siz mənə xəcalət verirsiniz.
– Xəcalət niyə olur, sən də mənim balam.
Nərgiz müəllimə peçin yanına keçdi. Tükəzban xala bir stəkan çay süzüb onun qabağına qoydu.
– Soyuqdan gəlibsən, iç, canın qızsın. Anası ölmüş İmran da bilmirəm harda qaldı...
Evə sükut çökdü. Peçdəki odunlar çatıldayıb yanır, samovar könül oxşayan səslərlə zümzümə edirdi.
– Deyəsən, kiçik çillə qiyamət qoparacaq.
– Görünür, - deyə Nərgiz müəllimə cavab verdi və Tükəzban xalanın əl-ayağa düşdüyünü görüb tez ayağa qalxdı.
– Gəlin oturun, onsuz da səhərdən axşamacan evdə işləyirsiniz.
O tez dəsmalı götürüb stəkanlan sildi. İsti çörəkdən gətirib süfrəyə qoydu. Pendiri səliqə ilə doğradı, ev gəlini kimi ortada hərlənib bankadan yağ, bal çıxartdı. Tükəzban xalaya çay süzdü. Qənd doğramağa başladı. Tükəzban xala qurtum-qurtum çay içir, gözaltı Nərgiz müəlliməni süzürdü. Bu qız da onun xoşuna gəlirdi. "Zalım balasının beli üzükdən keçər, qaş-gözünə söz ola bilməz. Ağzı da elə bil qüdrətdən yaranıb, bapbalaca. Mənim oğlumun da bilmirəm gözü hardadır, bu cür cığalı qızı görmür. Hayıf ki, ata-anasını tanımıram. Amma halal süd əmənə oxşayır. Dili-ağzı özündə, başı aşağı uşaqdır. Neçə aydır mənim evimdədir, başını qaldırıb bir adamın üzünə baxdığını görməmişəm..."
Tükəzban xala çayını içdi. Nərgiz müəllimə cəld stəkanı götürüb çay süzdü. Tükəzban xala gözünü onun əllərindən ayırmadı. "Bir dəli şeytan deyir sandıqdakı üzüyü götür, keçir bunun barmağına... Oğlum fərsizin biridir. O fikirləşənə qədər iş-işdən keçəcək. Bir də gördün boz-yoluğun biri, ley cücə götürən kimi, qızı götürüb apardı..."
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-ayrilan-yollar-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mələyin yoxa çıxması xəbərini eşidəndən yarımca saat sonra Allahyar yola hazırlaşdı. Qumar yoldaşlarının və karvansara sahibini duyuq salmamaq üçün əhvalatı açmadı. Onların sualına "daha bəsdir, evdə işim-gücüm tökülüb qalıb", - deyə təmkinlə cavab verdi.Onun atını gətirdilər. Bu neçə gündə arpa yeyib kökələn ot yüyənini çeynəyir, həndəvərinə hərlənən adamları dişləyib gəmirmək istəyirdi. Allahyar kəhərin qoltuqaltısını yoxladı, qarın qayışını çəkib bərkitdi Sonra gümüş döşlüyünü sahmana saldı. Ayağını üzəngiyə qoyub, atın belinə qalxmazdan əvvəl mehtərin haqqını verdi.
Birinci hissə, 7Əlləri qoynunda, eyvanın dirəyinə söykənib selləmə bahar yağışına tamaşa edən Salatını fıkir götürmüşdü. Şamxal evə qayıtmamışdı. Onun hara getdiyini dəqiq bilən yox idi. Atasının qorxusundan, bir də söz-söhbətdən xoşu gəlib ara qızışdıran arvadların üzünü görmək istəmədiyindən evdən eşiyə çıxmamışdı. Anası da o gündən bəri ağzı üstə döşənib qalmışdı. Ev suyu soğulmuş dəyirmana dönmüşdü.Cahandar ağa ailəsini o taya, meşəyə, binəyə göndərmək istəmişdisə də, Zərnigar xanım: "Bircə onu görməyəcəksən, - deyə kişisinə cavab vermişdi.
Birinci hissə, 8Qoca ağır-ağır yoxuşu qalxırdı. Əlindəki söyüd çubuğuna keçirdiyi balıqların pulları parıldayır və quyruqları açıq-çəhrayı rəngə çalırdı. Kişi yorulmuşdu. Tez-tez dayanıb nəfəsini dərir, çiynindəki əndırləri silkələyib kürəyinin ortasına atırdı. O, möhkəm islanmışdı. Dizi yamaqlı şalvarı, arxalığının altından görünən boynu qara sapla işlənmiş kirli alt köynəyi belə yaş idi. Çarıqlarını və iplik corabını soyunub əlinə almışdı. Gecəli-gündüzlü suda qaldığından ağappaq olan dabanını və codlaşmış ayaq barmaqlarını qızmış tozlu torpağa basdıqca, bədəninə istilik yayılırdı. O, iri, saçaqlı papağını boynunun dalına itələmişdi. Qırxıq başından buğ qalxırdı. Sinəsinə düşən ağ saqqalının pərakəndə tüklərini səhər küləyi oynadırdı.Kişi dayanıb nəfəsini dərdi. Bir xeyli Kürdə çimişən uşaqlara, yulğunluğa doluşan mal-qaraya baxdı. Öküzünün burada olub-olmadığını yoxladı. Sonra yenə yoluna davam etdi. Dikdirin qaşına çatanda bir dəstə uşaqla qarşılaşdı. Onların əllərində balaca qarmaqlar var idi.
Birinci hissə, 9Şamxal kəndin kənarında, biçənəklərin üst tərəfindəki təpənin qaşında özünə ev tikdi. Kənd cavanları ona kömək etdilər. Birləşib yer qazdılar. Meşədən dirək, kərən gətirdilər. Üç gün gecəli-gündüzlü işləyəndən sonra qazma daxmanın üstünü örtdülər.Damın pərdilərini Şamxal özü örtdü. Enli qovaq ağaclarını doğrayıb ortadan yardılar. Səliqə ilə yonub yan-yana qoydular. Şamxal evin dal tərəfindən balaca bir pəncərə açdı. Uşaqların hardansa tapıb gətirdikləri bir parça şüşəni ora saldı. Qara damın həyətində iri bir çardaq da tikdilər. Şamxal özü çardağın ətrafını yulğun çubuğu ilə hördü, torpağın süzülüb axmasının qabağını aldı. Həyətdəki ot-ələfi təmizlədi. Harda xırman açacağını, samanlığı, tövləni harda tikəcəyini indidən müəyyənləşdirdi.
Стихи других поэтов
Sənə deyim, aşıq Cünun,Gözlərimdə yaş inildər.
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
Oldu: Məh yüzünə salmış bu mələkmənzərMəh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,