2
Страница 1 из 3
Gurhagur yanan dəmir peçin istisi otağı bərk qızdırdı. Çarpayıda, yumşaq yorğan-döşəkdə yatan Qurban Kosaoğlu yuxulu-yuxulu sinəsini qaşıdı, arxası üstə döndü. Qolları çarpayıdan sallandı. Azacıq sonra otağı fısıltı götürdü.
Bədənnüma güzgünün qabağında oturub qaş-gözünə sığal verən Sayalı ərinin səsini eşidib geri döndü. Onun üstünün açıldığını görüb ayağa durdu. Döşəməyə düşmüş yorğanı götürüb onun üstünə örtdü. Onun iri döşləri Qurbanın sinəsinə toxundu. Sayalı xeyli ərinin başı üzərində dayandı. Qurban nəfəs aldıqca qalın dodaqları aralanır, papiros çəkməkdən saralmış dişləri görünürdü. Ətli gözlərinin yanları qırış-qırış idi. Ülgüclə qırxılmış başı yastığın üstündə parıldayırdı. Nəfəs aldıqca xırıldayırdı.
Sayalı ərini silkələdi.
– Əyə, yatmaqdan doymadınmı?
Qurban dodaqlarını marçıldadıb mızıldandı:
– Sən atanın goru, qoy bir az çimir eləyək.
– Günorta olub axı, acından-suzundan öldün.
Qurban yerin içində qurcalanıb, gözlərini açdı. Hava çatışmırmış kimi dərindən nəfəs aldı.
– Yenə ocağı çatıbsan?
– Bircə dur. Özünü xora-xoşa qoyma.
Arvadının xasiyyətini bilən Qurban, yerin içində gərnəşdi. Bərk əsnəyib gözlərini ovuşdurdu.
Sayalı onun paltarlarını gətirdi. Qurban könülsüz ayağa durdu. Öskürüb boğazını arıtladı. Paltarını geyinib eyvana çıxdı. Arvadı boynu dərili yarımkürkü onun çiyninə saldı.
Həyətdə qan-tər içində odun yaran Kazım dərhal baltanı kötüyə sancıb qışqırdı:
– Ay uşaq, kişiyə su gətirin üzünü yusun. - Sonra da irişdi. - Sabahın xeyir, Qurban qağa, deyəsən, yuxudan doymayıbsan.
– Qoyurlar ki, adam bir şirin yuxu yata?! Gecə yarıyacan baş-beynimizi aparırlar. Hər ağızdan bir avaz gəlir.
– Başına and olsun, düz deyirsən, hərəsi bir hoqqa çıxardır. İllah da Kərim kişi.
– Əyə, Kazım, o nə adamdır ki, sözünü danışırsan? Ə, işində ol.
– Bilirəm, sən olan yerdə o nəkarədir? Amma hər işə başını soxur. Kosaoğlu çiynini atıb yenə boğazını antladı və əsəbi halda Kazıma baxdı.
– Sənə dedim, elələrinin sözünü danışma. Mən Kərim kimilərinin çoxunu yola salmışam. Sən belə işlərə qarışma. Briqadirsən, get briqadirliyini elə.
Kazım təzim edirmiş kimi aşağı əyildi:
– O heykel başına and olsun, düz deyirsən, bir də belə işlərə qarışmaram.
Kosaoğlunım kiçik qızı sarı aftafada su gətirdi. Kazımıı dərhal aftafanı və dəsmalı qızın əlindən aldı.
– Qaç get evə, üşüyərsən, mən özüm tökərəm.
Kosaoğlu kürkünü çiynindən alıb Kazıma verdi. O isə dəsmalı sol qolunun üstünə salıb su tökməyə başladı. Kosaoğlu iri ovcunu su ilə doldurub üzünə çırpır, at kimi fınxırıb ətrafa sıçradırdı. Qış, yaz qırxıq olan başından buğ qalxırdı. Üzünü yuyub quruladıqdan sonra Kazımın odun yardığı səmtə baxdı.
– Deyəsən, qar kəsməyəcək.
– Canın sağ olsım. Odununuz boldur. Hamısı da fıstıq, palıd. Meşədən məktəbə odun gətirməyə gedəndə şəxsən öz əlimlə seçmişəm. Hələ o biri qışa da çatar. Tezdən gəlib iki-üç günlük yarmışam. Axşam da gələcəyəm. Qoy uşaqlar əziyyət çəkməsin.
– A kişi, nə əziyyət çəkirsən?
– Nə zəhməti var, Qurban qağa, odun yarmaq bir böyük iş deyil.
Kosaoğlu əlini belinə qoyub, həyətdə ilanyalı yığılmış odunlara, iri meyvə ağaclarına, talvarın altındakı yük maşınına, bir az bəridəki "Pobeda"ya baxıb, adəti üzrə boğazını arıtladı. Sonra gümüş qutusunu çıxardıb papiros eşdi və məmnuniyyət ifadə edən nəzərlə Kazıma baxdı.
– Qiyamət oğlansan. Gərək sənin bu yaxşılıqlarının əvəzini çıxam.
– Əşi, nə yaxşılıq, Qurban qağa? Böyüyünə qulluq eləmək hər kəsin borcudur.
– Borc öz yerində. Əgər sözümə qulaq assan, lap geroy da olarsan...
Kazımın gözləri parıldadı.
– Hə, bəs necə bilirsən, hər şey öz əlimizdə deyil? istəsəm səni lap günü sabah Moskvaya delaqat da göndərərəm.
– Elədir, Qurban qağa. Şəxsən sənin əl qatdığın işi heç fələk də poza bilməz.
Kosaoğlu qarşısında dayanmış oğlanı təpədən dırnağa süzdü. Onun dəyirmi papağı gözünün üstünə enmişdi. Ucu şeşmər, qara bığları vardı. Qarabuğdayı sifətinə dənəbir çopur səpələnmişdi. Boyu uca olmasa da, yaraşıqlı idi. Amma beli azca qabağa əyilmişdi. O, həmişə Kosaoğlu ilə söhbət edəndə qurbanlıq qoyun kimi boynunu büküb, yazıq bir görkəm alardı. Elə buna görə də sədrin ondan xoşu gəlirdi.
Kosaoğlu qarşısında dayanan briqadirə baxıb gülümsündü:
– Pambıq əkininə başlanan kimi Yan arxın altındakı xam yeri şumlayıb briqadanın torpağına qatarsan. Suyun gözüdür. Orda bir pambıq olacaq ki, gəl görəsən! Bildin?
– Bildim, Qurban qağa, ancaq...
– Nə ancaq?
– Ora mənim briqadamın yeri deyil.
– Nə olsun ki? Əkərsən, artıq pambıq götürərsən. Sonra da baxarıq. Keçən il zərərmi çəkdin?
– Allah ömrünü uzun eləsin, Qurban qağa, sən olan yerdə adam zərər çəkərmi?
Eyvandakı samovar qaynayıb poqquldadı. Sayalı samovarı götürüb içəri aparmaq istədi. Ancaq Kazım özünü qabağa verdi.
– Sayalı bacı, qoy mən götürüm.
– Sənə zəhmət olar.
– Əşi, nə zəhmət?.. EIə sözü niyə danışırsan, ayıb şeydir.
O, samovarın qulplarından yapışıb içəri apardı. Gözucu süfrəyə düzülmüş yeməklərə baxıb bayıra çıxdı. Yenə odun yarmağa başladı. Yarım saatdan sonra qapını aralayıb başını içəri saldı.
– Ay qağa, idarəyə gələcəksənmi?
– Hə, hə, get Gövhər qarıya kömək elə, peçi-zadı qala.
– Baş üstə, ay qağa!
O, qapını örtüb getmək istədi. Amma nə isə xatırlayıb dayandı. Bunu hiss edən Kosaoğlu:
– Nə var, sözlü adama oxşayırsan?
– Heç. Elə birdən yadıma düşdü. Dünən İmran gəldi.
– Hansı İmran, ə, Tükəzbanın oğlu?
– Bəli.
Kosaoğlu bir anlığa fikrə getdi. Sonra səsini uzada-uzada soruşdu:
– Deyəsən, o, ağranomluq məktəbində oxuyurdu?
– İndi qurtarıb. Özü də deyirlər yaxşı ağranom olub.
– Olsun də. Guya ki, məktəb qurtaranda mənə ağzı ilə quş tutacaq.
İndi məktəb qurtaranların başında beş qəpiklik şey yoxdur.
– Deyirəm, əşi, doğrudan da bu dünyanın işi lap qəmədiyədir. Ağzı qatıqlı uşaqlar da özünü adam cərgəsinə qatır. Heç dul Tükəzbanın oğlundan ağranom olar?
– Olanda gəlib xonçamızın başını ha dağıtmayacaq. Heçi ayrı, köçü ayrı, bizə nə var! Qapını ört, get işində ol, mən də bir azdan gələcəyəm.
Kazım qamətini düzəldib qapıdan çəkildi. Papağını gözünün üstünə endirib nazik bığlarını eşdi. Çəpərin yanında, payaya bağladığı ata yaxınlaşıb belinə sıçradı. Şinelinin ətəyini yığıb idarəyə doğru çapdı.
Gövhər qarı səhər tezdən idarəni silib süpürəndən sonra qapını bağlayıb getmək istədi. Ancaq Nəsib dayı açarı ondan alıb dedi ki, "rayona zəng vuracağam". Gövhər qarı əvvəlcə açarı vermək istəmədi. Kosaoğlu ona tapşırmışdı ki, "mən olmayanda idarəni açıb içəri adam buraxma". Amma qarı Nəsib kimi hörmətli adamın sözünü yerə sala bilməzdi. "İndi mən neyləyim, bu boyda kişiyə necə yox deyim?"
Nəsib dayı qapını açan kimi, həyətə toplaşanlan içəri çağırdı. Gövhər qarı lap əlacsız qalıb partiya təşkilatçısının qabağında dillənə bilmədi. Nəsib dayı rayona zəng elədi, kiminləsə danışdı, sonra atını minib harayasa getdi. Gövhər qarı içəri toplaşanları bayıra çıxartmaq istədisə də, mümkün olmadı. Əksinə, idarəyə gələnlərin sayı daha da çoxaldı.
İndi o, otaqda hərlənib tez-tez çölə baxır, Kosaoğlunun yolunu gözləyir, dilinə kəlmeyi-şəhadət gətirirmiş kimi, öz-özünə "allah, sən saxla" - deyə donquldanırdı. İçəridəkilər isə qızğın söhbət edir, klubdan, tarla düşərgələrindən, əkindən, biçindən danışırdılar. Kərim kişi tez-tez peçə odun qoyurdu. Gövhər qarı gözaltı ona baxır, dişi bağırsağını kəsirdi.
Kərim kişi yenə əyilib peçin altındakı odunlardan birini götürdü. Əlindəki yaş əski ilə sədrin stolunun üstündəki şüşənin tozunu silən Gövhər qarı özünü saxlaya bilmədi:
– Bircə yerinə qoy, səndən ötrü yarıb yığmamışam!
– Bəs kimdən ötrü yığıbsan, ay imanına qurban? - deyə Kərim kişi rişxəndlə soruşdu.
Gövhər qarı odunu alıb yerinə qoydu və tərs-tərs Kərim kişiyə baxdı.
– Ağzını farağat qoy. Mən səndən ötrü oyun-oyuncaq deyiləm. Bu saat dünyanı başına dar elərəm. Bu zəhrimarı da az fısqırt, indicə kişi gələcək.
– Gəlsin də, biz də elə onu gözləyirik.
– Bilmirəm viranxanalarında niyə oturmurlar?! Xoruz banından idarəni kəsdirirlər. Özləri də hey danışırlar. Heç çənələri yorulmur.
– Qarı deyintisinə ara vermirdi.
O, yenə kolxoz sədrinin stolunun ətrafında fırlanmağa, mürəkkəb-qabılarının, qələmləri səliqəyə salmağa başladı.
Qarı kabinetdən çıxandan sonra Kərim kişi üzünü küncdə oturan İmrana tutdu:
– Bacıoğlu, sənin dediklərin pis deyil. Amma heç başını ağrıtma.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-ayrilan-yollar-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həsən ağa eyvanı Kürə baxan evlərinin həyətində odun yarırdı. Havanın sazaq, ətrafın qırov olmasına baxmayaraq enli kürəyinin ortası tərləmişdi. Ələddinin səsini eşidəndə baltanı kötüyə sancıb dikəldi. Gödəkcəsini çiyninə saldı, ağır-ağır doqqaza doğru addımladı.– Niyə orda durubsan?
I fəsil, 2Həsən ağa ətrafa səpələnmiş quru budaqlardan bir qucaq yığdı, gətirib meyitin yanında yerə tökdü. Əlləri əsə-əsə ciblərini axtardı. Kibrit çıxardıb ocaq qaladı. Meşəyə qızıl dilli alovun işığı yayıldı. Sonra iri bir kötüyü sürüyüb ocağa qoydu. Bir xeyli çartıltıyla yanan odunlara baxdı.Alan yerə yatdı. Qabaq ayaqlarının üstündə, xəzəli xışıldada-xişıldada, zingildəyə-zingildəyə meyitin bərabərinə qədər süründü. Onu imsilədi və birdən dik atılıb geri sıçradı. Həsən ağa dolmuşdu. Başını əlləri arasına alıb, için-için, korun-korun ağladı. Elə bil Alan bunu başa düşdü. Ulamasına ara verib təzədən yerə yatdı. Bu dəfə sürünə-sürünə Həsən ağaya yaxınlaşdı. İtin zingiltisini eşidən kişi əlini onun başına çəkdi. İt özünə həyan tapmış kimi sivişib ona lap yaxınlaşdı. Quyruğunu buladı, Həsən ağanın bədəninə qısıldı. Hər ikisi titrəyirdi. Həsən ağa itin bu hərəkətindən ürəkləndi, özünə həmdərd tapmış kimi oldu. Bədəninin titrəməsi azaldı. Əlini əsim-əsim əsən Alanın başına çəkdi. "İndi nə eləyək, Alan, bu dərdi kimə söyləyək? Özün gördün ki, məndə günah olmadı, bədbəxt oğlunu əcəl çəkib bura gətirdi! Özünün də evini yıxdı, mənim də. İndi mənə kim inanacaq?". Kişinin yanaqlarından yaş yuvarlandı. Elə bil Alan da ağlayırdı, ocağın işığında gözləri parıldayırdı.
I fəsil, 3Şəmiddin ağa meyitə yaxınlaşdı. Diz çöküb ocaq işığında ala-bula görünən sifətinə baxdı. Əlini meyitin üzünə çəkdi. Onun təzə pencəyini, təzə şalvarına, təzə çəkmələrinə təfərrinc etdi. "Zalım balası elə bil toya yox, ölümə hazırlaşırmış", - deyə ürəyindən keçirdi. Düz bir ay qabaq Ələddini özü şəhərə aparmışdı. Gəlinə də, Ələddinə də paltarları özü almışdı. Elçiliyə də özü getmişdi. Ələddin onun gözü qabağında böyümüşdü, onu doğma balası kimi istəyirdi. Düz bir həftədən sonra toyunu edəcəkdilər. Çıraq uşağı da, Alqazaxlılar da məsləhətləşmişdilər ki, mahalın ən mahir zurnaçısı Hümməti gətirsinlər, hətta beh də vermişdilər. Aşıq Qarnet də bığını eşə-eşə sazını kökləyib gözləyirdi. Qohum-əqrəba, kəndin bütün qız-gəlini əllərinə xına yaxıb oynamağa hazırlaşırdılar. Şəmiddin ağa kövrəldi. Ayağa durdu. Atın cilovundan yapışdı. Büzüşən qardaşına baxdı.– Sən burda qal.
I fəsil, 4Güllü xanım Çıraqlılar nəslini çox yaxşı tanıyırdı. Hələ bu evə gəlin gəlməzdən əvvəl, döşü-başı yenicə çıxıb qız həddinə düşən vaxt gördüyü bir əhvalatı yadına salanda indi də başının tükü qarsıyıb yumağa dönür.Naltökən yaylağına getmişdilər. Noylu bulağın üst tərəfində, yaşıl döşdə, məhəllə-məhəllə dəyə tikmişdilər. Gün çıtdayan kimi sığirçılar mal-qaranı haylayıb örüşə aparırdılar. Qız-gəlin ise Noylu bulağın üstünə tökülür, əl-üzlərini yuyub sığallanır, sonra da sənəklərini diş göynədən bumbuz su ilə doldurub dəyələrə qayıdırdılar. Mal-qara örüşdən qayıdana qədər samovar qaynayır, çay dəmlənir, stəkan-nətbəki dəyənin içində açılmış süfrəyə düzülürdü. Səhər tezdən qoyun-quzuya baş çəkməyə gedən atlı kişilər binələrə qayıdanda hər şey hazır olurdu.
Стихи других поэтов
Hər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Bir də baxsan mənəBaxışın qəlbimi incitmişdir;Bu baxışdan, bu duruşdan əl çək.