I fəsil, 1
Həsən ağa eyvanı Kürə baxan evlərinin həyətində odun yarırdı. Havanın sazaq, ətrafın qırov olmasına baxmayaraq enli kürəyinin ortası tərləmişdi. Ələddinin səsini eşidəndə baltanı kötüyə sancıb dikəldi. Gödəkcəsini çiyninə saldı, ağır-ağır doqqaza doğru addımladı.
– Niyə orda durubsan?
– Bəri gəl, sözüm var.
Həsən ağa ona yaxınlaşdı. Salamlaşdılar. Ələddinin gözləri gülürdü.
– Bir şey görmürsən?
Həsən ağa diqqətlə Ələddini başdan-ayağa süzdü. Gördü ki, nişanlanandan bəri üstü-başı səliqəyə düşüb. Gülümsündü.
– Deyəsən qızın eşqi səni sığallaşdırıb?
– Elə bu?
– Bə, nə istəyirsən?
– Üst-başımı demirənı, bir çiynimdəkinə bax.
Həsən ağa yalnız indi qoşalüləni gördü və gözləri maraqdan işıldadı. Bir ovçu hərisliyi ilə əlini uzadıb tüfəngi aldı. Parıldayan qundağına, nə qədər təmizlənsə də, yağı tamam silinməyən lüləsinə baxdı, çaxmağını çəkib bərk-boşluğunu yoxladı. Tətiyi basdı, sonra lüləni işıldayan günə doğru qaldırıb baxdı. Nişan alırmış kimi gözünü qıyıb üzünü qundağa yapışdırdı.
– Hə, necədir?
Həsən ağa tüfəngin ağırlığını bilmək istəyirmiş təkin qoşalüləni əlində sanballadı.
– Çox mübarək, havaxt alıbsan?
– Dünən.
– Atmağı necədir, yoxlamısanmı, düzmü nişan alır?
– Elə sənin yanına gəlmişəm ki, gedək yoxlayaq.
Həsən ağanın birdən-birə alışan ovçuluq ehtirası birdən-birə də söndü. Qoşalüləni geri qaytardı.
– Yox, bu gün gedə bilməyəcəm.
– Niyə?
– Qonağım gələcək.
Ələddin dostundan belə cavab gözləmədiyindən bir an duruxdu. O elə zənn edirdi ki, Həsən ağa həmişəki kimi əlüstü razılaşacaq, dərhal patrondaşını, tüfəngini götürüb ona yoldaşlıq edəcəkdi.
– Qonağın nə vaxt gələcək?
– Günortaüstü, ya da axşam tərəfi.
– Eh, ay rəhmətliyin oğlu, onacan on dəfə gedib gələrik. Tez ol, tüfəngini götür.
– Yox, Ələddin, bu dəfə mənsiz get.
– Elə şey yoxdu. Sənsiz ovun nə ləzzəti. – Ələddin dönüb suyu soğulmuş Kürə, cətədəki çilpaq ağaclara, çiləkənlərə, o taydakı meşənin boz qovaqlarına baxdı. - Əsl ov vaxtıdı, hava da havalanıb. Sənin canın üçün ürəyimə damıb, gedən kimi maral vuracayıq, özüm ocaq çatıb kabab çəkəcəm.
Həsən ağanın ovçuluğuna, sərrast güllə atmağəna söz ola bilməzdi. Onlar həmişə bir yerdə ova gedər, ocaq çatıb ov əti bişirərdilər. Ələddin də pis ovçu deyildi. Amma özünün əlinə yatan tüfəngi yox idi. Yeznəsindən, tanışlarından aldığı tüfənglər isə, hərdən onun gülləsini boşa çıxarırdı. İndi özünə təzə tüfəng almışdı. Həsən ağa bu cavan oğlanın ürəyindən keçənləri duydu. O başa düşürdü ki, Ələddin özünü göstərmək istəyir. İstəyir ki, Kürü keçib meşədə axşama qədər dolaşsın, geri dönəndə əli dolu qayıtsın, təzə tüfəngin ilk ovundan - vurduğu qırqovullardan nişanlısına pay göndərsin, qürrələnsin. Onun özü də cavan olmuşdu. Meşədən qayıdanda kəndin ortasındakı cığırlara sığışmırdı. İstədiyi qızın doqqazlarından keçəndə bilirdi ki, hardasa gizlənib arxasınca baxan var, az qalırdı ayaqları dolaşsın. Axşamüstü bacısı, ya da anası üstünü vurmasalar da, onun ürəyindən keçənləri başa düşür, ovlanan qırqovullardan qonşuya pay göndərirdilər. Bu pay Həsən ağanın deyiklisinin gizlicə ürək döyüntüsünə, yanaqlarının qızarmasına səbəb olurdu. Ertəsi gün isə ona naxışlı yun corab, ya da yanları işləməyi dəsmal gəlirdi... Həsən ağa başa düşürdü ki, Ələddin bu saat tüfəngdən çox özünü sınamaq, nişanlısının gözündə ucalmaq istəyir.
– Elə gərək bu gün gedək? Qoy qalsın sabaha. Axşamdan hazırlaşıb obaşdan gedərik. Görmürsən gün hara qalxıb? Biz Kürü keçənəcən gün günortadan əyiləcək.
– Hələ axşama çox var, sözümü yerə salma, özün bilirsən ki, əliboş geriyə qayıda bilmərəm.
Həsən ağa onun eyhamını başa düşdü. Gülümsündü.
– Vallah heç həvəsim yoxdu.
– Başın haqqı, səndən əl çəkən deyiləm, gedək!
Həsən ağa yarı xoş, yarı zor razılıq verdi.
Onlar torpaq yoldan aralanıb, yarğanın qaşındakı cığıra çıxdılar.
Alan hamıdan qabaqda gedir, tez-tez cığırdan çıxıb sirkənlərin arasını dolaşır, ayağını asta-asta basıb yeri imsiləyir, torağayları hür-küdür, sonra geri qayıdır, Ələddinin əl-ayağına sürtünürdü. Ələddin itin sevincinə şərik olurmuş kimi onun başını sığallayırdı.
Dikdirə çıxdılar. Həsən ağa ayaq saxlayıb girməyə enən yola baxdı. Birdən bədəni üşürgələndi. Bərkdən asqırdı. Ələddin səsə dönüb baxdı və gördü ki, Həsən ağa dikdirdə dayanıb aşağı enmək istəmir. Ələddin geri qayıtdı. Niyə durdun?
– Eşitmədin tək səbir gəldi? - Həsən ağa gözünü Ələddinin üzünə zillədi. Onun baxışlarında bir yalvarış vardi. - Heç ayağım getmir, gəl qayıdaq.
– Ay Həsən qağa, sən də lap məzəli olmusan, tək səbir gələndə nə olar? Belə şeydən ötəri də, adam gerimi qayıdar?
– Bilirəm, sən belə şeylərə inanmırsan, amma mən inanıram. Tək səbir mənə düşmür, mən qayıdıram.
O, doğrudan da geri döndü. Ələddin nə qədər yalvardısa, eşitmək istəmədi. Hətta onun yolunu kəsib qabağında atılıb-düşən Alanı da acıqlanıb qovdu.
– Ay Həsən qağa, bir ayaq saxla, gör nə deyirəm?
Həsən ağa dayandı. Həyəcandan sinəsi qalxıb-enən Ələddinə baxdı.
– Nə deyirsən?
– Bir şərtim var.
– Nə şərt?
– Bax, bu ispiçkanı nişan qoyacam. Əgər birinci gülləyə vura bilsəm, gedirik. Əgər vura bilməsəm, sən deyən olsun, qayıdırıq.
Həsən ağa tərəddüd içində dayandı. Ondan intizarla cavab gözləyən Ələddinə xeyli baxdı. Nə fikirləşdisə, "yaxşı" dedi və köksünü ötürdü. Ələddin quş kimi sıçrayıb aralandı. Yoldan kənarda, sirkənliklərin içindən ucalan qanqalın ucuna kibrit qutusunu taxdı və eyni sürətlə geri qayıtdı.
– Burdan nişan alım, yoxsa bir az geri çəkilim?
– Burdan nənəm də vurar, bax, get o dikdirə.
Ələddin deyilən yerə getdi və tüfəngi üzünə qaldırmağı ilə nişanı vurmağı bir oldu.
– İndi nə deyirsən?
– Yaxşı, sən deyən olsun, - deyə Həsən ağa könülsüz cavab verdi və ayağını sürüyə-sürüyə enişə doğru addımladı.
Kürün suyu göz yaşı kimi dumduru idi. Yarğanların dibi, çiləkənlərin ətrafı sımra bağlamışdı. Su elə dayazlaşıb, elə şəffaflaşmışdı ki, çayın dibindəki daşlar aydınca görünürdü. Soyuq olmasaydı, adam çərməşib asanlıqla o üzə keçə bilərdi.
Ələddin yulğun kollarının arasındakı qayığı itələyib suya saldı. Hamıdan qabaq Alan atılıb qayığa mindi. Həsən ağa kürəyi götürüb burun tərəfə keçdi. Ələddin çəpi əlinə aldı. İki-üç təkandan sonra Kürü yan elədilər.
Xəzəl dizə çıxırdı. Qovaqlar, palıdlar, cır meyvə ağacları, saqqız kolları yarpaqlarını töksələr də, bir-birlərinə söykənib sıxlaşmışdılar. Elə bil soyuqdan qorunmaq üçün bir-birlərinə qısılmışdılar. Bircə qızılcıq kolları yarpağını tökməmiş, yaz-yay aylarında olduğu kimi qalınlaşıb fızıllığa dönmüşdülər.
Alan qabaqda gedir, ayaqlarını asta basır, arabir dayanıb qulaqlarını şəkləyir, ətrafı dinşəyirdi. Meşənin dərinliyindən, Qarasu tərəfdən qaz səsi gəlir, qanad səsi eşidilirdi. Birdən Alan dayandı. Yeri imsiləyib geri boylandı və qamışlığa doğru qaçıb manğa yatdı. Həsən ağa qoltuqaltısından güllə çıxardıb tüfəngi doldurdu. Ələddin qabağa, itin yanına getdi. Diqqətlə xəzələ, qamışlığın kənarındakı nəm torpağa baxdı. Əli ilə izi göstərdi.
– Qabandır, indicə keçiblər.
İt izi alıb bir xeyli qamışlığın yaxası boyu getdi. Sonra yana burulub, meşənin dərinliyinə qaçdı.
– Deyəsən, iyi alıb, ehtiyatlı ol, - deyə Həsən ağa pıçıltı ilə göstəriş verdi.
Onlar dizə qədər xəzələ bata-bata, nəfəslərini dərmədən Alanın dalınca getdilər.
Meşə qalınlaşırdı. Qızılcıq kolları, sarmaşıqlar, ağacların gövdəsinə ilan kimi dolanıb qol-budaq atan tərniklər tez-tez yollarını kəsirdi. Arabir quşlar kollardan pırıltı ilə uçur, qamışlığın o tayında gözdən itirdilər.
Birdən Alanın səsi gəldi; əvvəl kəsik-kəsik, sonra boğuq-boğuq. Ələddin sıçrayıb qabağa atıldı. Alanın xasiyyətini bilirdi: ov görəndə həmişə belə edərdi.
Onlar qamışlığın yanından talaya çıxanda gördülər ki, Alan iri bir qabanı qabağına salıb qovur. Ələddin tüfəngi üzünə qaldırdı, tətiyi çəkdi. İl zingildədi və qızılcıq koluna doğru qaçdı. Onlar özlərini yetirəndə gördülər ki, Alan hürə- hürə qızılcıq kolunun ətrafında fırlanır. İt onları görəndə daha da ürəkləndi və kolluğa cumuldu.
– Murdar kola girib, tez ol, arakəsməyə alaq.
Həsən ağa yerində dayandı. Ələddin qənşər tərəfə keçdi. Qızılcıq kolunu araya aldılar. Çaxmağı çəkib tüfəngləri kolluğa tuşladılar. Barmaqlar tətikdə hazır dayandılar.
Qızılcıq kolu elə qalın idi ki, bu üzündən baxanda o üzünü görmək mümkün deyildi. İtin qovub kola saldığı qaban da, elə Alanın özü də şiniyib hardasa dayanmışdılar. Ovçular da nəfəslərini içəri salmışdılar. Bir balaca şıqqıltı eşidən kimi tətiyi çəkib həmin səmtə güllə atasıydılar.
Həsən ağa kolun dərinliyində it zingiltisi, sonra şıqqıltı eşitdi. Yəqin etdi ki, Alan qabanın qabağını kəsmişdir. Donuz isə nəfəsini dərib fürsət gözləyir, azacıq keçsə, iti parçalayacaq. Tüfəngini o səmtə hərləyib tətiyi çəkdi. Alan sıçrayıb kolluqdan kənara atıldı. Güllə səsinə diksinən quşlar, ağacın budağındakı qarğalar havaya qalxdılar və uzun zaman civilti səsi qarğa qarıltısına qarışdı. Barıt tüstüsü çəküməmiş Həsən ağa gördü ki, qaban kolluqdan çıxıb xortlaya- xortlaya qamışlığa qaçdı. Qolları yanına düşdü. O yəqin bilirdi ki, gülləsi boşa çıxmayıb. Bəs necə olmuşdu ki, qaban qaçırdı. Alan da görünmürdü. Tüfəngi yerə atdı. Ürəyi səksəkəli halda qızılcıq kolunun başına dolandı və gördü ki, Alanın bədəni titrəyir. İt çaşqın halda gah quyruğunu bulayıb irəli əyilir, gah da geri çəkilib kəsik-kəsik zingildəyirdi.
Ələddin saralmış kolların arasında arxası üstə uzanmışdı. Sinəsindən qan axırdı. Papağı kənara düşmüşdü. Həsən ağanın dizləri qatlandı. Elə bil gözlərinə qaranlıq çökdü. Başı hərləndi. Səldirləyə-səldirləyə Ələddinə yaxınlaşdı. Diz çöküb bir xeyli donmuş kimi, lal-dinməz qarşısında uzanan Ələddinin önündə dayandı. Elə bil onun nitqi tutulmuş, damarlarında qan donmuş, gözlərinə tor gəlmişdi. Nə dillənə bilirdi, nə də tərpənə Xeyli gözlədi. Sonra titrək əlləri ilə xəzəl, otları kənara atdı. Ələddinin hələ də tüfəngin tətiyində olan barmağını araladı. Onu qucağına alıb kolluqdan kənara çəkdi. Bir xeyli nə edəcəyini bilmədən beləcə dayandı. Sonra Ələddini yenidən xəzəlin üstünə uzatdı. Nəfəsi daraldı. Hövllə dartıb yaxasını açdı. Pencəyinin, köynəyinin düymələri vızıltı ilə ətrafa səpələndi. Boğazına yığılmış göz yaşlarını uddu. Ələddinin başını qaldırıb dizinin üstünə qoydu. Onun da pencəyinin, köynəyinin yaxasını açdı. Əli isti qana bulandı. Boğula-boğula: "Mənim evimi niyə yıxdın, - dedi, - indi mən nə edim, camaata nə cavab verim, sizinkilərin üzünə necə baxım, a zalım balası? Ay bədbəxt oğlu, bədbəxt, özünü də, məni də niyə bədbəxt elədin? Sənə demədimmi tək səbir gəldi, gəl qayıdaq. İndi mən başıma haranın daşını töküm?!".
Ələddin elə bil bu sözləri eşitdi. Gözlərində işartı sezildi. Dodaqları tərpəndi. Səsi güclə eşidildi.
– Səndə nə günah var, ay Həsən qağa, görünür əcəl məni çəkirmiş.
Ələddinin bədənindən gizilti keçdi. Bu giziltidən qolları, qılçaları gərildi və birdən süstləşib boşaldı. Həsən ağa onu qucaqlayıb hönkürdü. Başa düşdü ki, Ələddin canını tapşırdı. Diqqətlə gözlərinə baxdı. Telini sığalladı, əlini üzündə gəzdirdi.
Beləcə, meyit qucağında nə qədər dayandığını bilmədi. Havanın qaralıb günün yaxdığından, axşamın düşdüyündən xəbəri olmadı. Bir də o vaxt ayıldı ki, meşəyə qaranlıq çökür. Özünə toxtaqlıq verdi. Meyiti ehmalca yerə, qırovlanmış xəzəlin üstünə qoydu. Meyitin ayaqlarını, qollarını düzəltdi, gözlərini sığadı, papağını gətirib başının altına qoydu. Bundan sonra qamətini düzəldib dikəldi. Sazaq başlamışdı. Meşə sükuta qərq olmuşdu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-olen-dunyam-i-fesil-1
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nəsib dayı adəti üzrə bu gün yenə hamıdan əvvəl yuxudan durub kolxoz idarəsinə getdi. O, axşamdan verdiyi tapşırıqları yoxlamalı, maşınları yola saimalı, sonra briqadalara getməliydi.Son partiya iclasından sonra Kosaoğlu çəkilib kənarda durur, əlini ağdan qaraya vurmurdu. Artıq yer əkdirdiyinə və kolxozçuların pulunu düzgün paylatdırmadığına görə partiya iclasında ona töhmət elan edildikdə Kosaoğlu qulaqlarına inanmamış, "Necə? Mənə, Kosaoğlu Qurbana töhmət verirsiniz? Ə, başınıza at təpib?" - deyə qışqırmış, sonra da, təklifi irəli sürən Nəsib dayının üstünə düşmüşdü. "Ə, heç nə danışdığını bilirsənmi? Ağlını başına yığ, isti yerini soyuq eləmə".
23İmran dan yeri ağaranda yuxudan durub geyindi və həyətə çıxdı. Əvvəlcə qolundakı saata, sonra qızaran üfüqlərə baxdı. Göy üzünə səpələnmiş ulduzlar solğunlaşıb bir-bir sönürdü. Yalnız şərq tərəfdə dan ulduzu iri almaz parçası kimi titrəyirdi."Yaman gecikmişəm" - deyə o, fikrindən keçirdi.
24Zeynəb yarı arxı keçəndə diksinib dayandı. Ona elə gəldi ki, yarğanın dibindən qalxan kölgə sinəsinə ötüb qaratikan kolları arasında gizləndi. Hətta oradan şıqqıltı eşidildi.Zeynəb ayaq saxladı, ürəyi döyünə-döyünə qulaq asdı. Çöllər səssiz idi. Yalnız gecə böcəkləri qəmli-qəmli ötürdü. Elə bil onlar isti payız günündən sonra axşam sərinliyində dincələn çöllərə laylay çalırdılar. Cırcıramaların, çəyirtkələrin bu məhzun nəğmələri Zeynəbi darıxdırdı. Onun da qəlbini hüzn bürüdü. Ürəyində özünün də başa düşmədiyi hisslər oyandı. Tərəddüd içində dayanıb pıçıldadı: "Bu nə idi? Bu zaman yarğanda gizlənən kim ola? Düz adamdırsa, niyə yolla getmir?"
25Kosaoğlu dincələ bilmirdi. Gözünün yuxusu, ürəyinin rahatlığı yox olmuşdu. Axşamdan yer saldırıb yorğan-döşəyə girsə də, yata bilmir, o üz-bu üzə çevrilir, durub papiros çəkir. qaranlıqda gözlərini tavana zilləyirdi. Hər şıqqıltı onu diksindirir, hər səs yuxudan oyadırdı. Son günlər heç yata bilmirdi. Arvadı Sayalı bir neçə dəfə "a kişi, sənə nə olub?" - deyə soruşmuşdusa da, toxtadıcı cavab ala bilməmişdi.Kosaoğlu ürəyindəkiləri arvadına deməsə də, Sayalı kişinin gündən-günə əridiyini, daha da qaşqabaqlı olduğunu, evdə uşaqların üzünə baxmadığını görürdü. Sayalı da çox vaxt yatmır, ürəyində qarğış edirdi. "Allah bizə əyri baxanları dərdə salsın! Görüm o İmranın uğuru xeyrə çıxmasın! Mərdimazar oğlu kəndi çaxnaşdırıb, aləmi bir-birinə qatdı".
Стихи других поэтов
Qorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Hər kimin müsahibi yoxdur gəlməsin meydan araHər kimin müsahibi yoxdur gəlməsin meydan ara,Ona yol yoxdur gəzib seyr eyləyə ümman ara.
Ölüm, sevinmə çoxSəməd Vurğuna*Ölüm, şöhrətinmi azalardı de,
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,