25
Страница 1 из 2
Kosaoğlu dincələ bilmirdi. Gözünün yuxusu, ürəyinin rahatlığı yox olmuşdu. Axşamdan yer saldırıb yorğan-döşəyə girsə də, yata bilmir, o üz-bu üzə çevrilir, durub papiros çəkir. qaranlıqda gözlərini tavana zilləyirdi. Hər şıqqıltı onu diksindirir, hər səs yuxudan oyadırdı. Son günlər heç yata bilmirdi. Arvadı Sayalı bir neçə dəfə "a kişi, sənə nə olub?" - deyə soruşmuşdusa da, toxtadıcı cavab ala bilməmişdi.
Kosaoğlu ürəyindəkiləri arvadına deməsə də, Sayalı kişinin gündən-günə əridiyini, daha da qaşqabaqlı olduğunu, evdə uşaqların üzünə baxmadığını görürdü. Sayalı da çox vaxt yatmır, ürəyində qarğış edirdi. "Allah bizə əyri baxanları dərdə salsın! Görüm o İmranın uğuru xeyrə çıxmasın! Mərdimazar oğlu kəndi çaxnaşdırıb, aləmi bir-birinə qatdı".
Sayalı əvvəllər elə zənn edirdi ki, Kosaoğlunu heç kim yerindən tərpədə bilməz. Ancaq indi hiss edirdi ki, onun əl-qolunu yavaş-yavaş doğrayırlar. Qorxurdu, bir gün baltanı lap kökündən vuralar...
Kosaoğlunu narahat edən də bu məsələlər idi. Bacısı oğlunun anbardan çıxarılması, Kazımın tutulması onun belini sındırmışdı. İş bununla qurtarsaydı, dərd yarı idi. Kazım tutulandan sonra Kosaoğlu prokurorun yanına ayaq döydüsə də, kömək edə bilmədi. Əsədov qaşqabağını töküb dedi:
– Çiy iş görürsünüz, işə raykom qarışıb, heç nə eləyə bilmərəm.
Get yerində otur. Özünü də, məni də biabır eləmə...
Kosaoğlu dinmədi. Görüş alıb Kazımın yanına getdi. Qorxudan rəngi saralmış Kazım, onu görən kimi doluxsundu.
– Ay Qurban qağa, mənim evimi niyə yıxdın?
– Sarsaqlama, ə! Arvad kimi gözünün qorasını niyə sıxırsan? Sir-sifətinə bir bax, ə, sənə nə olub?
– Daha bundan artıq nə olacaq?
– Fikir eləmə, igidin başı qalda olar.
– Axı bu qalmağala məni sən saldın!
– Ə, mən sənə neylədim! İstədim ev-eşik sahibi olasan. Mən nə biləydim ki, fərsizin birisən? Elə nuh əyyamından hamı qız götürüb qaçır, dedim biri də olarsan sən.
– Olmadı, neyləyim, bacarmadım.
– Onda öz bəxtindən küs, daha mənim günahım nədir?
– Nə bilim, ay Qurban qağa, vallah, başımı itirmişəm.
Kosaoğlu onu uşaq kjnü danladı, öyüd-nəsihət verdi. Sonra dedi ki, "qorxma, səni darda qoymaram. Amma bax ha, birdən məhkəmədə ağzından qaçırdarsan ki, Kosaoğlunun da bu işdən xəbəri var. Onda özünbil..."
Ancaq məsələnin üstü bir balaca açıldı. Kazımın mühakiməsindən sonra Kosaoğlunu raykoma çağırıb dedilər ki, "deyəsən axı sən də bu işdən xəbərdar imişsən".
Kosaoğlu iki gün yata bilmədi. "Özümü raykomun gözündən saldım. Bəs necə eləyim, təzədən onun gözünə girim?" - deyə fikirləşdi. Axırda yenə plan məsələsinin üzərində dayandı. "Bəli, plan! Pambıq planını hamıdan tez yerinə yetirsəm, hər şey düzələr. Plan ki doldu, raykom da, başıma and içəcək, ispalkom da. Ondan sonra hər şey yaddan çıxacaq".
Kosaoğlu birdən-birə dəyişdi. Gecə-gündüz çöllərdə oldu. Səhər tezdən məntəqələri gəzdi, arabaları, maşınları yoxladı, qurudulan pambıqları məntəqəyə aparanlara göstəriş verdi, axşamlar isə qapanların yanını kəsdirdi, yığılan pambığı hesaba aldı. Elə oradaca pambığı xarallara doldurtdurub birbaş qəbul məntəqəsinə göndərdi. İkicə gün keçməmiş İmranla idarənin qabağında sözə gəldi.
Aqronom, nəm olduğuna görə, məntəqədən geri qaytarılan pambıq xarallarını göstərib soruşdu:
– Bu nədir, nə hay-haray salıbsınız, qaçaqaçdırmı? Niyə qoymursunuz pambıq əməlli-başlı qurudula?
Kosaoğlu güclə hirsini boğdu:
– A bala, sənə nə var, kolxoz mənimdir, mən bilərəm!
– Pambığı geri qaytarırlar. Qəbul elədiklərini də üçüncü növ hesab edirlər. Camaatın zəhmətini niyə yerə vurursunuz?
– A bala, sən mənə darğalıq eləmə. Get öz işində ol, Məntəqəylə işin olmasın!
İmran getdikdən sonra Kosaoğlu xaralları yenidən maşına doldurtdu, birbaş məntəqəyə sürdürdü. Özü də onlardan qabaq yola düşdü.
Məntəqə müdiri onunla köhnə dost kim görüşüb, kabinetinə apardı. Kosaoğlu qapını örtdükdən sonra yarızarafat, yarıciddi dilləndi:
– Bu nədir, a kişi, yenə bizim pambığı geri qaytarırsan?
– A Qurban, öz aramızdır, yaman yaş pambıq göndərirsən.
– Yaşdır, qurutdur. Naşı deyilsən ki.
– Bilirəm, ancaq bunun altından kim çıxacaq'?
– Necə kim, özümüz! Yoxsa mənə inanmırsan? Yəqin deyirsən ki, Fərhad ölüb, külüngünün səsi gəlmir? Yox, Kosaoğlu həmişəki Kosaoğludur. Heç nədən qorxma, nə göndərsəm qəbul elə. Şərtimiz həmişəki şərtdir.
Onlar bir anlığa susdular. Məntəqə müdiri gözünü döşəməyə zilləyib fikrə getdi. Kosaoğlu stulu yaxına çəkdi.
– Bura bax, planı dolduran kolxoz varmı?
– Hələ yoxdur.
– Onda çalış mənim kolxozum bir həftəyə planı doldursun.
– Çətin məsələdir.
– Ə, mən sənə bələdəm. İstəsən günü sabah mənim kolxozum planı doldurar. Nə təhər olsun-olsun gərək mən qabağa düşəm. Gərək özüm katibin yanına gedib dalajit eləyəm ki, Kosaoğlu rayonda planı birinci doldurdu. Gərək heç kəs qabağa düşməsin.
– Kim nə deyir ki? Çalışın qabağa düşün.
– Tək əldən səs çıxmaz.
– Çıxmaz, koməkləşin, bütün qüvvələri səfərbərliyə alın.
– Bura bax, - Kosaoğlu təəccübləndi, - sənə nə olub, o? Lap bizim Nəsib kimi danışırsan. Ə, mən kimlə köməkləşim? Ağranom İmranlamı? Yoxsa elə bilirsən Nəsib mənə kömək eləyir? Onlar bu saat ayağının altını qazıyırlar. Məni raykomun gözündən salmağa çalışırlar. Mən onlardan yox, səndən, köhnə dostumdan kömək istəyirəm, yoxsa aramızdakı haqq-hesabı unudubsan?
– Haqq-hesabımız öz yerində, amma...
– Alverimiz də öz yerində, hə? - deyə Kosaoğlu onun sözünü tamamladı.
– Necə ton lazımdır?
– Özün hesabla. Behini axşam evinizə göndərərəm.
O gün "İyirmi altılar" kolxozundan gələn bütün pambıq qəbul olundu.
Üç gün sonra Kosaloğlu "Pobedan"ı raykomun qabağında saxladı. Katibin yanına girib planı vaxtından əvvəl doldurduğunu söylədi.
Lakin bu şadlıq uzun sürmədi.
Ertəsi günü onu təcili rayon partiya komitəsinə sağırdılar. Katibə MTS-in yeni direktoru yanaşı oturmuşdular. Nəsib dayı da burada idi. Katibin birinci sualı bu oldu:
– Niyə yalan məlumat verirsən?
– Nə məlumat?
– Plan haqqında.
– Onu kim deyir?
– MTS direktoru.
– Ola bilməz!
– Elədir, - direktor düləndi, - bizdə olan məlumata görə, sizin kolxoz illik planı hələ 93,7 faiz yerinə yetirib. Son isə raykoma dünən məlumat veribsən ki, yüz faiz ödəmişik.
– Düzdür. Məlumat vermişəm. Özü də heç kəsi aldatmamışam.
Yəqin sənə məlumatı düz verməyiblər.
– İmran səhv eləməz.
– Ay yoldaş direktor, - deyə Kosaoğlu məzəmmətedici bir tərzdə davam etdi: - Mən boyda kişini qoyub, o uşağın sözünə niyə inanırsınız? Neçə ildir bu yolda can qoyub saqqal ağartmışam. Mən öz kolxozumun işini bilirəm. İmran uşaqdır, yəqin səhv eləyib. Biz planı dünəndən doldurmuşuq.
Katib üzünü Nəsib dayıya tutdu. Nəsib dayı onun nə dediyini anlayıb:
– Hələ planı doldurmamışıq, - dedi. - Bilmirəm Kosaoğlu nə əsasla sizə məlumat verib, hər halda yoxlamaq lazımdır.
"Yoxlamaq" sözünü eşidəndə Kosaoğlu narahat oldu. Ancaq özünü ələ aldı. Üzünü Nəsib dayıya tutub narazılıqla:
– A kişi, işin-gücün qızğın vaxtında nə yoxlamabazlıqdır! - dedi.
– Qoysana işimizi görək! Əlimdə əsasım olmasa, başıma at təpibdir, nədir ki, yalandan məlumat verirəm! Bir də, mən bunları dədəm ehsanına eləmirəm. Hökumət işidir, mən hökumətdən ötrü çalışıram.
Elə yoldaş raykom da istər ki, rayonun planı tez dolsun.
Onu sakitcə dinləyən katib eyni sakitliklə əlini telefona uzatdı.
– Bəlkə kişi düz deyir, qoy məntəqə müdirini çağırıb soruşaq.
– Bir də nə zəhmət çəkirsiniz! - Kosaoğlu katibə mane oldu.
– Müdirin kağızı məndədir.
– Göstər görüm.
Kosaoğlu arxayınca, əlini məxmər köynəyinin döş cibinə salıb kağızı çıxartdı, katibə uzatdı. Elə bu an birdən-birə ürəyi döyünməyə, əli titrəməyə başladı. Yeni bir fikir beynində ildırım kimi çaxdı: "Bəlkə səhv elədim? Bəlkə bu kağızı ortaya atmasaydım yaxşıydı?.." Lakin keçdi. Katib kağızı oxuyurdu.
– Kosaoğlu düz deyir, məntəqə müdiri də onun sözünü təsdiqləyir.
"İyirmi altılar" kolxozu planı doldurub.
Katibin bu sözləri Kosaoğlunu sakitləşdirdi. O, dərindən nəfəs aldı.
– Ancaq hər halda bu anlaşılmazlığı yoxlamaq pis olmaz. – Katib kağızı stolun siyirməsinə qoydu. - Get işində ol, Qurban.
Kosaoğlu kabinetdən çıxanda acı alma kimi bürüşmüşdü.
O, yenə özünü Əsədovun yanına saldı. Başına gələnləri danışdı. Kömək istədi. Prokurorun qaşqabağı töküldü. Oturub fikirli-fikirli papiros çəkdi.
– Bu nədir? Adam bir iş tutanda irəlisini-gerisini fikirləşməz? İndi mən nə edim, özünü do, o kişini də işə salıbsan. Kosaoğlu özünü itirdi. Son ümidə əl atdı:
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-ayrilan-yollar-25
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bütün gecəni yatmadılar. Səssiz-səmirsiz işlədilar. Ocaq qaladılar, su qaynatdılar, meyiti yuyub kəfənlədilər. İşıqlaşanda üstünə qırmızı kəlağayı örtülmüş cənazəni eyvana qoydular. Güllü xanım hər şeyi yerbəyer edəndən sonra qara paltar geyinib qabağa düşdü. Gün xeyli qalxandan sonra cənazəni yerdən qaldırdılar. Alqazaxlıların başıpapaqlıları, elə Şəmistan ağa ilə Həsən ağa da, tüfəng götürmək istədilər. Güllü xanım qoymadı; "Əli yalın gedəcəyik. - dedi, - düşmən üstünə ha yerimirik, qıranda da qıracaqlar". Güllü xanım əlində əsa qabağa düşdü. İki qardaş – Həsən ağa ilə Şəmistan ağa öndə, qalanları arxada cənazəni çiyinlərinə aldılar. Alqazaxlıların say-seçmə başıpapaqlıları, qız- gəlinləri dinməz-söyləməz cənazənin ardınca irəlilədilər. Matəm karvanı doqqazdan çıxıb, kəndarası yolla Çıraqlılar tərəfə üz tutdu. Doqqazdan, eyvanlardan boylananların üz-gözündə təəccüb vardi. Heç kəs heç nə başa düşmürdü. Cənazəni aparanlar kəndin ortasındakı təpənin yanından keçib dikdirə çıxanda axşamdan səksəkəli yatan Şamil vahimələndi. Tez ayağa durub tüfəngi götürdü. Yaşı yüzü haqlasa da, hələ at minəndə üzəngisini basdırmayan, gözünün nurunu itirməyon Ömər koxa oğlunun təlaşını görəndə həyəcanlandı. Əsasını götürdü və ondan qabaq eyvana çıxdı. Əslinə baxsan, o bütün gecəni yatmamış, səhər tezdən bəd xəbər eşidəcəyinə özünü hazırlamışdı.Cənazəni gətirən dəstə doqqazda, darvazanın arxasında dayandı. Şamil eyvandan aşağı endi.
II fəsil, 1O, yuxudan ayılan kimi əlini yaslığın altına uzatdı və naqanın dəstəyini ovcunda hiss edib sakitləşdi. Yorğanı üstündən atıb çarpayıda oturdu və ayaqlarını salladı. Paçasının arasına və dizlərinə qara dəri tikilmiş qalife şalvarını soyunmamışdı, corablarını da çıxartmamışdı. Tələsik uzunboğaz xrom çəkmələrini geyindi, naqanı şalvarının cibinə qoyub gərnəşdi. Otağın küncündəki əl-üz yuyulana yaxınlaşdı, lüləyi açıb möhkəm yuyundu. Dəsmalla qurulandıqdan sonra gəlib frenç pencəyini geyindi. Yaxasının düymələrini, iri döş və yan ciblərinin ağzını bağladı, kəmərini qurşadı, çalın-çarpaz qoltuqaltılarını çiynindən aşırdı, patron daraqlarının yerində olub-olmadığını yoxladıqdan sonra naqanı qoburuna qoydu, onaçılanı isə yanından salladı. Adəti üzrə mauzerin taxta qoburuna bərkidilmiş qızıl lövhənin üstündəki yazıları oxudu. Bu onaçılanı ona Zaqataladakı qaçaqlarla döyüşlərdə göstərdiyi şücaətə görə vermişdilər. Onun göy gümüşü və şabalıdı rəngli buxara papaqları olmasına baxmayaraq iri, dəyirmi, boz saçaqlı papaq geyinərdi. İndi də elə elədi. Bu papağı geyinəndə elə bil çiyni bir az da enlənir, qan sağılmış gözləri adamı qılınc kimi kəsir, qarşısındakıları vahimələndirirdi. Çox vaxt saçaqlı papağın altından baxan baxışların nə ifadə etdiyini ayırd etmək olmurdu.Qapı astaca aralandı. Növbətçi milisioner əlində səhər yeməyi içəri daxil oldu. Küncdəki stolun üstünə yeməkləri səliqə ilə düzdü. Növbətçi getdikdən sonra o, söseyə yaxınlaşdı: soyutma yumurtanı, bal ilə qaymağı bir göz qırpımında yeyib üstündən bir stəkan südlü çay içdi. Üst-başını səliqəyə salıb iş otağına keçdi.
II fəsil, 2Qəza firqə özəyinin qapısında dayanan keşikçilər Kəsəmənlini görən kimi gülümsünüb ona yol verdilər. Kabı kişi üst-başını düzəltdi, saçaqlı papağını gözünün üstündən azca geri itələdi və şax addımlarla dəhliz boyu getdi. Üstünə qəza firqə özək katibinin adı yazılmış qapını aralayıb içəridəkilərə salam verdi. Firqə özək katibi Abdal kişi qaş-qabaqlı idi. Telefonda kiminləsə acı-acı danışırdı. O, dilucu salamı aldı və Kəsnmənliyə oturmaq üçün yer göstərdi. Kəsəmənli neçə aydan bəri qəzaya təhkim olunmuş Çekanın nümayəndəsilə qabaq-qənşər oturası oldu. O, adəti üzrə ayağını ayağının üstünə aşırmışdı. Biləkləri didilmiş qara tumac gödəkçəsinin ortasını enli qalın kəmərlə boğmalamışdı. Bir yandan naqanı, bir yandan da çantası sallanırdı. Başındakı papaq da nimdaş idi. Bircə ulduzdan başqa. Elə bil ulduzu qəsdən seçmişdi; hər gün tozunu alıb papağının alnına yapışdırırdı.Onların baxışları ani olaraq toqquşdu. Kəsəmənliyə elə gəldi ki, Fətullayevin gözlərində qıvrılıb yatan ilan fısıldayıb ayıldı və qarşısındakı adamın üstünə atılmağa hazırlaşdı. Fətullayev də Kəsəmənlinin gözlərində ildırım kimi şaxıyan amansız baxışları gördü. Lakin özlərini çox sakit apardılar. Kəsəmənli başa düşdü ki, onu buraya boş-boşuna çağırmayıblar.
II fəsil, 3Qapının ağzında domuşuqlu oturan uşaq Kəsəmənlini görən kimi ayağa durdu və hörmətlə ona salam verdi. Kabı kişi bu üstü-başı cırıq uşağın mərifətinə heyran qaldı. Ayaq saxlayıb onun tükü tökülmüş papağına, çiyinləri yamaqlı köynəyinə və didik-didik olmuş şalvarına baxdı. Uşağın ayağındakı çarığın burnu deşilmişdi. Çirkli corabı görünürdü. Amma özünü əkə-bükə kişi kimi aparırdı.– Kimi istəyirsən, bala?
Стихи других поэтов
Gecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi
MənəmEy mənim ilən həmdəm olan bivəfa,Dərd əlindən ah-ü zarım var mənəm.
Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardənGetməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
زلف کافرکیش تو آیین ایمان بر گرفتعقل را صف بر شکست و عالم جان بر گرفت