Страница 2 из 2 · 50%

– Nə istəyirsən verim, kim lazımdırsa onu gör, amanın bir günüdür, qoyma məsələ böyüsün.

– Evin yıxılmasın, mən sənin hansı işini düzəldim?! Axı bu pambıq alveri sənin nəyinə lazımdı?

– Nə bilim, dedim raykomun gözünə girim, bəlkə ara düzələ.

– Görürsənmi, çox yemək adamı az yeməkdən də qoyur.

– Elə onu de, qaşını qayırdığım yerdə vurub gözünü tökdüm. Mənə deyən gərək dilini niyə farağat qoymursan?

– İndi səni kim nıüdafiə edəcək?

– Ə, bəs sən nəsən? O heykəl başına and olsun ki, sən olmasan mən bu qələtləri eləmərəm.

Prokuror otaqda çox gəzindi, sonra mənalı-mənalı başını tərpətdi:

– Çox çətindir. Kağızı raykom katibinə nahaq veribsən. O, əldə maddeyi- sübutdur. İndi əlac yenə özünüzə qalıb. Gör bir təhər o İmrandı, nədi, onu dilə tuta bilərsənmi. Nəsib kişini də yola gətir. Yoxlamada desinlər ki, səhv eləmişik.

– Deməzlər.

– Onda pambıq göndər, əksiyi düzəlt.

– Qoymazlar.

– Verməzlər, qoymazlar... Bəs nə olsun deyirsən? Bir halda ki, heç nə bacarmırsan, daha adını niyə sədr qoyubsan? - O, papiros yandırıb əlindəki kibriti hirslə stolun üstünə atdı. - Mənə nə var? Özün fələyin xərcinə gedəcəksən! Mənim məsləhətim budur ki, vaxtında başına çarə qıl.

Kosaoğlu kəndə gələnəcən çox düşündü. "Boş bir işdən ötrü dolaşacağam. Elə ki, yıxıldım, baltalı da, baltasız da döşəyəcək. Kimin nə heyfi var çıxacaq. Bütün olub-keçənləri açıb tökəcəklər. Ondan sonra nə qədər çapalasam da, altından çıxa bilməyəcəm. Yox, gərək çalışam, yaxam ələ keçməsin. Bəs nə təhər eləyim? Bu köpək oğlunun əlindən yaxamı necə qurtarım? Gecənin birində qabağını kəsdirib başını əzişdirimmi? Onun izini-tozunu itirsəm, hər şey düzələr. Bəs bunu nə cür eləyim? Sonra işin üstü açılmazmı? Təzədən başıma iş açmarammı? Yox, bircə yol qalıb. Kəsik baş danışmaz. Uşaqlara deyərəm, bir gecə xəlvətə salıb Alagöz çayına atarlar".

Kosaoğlu maşını birbaş idarəyə sürdürdü, içəridəkilərə salam vermədən stolun arxasına keçdi. Çırağın piltəsini qaldırıb otaqdakı adamları süzdü. İmran gözünə sataşanda qan beyninə vurdu. Əlini stola çırpıb bağırdı:

– Çıx mənim kabinetimdən!

İçəridəkilər, qapqara qaralmış Kosaoğluna təəccüblə baxdılar. İmran heç nə başa düşmədi.

– Sizə nə olub?

– Canına dərd olub, boğazına da boğma! Gərək hər yerə özünü soxasan? Ə, bir məni başa sal görüm sən kimsən?! Axı sən nəçisən ki, mənin işimə qarışıb aləmi bir-birinə qatırsan! Bu camaatı barmağına niyə dolayırsan? Xalqı avam yerinə qoyursan?! Camaatın zəhmətini niyə itirirsən?

Kosaoğlu xırıldadı. Susub nəfəsini dərdi. İmran qıpqırmızı olmuşdu. Onun yumruqları düyünlənmişdi. Gicgahındakı damarlar şişib tez-tez vururdu. Lakin o, səsini ucaltmadı.

– Otağı başına götürüb niyə qışqırırsan?! Nə olub, nə istəyirsən?

– Nə istəyirəm?.. - Kosaoğlu kəkələdi. Qarşısında dayanan İmranın geniş köksünə, otaqdakı kolxozçulara baxdı. "Mürəkkəbqabını götürüb bunun başına çırpsam nə olar? Görəsən camaat kimi müdafiə edər?" – deyə fikirləşdi və səsini yavaşıtmağı münasib bildi:

– Bala, niyə qoymursan camaat çörək yeyə, paxıllığın tutur? Xalqın çörəyinə niyə bais olursan? - O, üzünü içəridəkilərə çevirdi:

– A kişilər, siz öləsiniz, başa düşmürəm bu bizdən nə istəyir də?

Gəlib-gəlməyib, elə hey dava-qalmağal salır.

– Sözünü açıq de görüm nə olub?

– Nə olacaq, aləmi qatıbsan bir-birinə! Sənə kim deyib ki, məndən xəbərsiz MTS-ə məlumat verirsən? De görüm bu viranxanada sədr mənəm, ya sən?

– Mən sədr olmaq fikrində deyiləm.

– Bəs onda niyə ortalığa dürtülürsən? Camaat zəhmət çəkib pambıq yığıb, vaxtından əvvəl plan doldurub, mən də raykoma raport yazmışam...

– Biz planı hələ doldurmamışıq...

– Sənə dedim ki, doldurmuşuq! Özüm raykoma məlumat vermişəm.

– Sən raykomu aldatmısan.

– A camaat, bu nə danışır, dəli olub nədir?! Ə, planın dolmağının sənə nə zərəri var? Daha yaxşı, mükafat alarıq. Hökumətin yanında üzümüz ağ olar.

– Sonra da camaatın pulunu məntəqə müdirinə verərsən ki, satın pambıq almışam?

– Heç danışdığını bilirsən?!

– Lazım gəlsə sübut eylərəm.

Kosaoğlu nə cavab verəcəyini bilmədi. İmranı dindirdiyinə peşman oldusa da, özünü sındırmadı.

– Deyəsən sənin başın bədəninə ağırlıq eləyir, a bala! - O gözlənilmədən sakitcə dedi. - Yaxşı deyiblər ki, keçinin əcəli gələndə çobanın çomağına sürtünər. Get tay-tuşunia dartış, mənə gücün çalmaz, oğul!

İçəridəkilərin bəziləri Kosaoğlunun yanında yer qazanmaq istədilər: "A bala, ağsaqqal kişiylə dilləşmə" - dedilər. Bəziləri isə Kosaoğlunu danladı. "Yekə kişisən, sənə nə olub? Məlumatı düz verməyibsiniz, düzəldərsiniz. Adam belə şeydən ötrü dava-dalaş salmaz",

Camaat onları sakitləşdirməyə çalışsa da, Kosaoğlu dözə bilmirdi. İmran həmişə onun yaralı yerinə toxunurdu. Vəziyyət gərginləşmişdi. İmran Kosaoğlunun sözünü cavabsız qoymadı:

– Keçinin əcəli yetişəndə çobanın çomağına sürtünərsə, ilanın da başı ağrıyanda həmişə yol üstünə çıxar.

O, qapını hirslə çırpıb getdi...

Bir-iki gündən sonra kəndə komissiya gəldi. Kosaoğlu bərk təlaşa düşdü. Əl altından adam saldı. İşin üstünü basdırmağa çalışdısa da, müvəffəq olmadı. Nə dostluq, nə də pul kömək etdi. İmran dediyindən dönmədi. Nəsib dayı da ona səs verdi.

Məsələ getdikcə böyüyürdü. Elə buna görə də Kosaoğlunun yuxusu qaçmışdı. Sayalı son günlər ərinin gecələr yerdən qalxıb həyətə çıxdığını, ağacların altında gəzdiyini görmüşdü. O, bir-iki dəfə ərinin dalınca düşmüş, özünü göstərmədən onu izləmişdi.

Yoxsa kişi dəli olub, niyə gecələr gəzməyə çıxır? Sayalı eşitmişdi ki, elə xəstələr olur ki, gecə ay işığında gəzməyə çıxır. Səhərə kimi dolanır, sonra da yuxulu-yuxulu qayıdıb yatır. O nə etdiyini bilmir. Əgər onu gəzdiyi zaman oyatsan, dərhal ürəyi partlayar. Ona görə də Sayalı qorxur, gecələr kölgə kimi kişinin dalınca gəzib, onu dindirmirdi.

Kosaoğlu bu gecə də yatmadı. Evdəkiləri yuxuya verəndən sonra yavaşca durub geyindi. Kürkünü çiyninə salıb həyətə çıxdı. Hava tutqun idi. Asta-asta yağırdı. Yağış damlaları səpələndikcə ağacların yarpaqları xışıldayırdı. Kosaoğlu eyvanda dayanıb papiros bükdü. Bir-iki dəfə sümürüb, həyətə düşdü. Əvvəlcə tövləyə getdi, əl fənərini yandırıb heyvanlara baxdı. İnəklər bir tərəfdə gövşəyirdi. Qara camış axuru yoxlayırdı. Qurbanı görəndə heyvanlar mələşdi. Kosaoğlu doluxsundu. Ona elə gəldi ki, bu heyvanlar ondan ayrılmaq istəmir, o isə səfərə hazırlaşır, bir daha qayıtmayacaq. Sədr olandan sonra aldığı bu heyvanlarla halallaşmağa gəlib. Onun əli titrədi, təpəl kəlçəni, qızıl inəyi sığalladı...

Tövlədən çıxan Kosaoğlu bağa geldi. Bir-bir ağaclara baş çəkdi. Öz əli ilə basdırdığı armudlara, almalara, alça və tut ağaclarına baxdı. Əvvəllər burada bağ-bağça yox idi. Kosaoğlunun atadan qalma uçuq bir daxması var idi. İndi üstü kirəmitdən, qoşa eyvanlı ev tikdirib, Özünə cah-cəlal düzəltmişdi. O, evin ətrafına dolandı. Sonra ot tayasına, talvarın altındakı odunlara, bir az bəridəki sarı "Pobeda"ya baxdı. Papirosunu çəkə-çəkə doqqaza getdi. Darvazanın kilidini yoxladı, çəpərin dibi ilə gəzib həyəti dolaşdı. Eiə bil bağın nə qədər yer tutduğunu bilmək istəyirdi. O niyə belə edirdi? Heç özü də bilmirdi.

Geri qayıdıb, ot tayasının böyründə büzüşüb yatan itə baxdı. Həyətin ortasında dayanıb dərindən nəfəs aldı. Dodaqları astadan tərpəndi: "Bunların hamısı mənimdir. Mal da, ev-eşik də, maşın da, kənd də mənimdir. Mən bu kənddə sədrəm. Heç kəs bunları mənim əlimdən ala bilməz. Heç kəs!.." - deyə pıçıldadı.

Yağış yenə yağırdı. Bağda görünən papiros işıltısı gah çəpərin dibində, gah bağın aşağısındakı arxın kənarında, gah da tayanın yanında parıldayırdı. Çiyninə qalın şal salmış Sayalı kölgə kimi hərlənib ərini gözdən qoymurdu. Birdən ərinin: "Yox, mən ona göstərəcəyəm, onu atasının yanına göndərəcəyəm!" qışqırığını eşitdi.

Kosaoğlu evə qayıdıb yerinə girdi. Xoruzlar banlayırdı. Sayalı ərinin yuxuda sayıqladığını, tez-tez "Partiya bileti...mən...İmran..." dediyini eşitdi.

Nəhayət, Kosaoğlu müəyyən qərara gəldi. O, xəstə olduğunu söylədi. Kolxozun idarə heyətinə ərizə verib yerini müvaqqəti olaraq İmrana tapşırmağı xahiş etdi. Özü isə müalicə üçün Kirovabada getməyə hazırlaşdı.

O bir qədər gözdən uzaq olmağa, vaxt qazanmağa çalışırdı. "Bəlkə canımı qurtardım" - deyə düşünürdü.

Kosaoğlu yola hazırlaşdığı zaman bacısı oğlu Musa gəldi. O, ayaq üstündə güclə dururdu. Anbardan çıxarıldıqdan sonra xeyli nazilmişdi Kosaoğlu onun sərxoş gözlərinə baxıb qaşqabağını turşutdu.

– Yenə nə olub, qılçaların dolaşır!.. Az içsənə!..

– İçməsəm olmur, ay dayı; neyləyim, dərd yandırır, mən də içirəm. Hər uşaq-muşaq sənin üzünə ağ olur. Dağ boyda kişinin başınaoyun açır.

– Sənin kimi bacısı oğlu olanın başına nə desən açarlar. Mən gedirəm, sizi bir-bir yeyəcəklər.

– Bəc neyləyim?

– Kömək elə, mənim düşmənim sizin düşməninizdir.

– Bilirəm, ay dayı... Bəs bizi qoyub hara gedirsən?

– Xəstəyəm.

– Sənsiz bir günümüz olmasın, ay dayı. Tez qayıt!

Onlar gecə qatarına çatmaq üçün saat onda kənddən yola düşdülər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

I fəsil, 6

Bütün gecəni yatmadılar. Səssiz-səmirsiz işlədilar. Ocaq qaladılar, su qaynatdılar, meyiti yuyub kəfənlədilər. İşıqlaşanda üstünə qırmızı kəlağayı örtülmüş cənazəni eyvana qoydular. Güllü xanım hər şeyi yerbəyer edəndən sonra qara paltar geyinib qabağa düşdü. Gün xeyli qalxandan sonra cənazəni yerdən qaldırdılar. Alqazaxlıların başıpapaqlıları, elə Şəmistan ağa ilə Həsən ağa da, tüfəng götürmək istədilər. Güllü xanım qoymadı; "Əli yalın gedəcəyik. - dedi, - düşmən üstünə ha yerimirik, qıranda da qıracaqlar". Güllü xanım əlində əsa qabağa düşdü. İki qardaş – Həsən ağa ilə Şəmistan ağa öndə, qalanları arxada cənazəni çiyinlərinə aldılar. Alqazaxlıların say-seçmə başıpapaqlıları, qız- gəlinləri dinməz-söyləməz cənazənin ardınca irəlilədilər. Matəm karvanı doqqazdan çıxıb, kəndarası yolla Çıraqlılar tərəfə üz tutdu. Doqqazdan, eyvanlardan boylananların üz-gözündə təəccüb vardi. Heç kəs heç nə başa düşmürdü. Cənazəni aparanlar kəndin ortasındakı təpənin yanından keçib dikdirə çıxanda axşamdan səksəkəli yatan Şamil vahimələndi. Tez ayağa durub tüfəngi götürdü. Yaşı yüzü haqlasa da, hələ at minəndə üzəngisini basdırmayan, gözünün nurunu itirməyon Ömər koxa oğlunun təlaşını görəndə həyəcanlandı. Əsasını götürdü və ondan qabaq eyvana çıxdı. Əslinə baxsan, o bütün gecəni yatmamış, səhər tezdən bəd xəbər eşidəcəyinə özünü hazırlamışdı.Cənazəni gətirən dəstə doqqazda, darvazanın arxasında dayandı. Şamil eyvandan aşağı endi.

19959 мин
II fəsil, 1

O, yuxudan ayılan kimi əlini yaslığın altına uzatdı və naqanın dəstəyini ovcunda hiss edib sakitləşdi. Yorğanı üstündən atıb çarpayıda oturdu və ayaqlarını salladı. Paçasının arasına və dizlərinə qara dəri tikilmiş qalife şalvarını soyunmamışdı, corablarını da çıxartmamışdı. Tələsik uzunboğaz xrom çəkmələrini geyindi, naqanı şalvarının cibinə qoyub gərnəşdi. Otağın küncündəki əl-üz yuyulana yaxınlaşdı, lüləyi açıb möhkəm yuyundu. Dəsmalla qurulandıqdan sonra gəlib frenç pencəyini geyindi. Yaxasının düymələrini, iri döş və yan ciblərinin ağzını bağladı, kəmərini qurşadı, çalın-çarpaz qoltuqaltılarını çiynindən aşırdı, patron daraqlarının yerində olub-olmadığını yoxladıqdan sonra naqanı qoburuna qoydu, onaçılanı isə yanından salladı. Adəti üzrə mauzerin taxta qoburuna bərkidilmiş qızıl lövhənin üstündəki yazıları oxudu. Bu onaçılanı ona Zaqataladakı qaçaqlarla döyüşlərdə göstərdiyi şücaətə görə vermişdilər. Onun göy gümüşü və şabalıdı rəngli buxara papaqları olmasına baxmayaraq iri, dəyirmi, boz saçaqlı papaq geyinərdi. İndi də elə elədi. Bu papağı geyinəndə elə bil çiyni bir az da enlənir, qan sağılmış gözləri adamı qılınc kimi kəsir, qarşısındakıları vahimələndirirdi. Çox vaxt saçaqlı papağın altından baxan baxışların nə ifadə etdiyini ayırd etmək olmurdu.Qapı astaca aralandı. Növbətçi milisioner əlində səhər yeməyi içəri daxil oldu. Küncdəki stolun üstünə yeməkləri səliqə ilə düzdü. Növbətçi getdikdən sonra o, söseyə yaxınlaşdı: soyutma yumurtanı, bal ilə qaymağı bir göz qırpımında yeyib üstündən bir stəkan südlü çay içdi. Üst-başını səliqəyə salıb iş otağına keçdi.

199512 мин
II fəsil, 2

Qəza firqə özəyinin qapısında dayanan keşikçilər Kəsəmənlini görən kimi gülümsünüb ona yol verdilər. Kabı kişi üst-başını düzəltdi, saçaqlı papağını gözünün üstündən azca geri itələdi və şax addımlarla dəhliz boyu getdi. Üstünə qəza firqə özək katibinin adı yazılmış qapını aralayıb içəridəkilərə salam verdi. Firqə özək katibi Abdal kişi qaş-qabaqlı idi. Telefonda kiminləsə acı-acı danışırdı. O, dilucu salamı aldı və Kəsnmənliyə oturmaq üçün yer göstərdi. Kəsəmənli neçə aydan bəri qəzaya təhkim olunmuş Çekanın nümayəndəsilə qabaq-qənşər oturası oldu. O, adəti üzrə ayağını ayağının üstünə aşırmışdı. Biləkləri didilmiş qara tumac gödəkçəsinin ortasını enli qalın kəmərlə boğmalamışdı. Bir yandan naqanı, bir yandan da çantası sallanırdı. Başındakı papaq da nimdaş idi. Bircə ulduzdan başqa. Elə bil ulduzu qəsdən seçmişdi; hər gün tozunu alıb papağının alnına yapışdırırdı.Onların baxışları ani olaraq toqquşdu. Kəsəmənliyə elə gəldi ki, Fətullayevin gözlərində qıvrılıb yatan ilan fısıldayıb ayıldı və qarşısındakı adamın üstünə atılmağa hazırlaşdı. Fətullayev də Kəsəmənlinin gözlərində ildırım kimi şaxıyan amansız baxışları gördü. Lakin özlərini çox sakit apardılar. Kəsəmənli başa düşdü ki, onu buraya boş-boşuna çağırmayıblar.

19954 мин
II fəsil, 3

Qapının ağzında domuşuqlu oturan uşaq Kəsəmənlini görən kimi ayağa durdu və hörmətlə ona salam verdi. Kabı kişi bu üstü-başı cırıq uşağın mərifətinə heyran qaldı. Ayaq saxlayıb onun tükü tökülmüş papağına, çiyinləri yamaqlı köynəyinə və didik-didik olmuş şalvarına baxdı. Uşağın ayağındakı çarığın burnu deşilmişdi. Çirkli corabı görünürdü. Amma özünü əkə-bükə kişi kimi aparırdı.– Kimi istəyirsən, bala?

19954 мин

Стихи других поэтов