Страница 1 из 3

Zeynəb yarı arxı keçəndə diksinib dayandı. Ona elə gəldi ki, yarğanın dibindən qalxan kölgə sinəsinə ötüb qaratikan kolları arasında gizləndi. Hətta oradan şıqqıltı eşidildi.

Zeynəb ayaq saxladı, ürəyi döyünə-döyünə qulaq asdı. Çöllər səssiz idi. Yalnız gecə böcəkləri qəmli-qəmli ötürdü. Elə bil onlar isti payız günündən sonra axşam sərinliyində dincələn çöllərə laylay çalırdılar. Cırcıramaların, çəyirtkələrin bu məhzun nəğmələri Zeynəbi darıxdırdı. Onun da qəlbini hüzn bürüdü. Ürəyində özünün də başa düşmədiyi hisslər oyandı. Tərəddüd içində dayanıb pıçıldadı: "Bu nə idi? Bu zaman yarğanda gizlənən kim ola? Düz adamdırsa, niyə yolla getmir?"

Zeynəb əvvəlcə şıqqıltı gələn tərəfə getmək istədi, bir-iki addım atıb dayandı: "Əgər bu doğrudan da adamdırsa, bu saat yenə tərpənəcək. Bəlkə də yola çıxacaq". Bir az gözlədi. Nə bir səs, nə bir hənirti eşitdi. "Mən də lap məzəli olmuşam, deyə qız öz-özünü danladı, - adam nə gəzir, deyəsən məni qara basır. Elə bil heç bu çölləri ərşi-arğac eləyən Zeynəb deyiləm".

O, şırıltı ilə axan suyun üstündəki daş körpüdən keçib yola çıxdı. Ancaq bu zaman hiss etdi ki, gecikmişdir. Həmişə bu vaxt evdə olar, yeyib-dincələr, ya da idarəyə gedərdi. İndi isə yolu yarı da eləməmişdi. Kəndin işıqları uzaqdan güclə seçilirdi, ətrafı qaranlıq bürüyürdü.

Zeynəbin bu dəfə qızlardan ayrılıb gecə vaxtı yola tək çıxmasına səbəb traktorçu Əli idi. Zeynəb, sözü adamın üzünə deyən, heç kəsdən qorxmayan, gecə-gündüz işləyən, necə deyərlər, qızdan-gəlindən həyalı olan bu oğlanı xoşlayır və "qiyamət traktorçudur" – deyə qızlara tərifləyirdi.

Əli "İyirmi altılar" kokozundan deyildi. Bu kənddə onun nə bir qohumu, nə də tanışı vardı. O, gündüzlər tarlada işləyir, axşam da düşərgədə yatırdı. Ona ayrıca otaq, çarpayı, yorğan-döşək vermişdilər. Yemək-içməyi də pis deyildi. İmran onu bir-iki dəfə evə dəvət etmişdisə də, Əli razı olmamışdı.

Zeynəb əvvəllər ona o qədər fikir verməzdi. Ancaq dünən bir hadisənin şahidi oldu.

Günorta üstü hava çox isti idi. Zeynəb düşərgəyə gəlirdi. Onun dili-dodağı təpimişdi. Su içmək üçün arxa yaxınlaşdı, birdən yerindəcə donub qaldı. Əli arxın kənarında oturmuşdu. Soyuq suda yuduğu dəyişəyini göy otluğa sərmişdi. özü də söyüdün kölgəsində nə isə yamayırdı. Zeynəb səssizcə dayanıb, onun iynəni necə sapladığına, paltara vurduğu tikişlərə baxdı. Birdən qızın ürəyi elə ağrıdı ki, hər şeyi unutdu, birbaş onun yanına yönəldi. Şıqqıltı eşidən Əli başını qaldırdı, Zeynəbi görcək sərdiyi paltarı tez yığışdırıb gizlətmək istədi. Ancaq gecikdi. Zeynəb onun üstünü almışdı. Qız, traktorçunun çaşdığından iynəni əlinə batırdığını gördü. Zeynəb heç nə soruşmadan, Əlinin yamadığı köynəyi götürdü. Onun tikişlərinə baxıb gülümsündü.

– Bu nədir, elə bil yer əkmisən?

– Neyləyim, bacardığım budur.

Qızlardan birinə verə bilmirdin. Əli daha da qızardı:

– Nə bilim, curətim çatmadı.

– Oğlan cürətsiz olsa, qızlar onun başına oyun açar. Deyəsən, iynə əlinə bərk batıb?

Əli qanamış barmağını gizlətdi.

– Bekara şeydir.

– Belə tikiş tikməyi kimdən öyrənibsən?

– Heç kimdən. Elə öz-özümə öyrənmişəm. Yetim oğlanam, beş-altı yaşından cırıq-söküyümü özüm tikirəm...

– Niyə? Qohum-əqrəban yoxdur?

– Yox... Atamın üzünü heç görməmişəm. Mən bir yaşında olanda quldurlar vurublar. Anam da ki, ondan üç-dörd il sonra azarladı...

Əlinin səsi titrədi. Zeynəb verdiyi sualın traktorçuya təsir etdiyini görüb peşman oldu.

– Ürəyini sıxma, elə mən də sən gündəyəm.

– Ürəyimi niyə sıxıram? Mən boyda kişi, durub təzədən yetimlikdən şikayət eləyəcəyəm?

Zeynəb köynəyi yamayıb qurtardı. Göylüyə sərilmiş paltarı yığdı.

– Axşam aparıb özüm evdə yuyaram da, ütüləyərəm də.

– Yox, yox, dəymə.

– Bu nə sözdür! - deyə Zeynəb ona acıqlandı. – Mən də sənin bacın.

– Axi əziyyət olar...

Zeynəb dinməz-söyləməz, paltarı yığıb evə apardı. Gecə yarıya qədər yatmadı. Yuyub ütülədi, dəsmalları səliqə ilə qatlayıb ətir səpdi. "Qərib adamdır, qoy xətri xoş olsun, - dedi, - onsuz da ürəyi sınıqdır".

Səhər Zeynəb evdən gətirdiyi isti çörəklə camış qaymağını onun qabağına qoydu.

– Qonağa hörmət borcumuzdur, ye.

Əli Zeynəbə baxıb qımışdı:

– Mənə çox mehribanbq eləmə, sonra şirnikib kəndinizdə həmişəlik qonaq qalaram.

– Canın sağ olsun, nə çoxdur qonaq sevən qızlarımız, heç kəsi qapıdan qovmazlar. Ancaq qorxuram gələn qonaq özü hürküb qaça.

– Qaçmaz.

Zeynəb şaqqıldayıb güldü və qızların dalınca qaçdı...

Bu axşam o, yenə düşərgədə ləngidi. Əli qaranlıq qarışdığını görüb, onu tək buraxmaq istəmədi. Zeynəb razı olmadı, pambıq kollarının arası ilə atıla-atıla qaçıb uzaqlaşdı.

İndi tələsir, kəndə tez çatmaq üçün addımlarını yeyinlədirdi. Göyün üzünü bulud bürümüşdü. Deyəsən, yağacaqdı.

Zeynəb qorxunu unutmaq üçün zümzümə eləyir, fikrində dağı arana, aranı dağa köçürürdü. Hətta o, yol uzımu bir-iki dəfə fit də çaldı.

Zeynəb on çox qorxduğu yerləri keçib kəndə yaxınlaşanda sakitləşdi. Arxayın-arxayın yeridi. Fikri İmranın üzərində dayandı. "Demək belə, Tükəzban xala Bakıdan əliboş qayıtdı. Nərgiz müəlliməni vermədilər. İmran yaman qaşqabaqlıdır. Ac-susuz gəzir.

– Zeynəb əsəbiləşdi. - Allah vurmuşdu onları, qabaqlarına İmran kimi oğul çıxıb, pirlərinə təpik atırlar. Qızlarını ondan artığına verəcəklər?.."

Zeynəb bu cür fikirlərlə kəndin kənarındakı qəbristanlığa qədər gəldi. Birdən at fınxırtısına bənzər bir səs eşitdi. Lap yaxında hənirti duydu. Fikirdən ayrılıb ətrafa göz gəzdirdi. Qaranlıq idi. Arabir yağış damcılayırdı. Təpədəki qəbir daşları güclə seçilirdi. Zeynəb uşaqlıqda goreşən haqqında eşitdiyi nağılı xatırladı. Vahimələndi. Bir anlığa bilmədi nə etsin! Qəbristanlığın yanından keçsin, yoxsa dönüb geri qayıtsın, yuxarıdakı yola düşsün.

Zeynəb yoluna davam etdi.

Qəbristanlıqdan bir qaraltı aralanıb qabaq tərəfdən yola endi. Zeynəb dayanan kimi qaraltı ona yaxınlaşdı. Zeynəb mıxlanmış kimi yerində qaldı. Onun boğuq, quyu dibindən gəlirmiş kimi zəif səsi güclə eşidildi:

– Kimsən?

Qaraltı Zeynəblə üz-üzə dayandı. Qız onım sifətini görə bilmədi. O, başını sarımışdı.

– Bayaq fit çalan kim idi.

– Kazım, sənsən? Gecə vaxtı goreşən kimi qəbristanlıqda nə gəzirsən, baş-gözünü niyə sarıyıbsan?

– Hələ bir de görüm bayaq fit çalan kim idi?

– Harada?

– Körpüdən bir az bəridə.

Zeynəb duruxdu. Yarı arxın yanında gözünə dəyən qaraltını yadına saldı. "Demək, məni qara basmırmış".

– Mən idim.

– Yanında heç kəs yox idi?

– Yox.

– Mən elə bildim tək deyilsən, yanında kişi var.

Zeynəb yoluna davam etmək İstədi. Kazım onun qabağını kəsdi.

– Dayan, sənnən işim var.

Kazımın səsi daha da xırıldadı. Zeynəb ehtiyatlanmağa başladı. Sarsaq-sarsaq danışma. Rədd ol yoldan, allah batırmış!

Kazım qızın qolundan yapışdı. Zeynəbin ürəyi elə döyündü ki, az qaldı sinəsini partlatsın. O ancaq indi gecəyə qaldığına, vaxtında qızlarla çıxıb getmədiyinə heyifsiləndi. Döyükə-döyükə ətrafa boylandı. Qaranlıqda heykəl kimi dayanan lal qəbir daşlarından başqa heç nə görünmürdü. Yağış damlaları yavaş-yavaş artır, otları, ağacların yarpaqlarını şıqqıldadırdı. Bir az əvvəl səs- səsə verən gecə böcəkləri də susmuşdular. Zeynəb tək və köməksiz olduğunu duydusa da, özünü topladı:

– Qolumu burax, axmaq!

– Çığır-bağır salma.

– Çəkil deyirəm!

– Dilini yığ. Yoxsa bu saat bağırsağını ayaqlarına dolayaram.

Zeynəb Kazımın əlindəki iri bıçağı gördü.

– İndi qandınmı?

Zeynəb dinmədi. Kazım onun susduğunu görüb bıçağı gizlətdi. Elə bu zaman qulağının dibinə ağır bir yumruq dəydi. Zeynəb dartınıb qaçdı. Kazım özünü itirdisə də, fürsəti əldən vermədi. Qızın dalınca yüyürdü. Çox keçməmiş ona yetişdi, saçını biləyinə dolayıb özünə tərəf çəkdi. Zeynəb qışqıra-qışqıra Kazımı yumruqlayır, təpikləyir, əlini-ayağını dişləyir, üz-gözünü cırmaqlayır, yaxasını qurtarmaq istəyirdi. Kazım isə onu süpürləyib yıxmağa, əl-ayağını sarımağa çalışırdı. Onlar xeyli çarpışdılar. Kazım Zeynəbin qışqırdığını və tabe olmaq istəmədiyini görüb daha da hirsləndi.

– İtin küçüyü, səsini içinə sal.

Zeynəb heç nə eşitmir. Kazımı hey döyəcləyirdi. Birdən Zeynəbin qulağının dibinə ağır yumruq dəydi. O özünü tarazlamamış, ikinci zərbədən səndələdi. Kazım qızın zəiflədiyini görüb belindən qucaqladı, badalaq vurub arxası üstə yerə yıxdı, üstündə oturub qollarını dizi ilə basdı. Zeynəb çırpınıb qıy çəkdi.

– Xır-xır köpək oğlu, burax məni... Burax məni, deyirəm sənə!

Kazım dizləri altında balıq kimi çapalayan qızın səsini kəsmək üçün cibindən dəsmal çıxarıb ağzına tıxadı. Zeynəb xırıldayıb çırpındı. Ayaqları ilə Kazımı döyəcləməyə başladı. O isə ehtiyat üçün götürdüyü kəndiri çıxarıb böyük çətinliklə Zeynəbin əllərini, ayaqlarını sarıdı. Nəfəsini dərib tərini sildi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, 17

Cahandar ağa bütün gecəni at belində yol gəldi. Qalın meşələrdən necə keçdiyini, köpüklü çayları nə vaxt adladığını, dolama cığırlarla bələnləri haçan aşdığını bilmədi. Qəmər arada addımlarını yavaşıdanda onu mahmızladı, atın yorulmasına fikir vermədi. Bütün yolu çaparaq gəldi. O, mənzilə yaxınlaşdıqca daha da həyəcanlanırdı. Ürəyi yumaq kimi bükülür, nəfəsi darıxırdı. Kişi qorxurdu. Yaylağa yetişən kimi binədə bədbəxt bir hadisə ilə qarşılaşa biləcəyini xəyalına gətirdikcə bədəni buz kimi soyuyur, alnına tor gətirdi. O, evdəkilərin birinin ölümünə, mal-qaranın oğurlanınasına dözə bilərdi. Ancaq arvad-uşağın namusuna sataşılmış olsaydı... Aman Allah, sən belə bir rüsvayçılıq eləmə!!!Cahandar ağa istəyirdi ki, lap tezdən binələr yuxudan ayılmamış özünü yaylağa yetirsin, heç kəsin gözünə görünmədən alaçığa girsin, əhvalatın nə yerdə olduğunu öyrənsin. Əgər bir bədbəxtlik üz veribsə, onun keçirdiyi iztirabları heç kəs görməsin. Camaatın gözü qabağında zərbə almaq və qovşurulub-qıvrılmaqdan dəhşətli nə ola bilərdi?

19578 мин
Üçüncü hissə, 18

Cahandar ağa səhər tezdən atın örüyünü dəyişdirmək üçün dəyədən çıxdı. Tüfəngini əlinə alıb, binələrin aşağı tərəfindəki çəmənliyə getdi. Çisəkləyirdi. Hər yeri duman bürümüşdü. Beş-on addımlıqdakı qaraltılar güclə seçilirdi. Otlar yuyulub sürüşkənləşmişdi. Havanın soyuqluğunu adam nəfəs aldıqca ciyərlərində hiss edirdi. Dəyələrin ətrafında dolaşan itlər tənbəl-tənbəl hürürdü, xalxaldakı dana-buzov mələşirdi. Binə mürgüləyirdi.Cahandar ağa səksəkəli idi. Axşam, əl-ayaq yığışdırılandan sonra itlərin arasına çaxnaşma düşmüşdü. Sığırçılar kimi isə qıya basmışdılar. İtlər binələrin üstündəki yola qədər getmişdi. Nökərlər hər yeri, arxacı, xalxalı dönə-dönə yoxlamış, atın örüyünü dəyişmiş, hər şeyin yerində olduğunu söyləmişdilər. "Yəqin yol adamları imiş", – deyə kişini sakit etmişdilər.

19578 мин
Dördüncü hissə, 1

Axşam qaranlığı qatı bir kölgə kimi Qorinin üzərinə çökmüşdü. Yarımca saat bundan əvvəl zirvəsində günəşin son sarılıqlarını əks etdirən dağlar boyun-boyuna verib mürgüləyirdi. Buranın təbiəti şimala bənzəmirdi, nə bəyaz gecələr, nə də uzun sürən yay axşamları var idi. Birdən-birə zil qaranlıq çökür, birdən-birə də dan yerində şəfəqlər oynaşırdı.Semyonov artıq bunlara vərdiş etmişdi. Əvvəllər Peterburqun bəyaz gecələrinə vurğun olan Dmitri Dmitriyeviç indi də cənub axşamlarına məftunluq göstərirdi. O hər axşam pəncərə qabağında dayanıb qüruba tamaşa etməyi sevirdi. Bu gün də adəti üzrə, həmişəki yerində durub üfüqlərə baxırdı, bağ-bağat içində itən Qorinin kiçik daxmalarında yanan çıraqlar qaranlıqda parıldayan yalqız qurdları kimi işıldayırdı.

195710 мин
Dördüncü hissə, 2

Damların və çardaqların üstündə axşamdan təzək yandırmışdılar. Gecədən xeyli keçməsinə baxmayaraq, hava durğun olduğundan kəsif tüstü layları kəndin üstünə çökmüşdü. Bir yarpaq, bir ot belə tərpənmirdi. Ağcaqanad sürüsünün vızıltısı bir-birinə qarışıb kəndə züy tuturdu. Hər şey susmuşdu. Anası Osmana axşamdan damın üstündə yer salmışdı. O, yatıb yuxuya qalmamaq üçün tezdən yorğan-döşəyə girmişdi, ancaq gözünə yuxu getmirdi.Mina xala oğlunun yanında oturmuşdu. Arvad Osmanın köynəyini dizinin üstünə qoyub yamayırdı. Düz üç gün hər yeri gəzmiş, qonum-qonşuya ağız açmış, hətta şəhərə gedənlərə yalvarmışdı ki, ona beş-altı metr parça alsınlar, sonra əlinə pul düşən kimi borcu qaytarar. Ona əl tutan olmamışdı. Axırda hər yerdən əlacı kəsildiyindən, oğlundan xəlvət qapılarındakı yeganə xoruzu tutmuş, qonşu kənddəki dükana gedib parça istəmişdi. Dükançı bir arşından artıq parça verə bilməyəcəyini söylədikdə isə "ağrım ürəyinə, xoruzu sənə verməkdənsə, kəsərəm, uşağım yeyər" – demiş və birbaş evə qayıtmışdı. O, oğlunun əynini təzələməyə çalışmış, yoldaşlarının yanında Osmanın utanmasını istəməmişdi. İstəmişdi ki, Osman qərib yerə ürəyi sınqın, əyni çılpaq getməsin. Ancaq nə edəsən ki, yoxdan Allah da bezardır.

195710 мин

Стихи других поэтов