Dördüncü hissə, 1
Страница 1 из 2
Axşam qaranlığı qatı bir kölgə kimi Qorinin üzərinə çökmüşdü. Yarımca saat bundan əvvəl zirvəsində günəşin son sarılıqlarını əks etdirən dağlar boyun-boyuna verib mürgüləyirdi. Buranın təbiəti şimala bənzəmirdi, nə bəyaz gecələr, nə də uzun sürən yay axşamları var idi. Birdən-birə zil qaranlıq çökür, birdən-birə də dan yerində şəfəqlər oynaşırdı.
Semyonov artıq bunlara vərdiş etmişdi. Əvvəllər Peterburqun bəyaz gecələrinə vurğun olan Dmitri Dmitriyeviç indi də cənub axşamlarına məftunluq göstərirdi. O hər axşam pəncərə qabağında dayanıb qüruba tamaşa etməyi sevirdi. Bu gün də adəti üzrə, həmişəki yerində durub üfüqlərə baxırdı, bağ-bağat içində itən Qorinin kiçik daxmalarında yanan çıraqlar qaranlıqda parıldayan yalqız qurdları kimi işıldayırdı.
Semyonov əllərini sinəsində çarpazlayıb şəhərin kənarında Kürlə qucaqlaşan Liaxva çayının qıjıltısına qulaq asırdı. Pəncərədən içəri dolan xəfif külək onun ağarmaqda olan saçını oynadır, çənəsinin aşağısında haçalanmış topa saqqalının yumşaq tükləri arasında dolanırdı. O tərəfdə, dağların ətəyində yerləşən balaca dəmiryolu vağzalının solğun işıqları görünürdü. Qatarlar ötdükcə təkərlər yeknəsəqliklə taqqıldayır, parovozlar kəsik-kəsik fit verirdi.
Qapı döyüldü. Olqa Konstantinovna əlindəki tikişi kənara qoyub, asta addımlarla dəhlizə yaxınlaşdı. Qapını açarkən Aleksey Osipoviçlə qarşılaşdı. Boynunu azacıq yana əyib, qonağı içəri dəvət etdi:
– Buyurun, Aleksey Osipoviç, xoş gəlmisiniz.
Qonaq şlyapasını çıxardıb Olqa Konstantinovnanın əlindən öpdü. Ev sahibəsi qırçınlı uzun donunun yanından yapışıb, ətəyini azca yuxarı qaldırdı və Aleksey Osipoviçə yol göstərdi. Onlar içəri keçdilər. Dmitri Dmitriyeviç fikrə getdiyindən, evin ortasında dayanın Aleksey Osipoviçin gəlişindən xəbər tutmadı. O isə dinmədi. Direktorun geri dönməsini gözlədi. Ancaq Olqa Konstantinovna ayaqlarının ucunda ərinə yaxınlaşıb, ehmalca onun çiyninə toxundu:
– Dmitri, gör kim gəlib!
Semyonov qanrılıb geri baxdı və hər cür rəsmiyyəti unudaraq, qollarını açıb dostunu qucaqladı:
– Aleksey Osipoviç, xoş gəlmisiniz, Sizi görməyimə çox şadam.
Onlar evin küncündəki yazı masasının yanına getdilər. Dmitri Dmitriyeviç öz yerində əyləşdi və qonağa kürsüdə oturmağı təklif etdi. Bir xeyli susdular. Aleksey Osipoviç cibindən dəsmal çıxardıb bığını səliqəyə saldı. Ev sahibi şamdanı qabağa çəkdi. Şamın altısını da yandırdı və dostunun üzünə baxdı:
– Söyləyin görək, nə var, nə yox? Səfəriniz necə keçdi?
Aleksey Osipoviç ona cavab vermək istəyirdi ki, qonşu otağın qapısı açıldı. Olqa Konstantinovna yerindən durana qədər balaca Lida qonağın böyründə dayandı. Yüngülcə təzim etdi:
– Xoş gördük, cənab inspektor.
Aleksey Osipoviç dərhal yerindən qalxdı. Ayaqlarını cütləyib balaca Lidanın önündə dayandı:
– Xoş gördük, Lida Dimitriyevna, necəsiniz?
– Diqqətinizə gölə minnətdaram.
Aleksey Osipoviç aşağı əyilib Lidanın balaca, zərif əlindən öpdü. Lida daha da nazlandı:
– Mənə nağıl söyləməyə gəlmisiniz?
– İstəsəniz söylərəm.
– Özü də gələk təzəsi olsun.
– Lap təzəsini söylərəm.
– Amma əjdaha olmasın, mən ondan qolxulam...
– Yox, qorxma, – Aleksey Osipoviç qızın önündə sallağı oturdu. Onun saçını sığallayıb, əllərini dönə-dönə öpdü. – Mən sənə çoxlu, məzəli və şirin nağıllar danışacam.
Semyonov dostunun Lida ilə oynayarkən dəfələrlə gözünün yaşardığını və sezilmədən dəsmalla onu quruladığını görmüşdü. O başa düşürdü ki, dosta övladsızlıq dərdi çəkir. Onun bu halı Semyonovu qəhərləndirdi.
Olqa Konstantinovna Aleksey Osipoviçlə ərinin vacib işi olduğunu bildiyindən, Lidanın yanına gəldi:
– Qızım, indi gecdir, gedək yataq, nağıla başqa vaxt qulaq asarsan.
Lida qaşqabağını salladı. Altdan-yuxarı anasının üzünə baxdı və yerində silkələndi:
– Yuxum gəlmir.
– Adam anasının sözünə baxar. İndi get yat. Havaxt istəsən gəlib sənə nağıl danışaram.
– Allatmılsınız ki?
– Mən sizə heç yalan demişəm?
– Yaxşı, ancaq gözləyəcəm.
Lida anasının əlindən yapışıb, o biri otağa doğru getdi. Qapının yanında dayandı. Geri dönüb əl elədi:
– Gecəniz xeylə qalsın.
– Yuxun şirin olsun, qızım.
Lida qapını örtüb getdikdən sonra Aleksey Osipoviç bir xeyli evin ortasında dayanıb uşağın dalınca baxdı. Adəti üzrə dəsmalını çıxardıb bığını sığalladı. Sonra keçib əvvəlki yerində əyləşdi.
– Söyləyin görək haralarda oldunuz?
– Dərbənddən başlayıb İrəvana qədər gəzdim.
– O, qardaş, bütün Qafqazı dolaşmısan ki?
– Elədir, Dmitri Dmitriyeviç, üç min beş yüz verst yol getmişəm.
– Çoxunu da piyada?
– Piyada getdiyim yerlər də oldu. Ancaq ən çox atla, furqonla gəzirdim. Vəziyyət çox ağırdır. Qəzaların əksəriyyətində məktəb açılmayıb, açılanlarda da oxuyan yoxdur. Bir təsəvvür edin, İrəvan quberniyasında yüz yetmiş min müsəlman yaşayır, ancaq onlardan seminariyaya oxumağa bircə nəfər də gəlmək istəmədi.
– Bəs Bakı quberniyası necə?
– Yalnız bircə şagird razılıq vermişdi, onu da atası buraxmadı. Şamaxıda da vəziyyət pis oldu. Qəza rəisi mənimlə getmişdi. Camaat onu görən kimi uşaqlarını oxumağa göndərməkdən qəti boyun qaçırdı.
Nədənsə müsəlmanlar bizə etibar eləmirlər. Xüsusən də pristavları, naçalnikləri görəndə yaxına gəlmək istəmirlər.
– Onlarda taqsır yoxdur. Aleksey Osipoviç, pristavlar kəndə gələndə ya adam döyürlər, ya da tutub Sibirə yollayırlar. Camaatın gözü qorxub. Yoxsa heç kəs xeyrindən qaçmaz.
– Müsəlman ruhanilərinin böyük bir qismi də yeni açılan məktəblərə qarşı çox amansızdır.
– Bəs rəsmi idarələr Sizə kömək etmədi? Qafqaz valisi onlara göstəriş vermişdi.
– Eləyənlər də oldu. General Roslavlov mənim Naxçıvana getmək istədiyimi bildikdə qəza rəisinə tapşırdı ki, özü şəxsən məni müşayiət etsin və genera1 Kəbləxanla görüşdürsün. Kəbləxan çox nüfuzlu adamdır, mənə xeyli xeyri dəydi. Zənnimcə, camaat arasında nüfuzu olan adamlardan istifadə etmək lazımdır.
– Mütləq! – Dmitri Dmitriyeviç fikirli-fikirli dilləndi. Aleksey Osipoviç sözünə davam etdi:
– Cəmi otuz şagird seçə bilmişəm. Naxçıvandan üç nəfər gələcək. Şuşa rus-tatar məktəbində səksən nəfər oxuyur, onlardan on üç nəfəri bizim məktəbə daxil olmaq üçün ərizə yazıb. Şəkidən iki, Gəncədən beş, Dərbənddən üç uşağın gəlməsi yəqindir. Qazaxdan da dörd-beş nəfər gələsidir. Görək sözlərinin üstündə duracaqlarmı?
– Demək, uşaqların hamısı gəlsə, müsəlman şöbəsinin nəzdində hazırlıq qrupları da aça biləcəyik. Bu lap yaxşı oldu. Aleksey Osipoviç, seminaristlər təcrübə dərslərini orada keçərlər, sonra da həmin uşaqların özləri seminariyada oxuyarlar. Tərtib etdiyiniz proqram layihəsini də nəzərdən keçirdim. Xoşuma gəldi. Pedaqoji şurada təsdiq edərik.
Ancaq məni başqa bir məsələ düşündürür.
– O nədir, Dmitri Dmitriyeviç?
– Dərslik. De görüm müsəlmanların öz ana dillərində dərslikləri varmı? – O, ayağa durdu. Həmişə fikirli olanda etdiyi kimi otaqda gəzindi. – İbtidai təhsil üçün dərslik vacib məsələdir. Bunu Siz məndən yaxşı bilirsiniz.
– Yoxdur. Mollaxanalarda ancaq Quran əzbərlədirlər, bir də Sədinin didaktik "Gülüstan"ını öyrədirlər. Vəssalam. – Aleksey Osipoviç ayağa durmaq istədi. Ancaq Dmitri Dmitriyeviç onun çiynindən basıb qalxmağa qoymadı.
– Bax, bu barədə düşünmək lazımdır.
– Dmitri Dmitriyeviç, – deyə Aleksey Osipoviç astadan dilləndi.
– Cəsarətimə görə üzr istəyirəm, mən balaca bir dərslik tərtib etmişəm. Ancaq müzakirəyə verməyə ürəyim gəlmir. Bilirsinizmi, ilk təşəbbüsdür, qorxuram müvəffəq olmayam.
– Qurddan qorxan meşəyə girməz. Hanı kitab, göstər görüm.
Aleksey Osipoviç bir qədər tərəddüd içində dayandı. Əlyazmasını vermək istəmədi. Ancaq başının üstünü kəsdirən direktorun səbirsizliyi onu cəsarətə gətirdi. Qovluqdan əlyazmasını çıxartdı. Dmitri Dmitriyeviç eynəyini gözünə taxıb elə ayaq üstündəcə kitabı vərəqlədi. Dostunun zərif xətlə, olduqca səliqəli şəkildə yazdığı səhifələrə xeyli baxdı. Kitabın üstünü oxudu: "Vətən dili". Onun dodaqları qaçdı.
– Çox şairanə addır. Demək, belə. Siz məndən də uzaqgörənsinizmiş, cənab eks-poçtalyon, bəs bu kitabı indiyəcən niyə müzakirəyə təqdim etməmisiniz?
– İstəyirdim bir az gözləyim. Əlyazmasını tam təkmilləşdirdikdən sonra ortaya çıxardım.
– Yox, gözləmək olmaz. Elə günü sabahdan pedaqoji şurada baxarıq. Lazımi məsləhətlər verərik, sən də beş-on gecə yatmayıb hər şeyi düzəldərsən. Tələsmək lazımdır, əziz dost, tələsmək. Bu kitaba indi böyük ehtiyac var. Hətta çalışarıq ki, çap olunsun, başqa yerlərdə də ondan istifadə etsinlər. – O, gözünü qıyıb diqqətlə Aleksey Osipoviçin üzünə baxdı, sonra birdən əlini onun çiyninə qoydu. – Heç bilirsinizmi nə böyük iş görürsünüz? Bu hərəkətiniz təqdirəlayiqdir. Gələcək nəsil bunu unutmayacaq.
Aleksey Osipoviç azacıq qızarıb başını aşağı saldı. Köynəyinin boynunu boşaltdı, dəsmal çıxardıb alnını quruladı. Dmitri Dmitriyeviç fikirli-fikirli otaqda gəzindikdən sonra yenə pəncərənin qabağında dayandı. Gözünü ulduzlara zillədi. Sinəsi dolusu nəfəs aldı:
– Cənab eks-poçtalyon, yaxın gəlin, Bir səmaya baxın. Orada, zülmət içində parıldayanları görürsünüzmü? Bir baxın necə də sayrışırlar!
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-deli-kur-dorduncu-hisse-1
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ələddin sözünə düz çıxdı. On gündən bəri gecəsi-gündüzü bir-birinə qarışan, qorxusundan gözünə yuxu getməyən Qaratelin həyəcanlı günləri qurtardı. Qızlar ona axır vaxtlar bir cür baxırdılar. Onu görən kimi qaş-gözlərini oynadır. Fürsət düşəndə bir-birlərinə him-cim edirdilər. Əvvəlki kimi onunla açıq danışmırdılar. Elə bil nəyi isə gizlədir, hansı sirrinsə açılacağından qorxurdular. Qaratel başa düşürdü ki, qızlar ona daha əvvəlki kimi inanmır, o Novruz günü sahildə nəyin- sə baş verdiyini düşünürdülər. "Allah, mənə ölüm ver, ağlıma gələn dağlara- daşlara getsin. Əyər qızlardan biri ağzından söz qaçırtsa, kənd arvadları, kənd camaatının hansını inandıracaqsan ki, heç nə olmayıb, mən gül kim tər- təmizəm". Qaratel bəzən özü də özündən şübhələnirdi. Gecələr yerinə qor dolmuş kimi yata bilmir, səhərə kimi qıvranırdı. Amma bir gün gördü ki, başda Ömər koxa bir dəstə kişi ilə onlara gəldi. Qız özünü itirdiyindən hər şeyi unudaraq eyvana çıxdı; özü də bilmədən qapıları açıb-örtdü, samovara od saldı. Sarı lüləli aftafa-ləyəni su ilə doldurub hazır qoydu. Donunun yaxasındakı muncuqlar, qızıl pullar cingildədi. Əslinə baxsan, Qaratelin ürəyi də, qəlbi də, bütün bədəni də cingildəyirdi. O, hiss etmişdi ki, qonaqlar xeyirliyə gəliblər.Elçilər getdilər. Bir həftədən sonra qıza nişan geldi. Bunu eşidən kənd qızları Qaratelin başına toplaşdılar, ondan şirinlik istədilər.
III fəsil, 4Qarateli sakitcə, səs-səmir salmadan, qaş-qabaqları turşumuş halda, burunlarını astaca çəkə-çəkə, kəlağayılarının ucu ilə gözlərini silə-silə gəlin otağına gətirdilər. Gərdəyin yanında oturtdular. Qız xeyli başını qaldırmadan, heç nə düşünmədən eləcə oturdu. İçəri ala-qaranlıq idi. Otuzluq lampanın piltəsini aşağı çəkmişdilər. Bayırda da səs-səmir kəsilmişdi. Bircə otaqların qapısı astadan örtülüb-açılır, ev adamları ora-bura qaçışırdılar.Bunların heç biri Qarateli maraqlandırmırdı. Onım fikri uzaqlarda, Kür sahilində, Ələddinlə ilk görüşündə idi. Qız hər şeyi: hara gətirildiyini, qapını açıb kimin içəri girəcəyini belə unutmuşdu. Elə bil yuxuda idi. Heç nə onu maraqlandırmırdı. Birdən əli gərdəyə toxundu. İpək və atlasdan düzəldilmiş gərdəyin örtükləri xışıldadı... Qız diksindi, əvvəlcə ayağa durub qapıya doğru qaçmaq istədi. Sonra gərdəyin dalında heç kəsin olmadığını yəqin edib, qorxa- qorxa astaca addımlarla geri qayıtdı. Təfərrinclə ipək qumaş pərdələrin əhatə etdiyi təmiz yorğan-döşəyə, qızların üz ağlığını bilmək və qapıda pusquda dayanan yengəyə, səhəri isə qonum-qonşulara göstərmək üçün döşək üstdə salınan ağ mələfəyə baxdı. Ona elə gəldi ki, gərdək çoxdan hazırlanmışdı, lap çoxdan. Bu gərdək Ələddinin gərdəyi idi. Ələddin Qarateli bu gərdəyin arxasında görməli idi. Qız havalanan kimi oldu. Gərdəyə yaxınlaşıb ipək, qumaş pərdələri, təmiz yorğan-döşəyi, qu tükündən düzəldilmiş iri yastığı qucaqlayıb öpməyə başladı. Elə bil Ələddinin qoxusunu bunlardan almaq istədi. O özünü unutmuşdu. Gah hıçqırıb ağlayır, gah da məst olmuş kimi gülümsünürdü. "Məni niyə tək qoyub getdin, dərdin alım. Sənə kim qıydı, sənə kım əl qaldırdı, a gözlərinə qurban olum. Sən ki heç kəsə bir pislik eləməmişdin, bir adamın itinə, toyuğuna daş atmamışdın. Yenicə muraz üstündə idin. Dilim də gəlmir ki, səni vurana qarğış eləyim. Tanrı özü bilən yaxşıdı. Ey yeri-göyü yaradan, qurtar mənim bu nakam qəlbimi bəladan".
IV fəsil, 1Qəza mərkuzindəki müəllimlər seminariyasını yenicə bitirən Mürsəl Qaymaqlı kəndinə işləməyə göndərdılar. O, iki gün yol gözlədikdən sonra Tiflisə doğru gedən bir faytonla Şıxlı kəndinə yola düşdü, ordan da bir at tapıb Qaymaqlıya gəldi. Kəndin ortasındakı iki mərtəbəli məktəb binasında ona balaca bir otaq verdilər. Mürsəl yorğan-döşəyini pilləkənin üst tərəfindəki otağın küncünə yığdı, gecələr üstü naxışlı taxta çamadanını başının altına qoyub yatdı. Məktəbin ikicə müəllimi var idi. Biri Qori müəllimlər seminariyasını bitirmişdi. O da ailəsi ilə birlikdə alt mərtəbədə olurdu. Məktəb 20-ci illərin əvvəlində tutulub harayasa aparılmış bəylərdən birinin evində yerləşdirilmişdi. İri otaqları süzüb irəli çıxan geniş, başabaş eyvanı var idi. Kənd ətəyi kiçik təpələrlə örtülü olan iki dağın ortasında yerləşmişdi. Evləri, həyətləri ortadan bölən yeganə yolun bir ucu dərəyə enib aşağıdakı kəndə, o biri ucu isə yuxarıdakı şənliyə gedirdi. Çəpərlərin, həyətlərin, təpəlikdəki məhəllələrin yanından ötən cığırlar kəndin ortasındakı iri yolla birləşirdi. Deyəsən, kəndin torpağı dəmyə idi. Qapılarda bağ-bağça yox idi. Məktəbin eyvanından baxanda evlərin həyət-bacısı, qapı- pəncərəsi, evə girib çıxan arvad-uşaq aydınca görünürdü.Mürsəl bir həftə qəribsədi; yaman qəribsədi. Nə uşaqlara alışa bildi, nə də məktəbə. Ancaq sonradan hər şeyə isinişdi. Eyvanın küncündə dayanıb səhər- axşam kəndə tamaşa etdi. Gördü ki, səhər tezdən də, axşam üstü də obanın yuxarı başından zurna səsi gəlir. Zurnaçılar şövq ilə havadan havaya keçir, gah bəmdə çalır, gah da zilə çəkirdilər. Dəfin sümüyə düşən ahəngdar tappıltısı getdikcə güclənir, evlərin üstünə yayılır, həm bəlkə qonşu kəndlərə də gedib çıxırdı. Mürsəl elə bildi ki, kənddə toy var, kimisə evləndirirlər. Onun ürəyi atlandı, az qaldı eyvandan düşüb məclisə getsin. Axı o, ömründə kənd toyu görməmişdi. Ancaq sonradan öyrəndi ki, bu dəstə zurnaçı Hümmətin dəstəsidir. Onlar havacal öyrənirdilər. Ertəsi günü kəndin aşağı tərəfindən də toy səsi gəldi. Bu da Dursunun dəstəsi idi. Onlar da yeni oyun havaları öyrənirdilər. Mürsəl başa düşdü ki, kənddə iki dəstə zurnaçı var. Onlar bir-birinin bəhsinə yeni havalar çalır, səhər-axşam kənd cavanlarının, qiz-gəlinin ürəyini atlandırırdılar. Bir gün səhər "uçitel" onu aşağı çağırdı.
IV fəsil, 2Bir gün Mürsəl məktəbin xəritə, qlobus və kölmə kitablar yığılmış basırıq otağından bir qrammofon tapdı. Görünür, ev sahibi Ömər koxanın imiş. Onu götürüb tozunu sildi, trubasını təmizlədi. İki də köhnə, lap köhnə, çalınmaqdan üzləri cızıq-cızıq olmuş val tapdı. Tələsik qrammonun dəstəyini hərlədi, iynəni keçirib oxutmağa başladı. Cabbar Qaryağdı oğlunun, Keçəçi oğlu İslamın səsi otağı bürüdü. Mürsəl sevincindən bilmirdi neyləsin. O balaca bir qabaq stolu tapıb eyvanın küncünə qoydu. Qrammofonu stolun üstündə rahatladı. Səs borusunun ağzını yola tərəf çevirdi. Suya gedən və zümzümə edən qız-gəlinlərin gurlaşdığı vaxt dəstəyi fırlayıb qrammofonu oxutdu. Yoldakılar bir anlığına dayanıb, məktəbin eyvanına tərəf boylandılar, qrammofona qulaq asdılar və dirəyə söykənib onlara tamaşa edən Mürsələ baxdılar. Sonra şaqqanaq çəkib, gülə-gülə yollarına davam etdilər. Ertəsi günü bütün kənd zümzüməyə qərq oldu. Mürsəlin adı qızların qımqımısına düşdü. O gündən kəndin bir nəğməsi də artdı. Səhər-axşam zurnaçılar qoşalaşdılar, gündüzlər qız-gəlin zümzümə etdi, qrammofon da məktəbin eyvanında oxudu. Mürsəl qız-gəlinləri qrammofonla suya yola salıb qarşılayır, dərsə gələn uşaqları isə elə bil bu mahnılarla salamlayırdı. O artıq hər şeyə öyrənmiş, kəndin adətlərinə qaynayıb qarışmış və özü də zümzümə edən kənd böcəklərinin birinə çevrilmişdi.Uçitel bunlara göz qoyurdu. Mürsəlin uşaqlarla mehribanlığından, gözəl dərs deməyindən xoşu gəlirdi. İnanırdı ki, ondan yaxşı müəllim olacaq. Bir gün Mürsəl onun yanına gəldi:
Стихи других поэтов
Dərddin xanəvü beyt tutdum eymən cananın,Xəncərin çəkdi miyanından ki, budur dərmanın.
ƏslimizƏslimiz olmuş əhli-Hövsandan,Gəmi zəhmətkeşi olubdur atam.
Mürəbbe: Bir namə yazmışdı gözlər şahıBir namə yazmışdı gözlər şahı,Gəldi mən tək mübtəlayə yetişdi,
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani