III fəsil, 3
Страница 1 из 2
Ələddin sözünə düz çıxdı. On gündən bəri gecəsi-gündüzü bir-birinə qarışan, qorxusundan gözünə yuxu getməyən Qaratelin həyəcanlı günləri qurtardı. Qızlar ona axır vaxtlar bir cür baxırdılar. Onu görən kimi qaş-gözlərini oynadır. Fürsət düşəndə bir-birlərinə him-cim edirdilər. Əvvəlki kimi onunla açıq danışmırdılar. Elə bil nəyi isə gizlədir, hansı sirrinsə açılacağından qorxurdular. Qaratel başa düşürdü ki, qızlar ona daha əvvəlki kimi inanmır, o Novruz günü sahildə nəyin- sə baş verdiyini düşünürdülər. "Allah, mənə ölüm ver, ağlıma gələn dağlara- daşlara getsin. Əyər qızlardan biri ağzından söz qaçırtsa, kənd arvadları, kənd camaatının hansını inandıracaqsan ki, heç nə olmayıb, mən gül kim tər- təmizəm". Qaratel bəzən özü də özündən şübhələnirdi. Gecələr yerinə qor dolmuş kimi yata bilmir, səhərə kimi qıvranırdı. Amma bir gün gördü ki, başda Ömər koxa bir dəstə kişi ilə onlara gəldi. Qız özünü itirdiyindən hər şeyi unudaraq eyvana çıxdı; özü də bilmədən qapıları açıb-örtdü, samovara od saldı. Sarı lüləli aftafa-ləyəni su ilə doldurub hazır qoydu. Donunun yaxasındakı muncuqlar, qızıl pullar cingildədi. Əslinə baxsan, Qaratelin ürəyi də, qəlbi də, bütün bədəni də cingildəyirdi. O, hiss etmişdi ki, qonaqlar xeyirliyə gəliblər.
Elçilər getdilər. Bir həftədən sonra qıza nişan geldi. Bunu eşidən kənd qızları Qaratelin başına toplaşdılar, ondan şirinlik istədilər.
Qaratel yerə-göyə sığmırdı, hər yerdə: doqqazda, çəpərlərin təngəsində, Kürün sahilində, yarğanların qaşında Ələddini görürdü. Evlərinin yanından bir başıpapaqlı keçəndə elə bilirdi ki, Ələddindi, ürəyi çırpınırdı. Boş vaxtlarda evdə oturub yanı işləməli dəsmal tikir, naxışlı corablar toxuyurdu. Xəyalında bunları Ələddinə bağışlayır, corabların bəzəyinə özü də heyran qalırdı. Getdikcə qız Ələddinə daha çox bağlanır, onun mərdliyinə heyran qalırdı. Bircə kəlmə söz demiş və sözünün üstündə də kişi kimi dayanmışdı.
Qaratel bu cür şirin xülyaların içində xumarlandığı vaxt, bu gün-sabah toy olacağını gözlədiyi anda qəfil acı xəbər eşitdi: Ələddin yox idi, onu vurmuşdular, onu öldürmüşdülər. Elə bil göy şaqqıldadı, dünyanın altı üstünə qarışdı, hər yana zülmət qaranlıq çökdü. Qaratel evdə iki gün bilmədi yerin altındadı, ya üstündə. İçəridən göynədi, xısın-xısın ağladı. Dəfnə gedə bilmedi. Bu yerlərdə adət deyildi. Nişanlı qızın camaatla birlikdə qəbristanlığa getməyi görünməmiş iş idi. O, uzaqdan Çıraqlılar tərəfdən meyitin götürülməsinə, dəstənin qəbristanlığa yaxınlaşmasına tamaşa etdi. Ağlayan arvadların üz-başlarını cırıb, sinələrini döyməsinə, dü deyib səs-səsə vermələrinə qulaq asdı. Xısın-xısın, hıçqıra-hıçqıra divara qısılıb ağladı.
Bir gecə, Ələddinin qırxı çıxandan sonra, hamını yuxuya verib qəbristanlığa yollandı; qorxu içində, vahimələnə-vahimələnə. O, nəinki gecə vaxtı, hətta günün-günorta çağı qəbristanlıq tərəfə hərlənməkdən qorxardı, amma indi onu bir qüvvə çəkib aparırdı. Qaratel çala-çuxur qəbirlərin yanından ehtiyatla keçdi, dilinə kəlmeyi-şəhadət gətirdi. Hər şıqqıltıdan diksinə-diksinə ucqardakı qəbirə yaxınlaşdı. Bir neçə kərə "Bissimillah" dedi. Sonra ba daşına söykənib hıçqırdı. Əyilib qəbirin torpağını sığalladı. Düz iki gün beləcə, gizlincə qəbristanlığa gəldi. Üçüncü gün baş daşına söykənib hıçqıranda gözlənilmədən yanında bir hənirti duydu. Diksindi. Qorxusundan yerindən tərpənə bilmədi. Mat-məattəl yanında çömbəltmə oturmuş itə bənzər məxluqa baxdı. Yəqin etdi ki, bu gələn şeytandi. Titrəyə-titrəyə bir-iki dəfə "Bissimillah" dedi. Sonra dili tutuldu. Kəlmələri bir-birinə qarışdırdı. İt bunları duymuş kimi qıza yaxınlaşdı. Astadan zingildəyib, sanki nəsə demək istədi. İtin zingiltisi qızı özünə gətirən kimi oldu. Dili əsə-əsə "Alan, Alan" dedi. İt adını eşidən kimi qulaqlarını şəklədi və qızın əlini yalamağa başladı. Qaratel ehtiyatla əlini itin başına çəkdi. "Mənim Alannn, mənim Ələddinimin Alanı", - deyə hıçqırdı.
O gündən Alan ilə dost oldular. Qaratel qabristanliğa gələndə Alanı orda görürdü. İt qızı gözləyirdi. Bu sirri dünənə kimi heç kəs bilmirdi. Dünən isə Ömər koxa qəbristanlıqda peyda olmuşdu.
Düz bir həftə Ömər koxa qəbristanlıq tərəfi dinşədi. Hər dətə acı-acı ulayan Alanın səsini eşidir və qovşurulurdu. Aradan bir həftə də keçdi. Bir səhər oğlunu yanına çağırdı. Şamil içəri girdi. Qapının ağzında ayaqqabılarını çıxardıb cütlədi. Atası ona yanında yer göstərdi. Şamil bardaş qurub gəbənin üstündə oturdu.
Ömər koxa gümüş dəstəkli qəlyanını tənbəki ilə doldurdu. Kibrit çəkib yandırdı, otağa ağ tüstü qatları laylandı.
– Gecələr qəbristanlıq tərəfə fikir vermisənmi?
– Yox, necə bəyəm?
Kişi oğlunun təşdiq dolu baxışlarını üzündə hiss etdi.
– Qız uşağın qəbrinin üstündən əl çəkmir.
Aralığa sükut çökdü. Tüstü layları tavana qalxıb bürülüb-büküldü və birdən aşağı enib açıq pəncərədən sürünüb bayıra çıxdı.
– Fikrin nədir?
– Məsləhət səninkidir, ata.
Ömər koxa yenidən susdu. Harayasa uzaqlara getmiş fikirlərini cilovlayıb cəmləşdirdi. Kişinin səsi titrədi.
– Bilmirəm, qocalıqdandi, nədəndi, ay bala, sümüyüm yaman köyrəlib, heç uzun saçlının ahına dözə bilmirəm.
– Neyləmək olar, ay ata, Allahın işidir, bizdə nə təqsir var.
– Elə olmasına elədi, amma ahu-naləyə ürəyim dözmür.
Şamil dinmədi. Atası da susdu. Yenə tüstü layları tavana qalxdı.
– Gəlsənə son beşimiyizi evləndirək!
Şamil söhbətin bura gəüb çıxmasını gözləmirdi. Diksinən kimi oldu.
– Çox fikirləşmişəm, oğul, o qız tanrının bizə göndərdiyi qismətdir. Bizim ocağın gəlini olmalıdır. Ələddindən sonra onun başqa qapıda gəlin olmasını ürəyim götürməz.
Şamil başını aşağı saldi. Əli ilə gəbənin ilgələrini didişdirdi. Ələddinin nişanlısini kiçik oğluna almağı heç ağlına belə gətirməmişdi. Qonum-qonşımun buna nə deyəcəyini, elə evdə arvad-uşağın bu işə necə baxacağını belə fikirləşməmişdi. Hələ qız evinin adamlarının da fikirlərini bilmək lazım idi. Qız heç, onu dilə tutmaq olardı, böyüklərin sözündən çıxmazdı. Elə gədənin özünü də bu işə razı salmaq lazım idi. Şamil əslində belə işlərə bir cür baxırdı. Nə çox idi kənddə gözəl-göyçək durna boğaz qızlar. Amma atasının da xasiyyətini bilirdi. Bir şeyi ölçüb-biçməmiş ortalığa söz atmazdı. Sözü də dedimi, geri durmazdı.
Ömər koxa elə bil oğlunun fikrindən keçənləri duydu.
– Sən əvvəlcə evdəkilərin ağzını ara. Sonra əl altından arvadlar gedib, qızı su yolunda, Kürdə tapıb fikrini öyrənsinlər. Özün də kişilərlə söhbət elə. İşi dağ eləyəndən sonra mənə deyərsən. Əgər xəm-xəm eləsələr. Onlarnan özüm danışaram. Sənin işin olmasın.
Şamil yerindən ağır durdu. Qapıya da ağır-ağır yaxınlaşdı. Bunlar kişinin gözündən yayınmadı və başa düşdü ki, oğlu ona bir şey deməsə də, bu iş ürəyindən deyil...
Neçə gündən sonra arvadlar Qarateli qəbrin üstündə tapdılar.
Həmişəki kimi axşamın ala-qaranlığında Alan da yanında, baş daşına söykənib hıçqırırdı. Onları görəndə hürkdü. Tez aralanmaq istədi. Amma Şamilin arvadı qolundan tutub saxladı.
– Özünü üzmə, qızım, olacağa çarə yoxdur. Görünür qismət bu imiş. Qız hönkürdü.
– Mən fələyə nə etmişdim ki, murazımı gözümdə qoydu.
– Təkcə sənin ha murazını gözündə qoymadı. Elə hamımızın murazı gözündə qaldı. Sənə nə olub, cavan qızsan. Qoy biz dərd çəkək ki, oğul itirdik.
– Mənim də tanrı nişanlımı əlimdən aldı.
– Sən mənim gəlinimsən. Elə Ömər baban da belə deyir. Səni yad qapısına qoymarıq. Əvvəl-axır öz qapımıza gələcəksən. Şükür Allaha, nə olub, oğlumuzmu yoxdur!!!
Qızın göz yaşı qurudu. Başını qaldırıb ala-qaranlıqda arvadın üzünə baxdı. Kəlağayısını irəli çəkdi. Onun fikrindən keçənləri başa düşdü və bir göz qırpımında qəbristanlıqdan uzaqlaşdı. İşə Ömər koxa özü qarışmalı oldu. Onun sözünü yerə salmadılar.
Ömər koxa hamının gözündən yayınaraq tövləyə getdi. At onu görən kiıni oxrandı. Sahibini imsilədi, ayağını yavaşca yerə döydü. Kişi əlini atın sağrısına çəkdi, yalını sığalladı. Sonra gözündən öpdü. At bu mehribanlıqdan sakitləşib lap quzuya döndü. O, həmişə atın yanında. axırda saxladığı yəhəri götürdü. Qülu ilə tozunu silib atın belinə qoydu. Gümüş sinəbəndini taxdı, qarınaltı qayışlarıni bağladı. Yüyəni başina keçirdi. Bir də atın ətrafına dolandı. Kəhər elə bil harayasa gedəcəyini başa düşdü. Kişinin əli yalına, sağrısına dəyəndə bədəni səyridi.
Ömər kişi atı sakitcə tövlədən çıxartdı. Tayaların arxasına keçdi. Oradan da çığırla Kürə doğru endi. Heç kəs onu görmədi. Camaatın başı toya qarışmışdı. Qara zurna zilə çəkirdi. Cavanlar dirə-döymə oynayırdılar.
Bu kənd cavanlarının qəribə xasiyyəti vardı. Axşamdan ala çatıları istağa qoyurdular. Səhər, gün xeyli qalxandan və zurnaçılar damın üstünə çıxıb səhər havasını çalandan sonra dəstə-dəstə gəlib xırman yerinə toplaşırdılar. Böyük dairə çəkirdilər. Sonra da halay gəlib beş-beş iki yerə bölünürdülər. Yalaq düzəldib ala çatıları ora qoyurdular. Oynayanlardan beş nəfəri həmin çatıların – dairənin üstündə dayanırdı, beş nəfəri isə dairəvi cızıqdan kənarda dayanırdı. Oyunun şərti belə idi; kənarda dayanan beş nəfər çalışırdı ki, dairənin içində dirələrin üstündə dayananlardan birinin ayağının altından çatını götürsün. Əgər götürə bilsələr, çatılan alır, dirələrin üstündə dayananları dairənin içinə salır və əllərindəki çatı ilə onları döyürdülər. O vaxta qədər ki, deyilənlərdən biri döyənlərdən birini dairənin içində təpiklə vura bilsin. Belə olanda oyun təzədən başlayırdı. Döyənlər dairənin içində dirələrin üstündə dayanır, döyülənlər isə onlara hücuma keçirdilər. Bu, adicə oyun deyildi, tamaşa idi. Doğrudan da kənd camaatı: qocalar, cavanlar. gəlinlər, qızlar dövrə vurub tamaşa edirdilər. Qara zurna zilə çəkirdi. Oyunçuları həm qara zurnanın səsi, həm də qız-gəlin baxışları pələngə döndərirdi. Bir də görürdün papaqlarını astar üzünə çevirib toza bulayır və iki nəfər dirə üstündə dayananlardan birinin üstünə düşürdü. Papaqla ağzının üstünə vurur, təpik atır, arxa tərəfə keçir və onu təntidib çatını əlindən almaq istəyirdilər. Üstü kəsilən adam həm özünü qorumalı, həm də arxadan gələn varsa, onu hiss etməli idi. O biri yoldaşlar da ağzı kəsiləni gözdən qoymurdular. Təpik, qışqırıq, ağzıüstə dəyən və gözdən od çıxardan toza bulanmış astar papaqların şappıltısı bir-birinn qarışırdı. Bir də görürdün hücum edənlərdən biri pişik cəldliyi ilə meydanın ortasına girir və quş kim sıçrayıb ağzı kəsilən oyunçunun kürəyinə təpik vururdu. Onu ya yolda qabaqlayıb təpiklə vurur, ya da o, əldən çıxıb "düşmənindən" qurtulurdu. Kürəyinə təpik dəyən təngildəsə də, yıxılmır, vuransa onun çiyninin üstü qalxıb kənara sıçrayırdı. Bu oyuna hər adam girişə bilməzdi...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-olen-dunyam-iii-fesil-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tərtəmiz süpürülüb təmizlənmiş otaq başdan-başa gəbə ilə döşənmişdi. Pəncərənin pərdəsi asılmış, otuzluq çırağın fitili azacıq qaldırılmışdı. Yuxarı başda iki döşəkcə və zər bafta ilə işlənmiş qızıl qotazlı məxmər mütəkkələr qoyulmuşdu. Molla Sadıq çiynində əba, otaqda gəzinə-gəzinə təsbehinin iri, kəhrəba muncuqlarını şaqqıldadırdı. Ayağında təptəzə naxışlı corab var idi. Yumşaq gəbələrin üstündə səssizcə gəzdikdə elə bil bu rahatlıqdan ləzzət alırdı. Əslində, içə çox narahat idi.Müridlərin axırıncı yığıncağı dağıldıqdan sonra o, iki gün evdən bayıra çıxa bilmədi. Türbədən gələn qonağı elə gecə ikən, bir dəstə atlı ilə yola saldı, qapıya tüfəngli keşikçilər qoydu. O, Cahandar ağanın bir də qayıdacağını, onun evinə basqın edəcəyini, çal-çəpərinə od vurub, evi gülləyə basacağını gözlədi. Əl altından qohumlarına və Sadıq müridlərinə xəbər göndərdi, ehtiyatlı olmalarını tapşırdı. Ancaq ertəsi günü arvadlar ona xəbər gətirdilər ki, Şahnigar özünü asmışdır. Molla Sadığın qaşı çatıldı, xeyli fikrə getdi.
Üçüncü hissə, 4Əşrəf meşənin qurtaracağında atın cilovunu çəkdi. Kürün lil qoxusu verən sərin havası onun üzünə vurdu. At bərkdən kişnədi. Tapdıq da yüyəni dartdı.Kürün sahili köçərilərin düşərgəsinə çevrilmişdi. Arabalar bölük-bölük dayanmışdı. Yulğunluqların içi mal-qara ilə dolmuşdu. Uşaqlar dana-buzovları, sığırçılar isə malları bir-birinə qarışmağa qoymurdular. Yuxarılara yağan yağışdan sonra hava bürkülənmişdi. Nəfəs almaq olmurdu. Tələm-tələsik ocaq qalayıb qazan asan arvadların, arabaların yanında qaçışan tumançaq uşaqların, heyvanları sulayaıb sığırçıların səsi bir-birinə qarışmışdı. Milçəklər, göyöyünlər mallara dinclik vermirdi.
Üçüncü hissə, 5Pakizə Əşrəfi ilk dəfə yaxından hələ üç il bundan əvvəl görmüşdü. Onda qızın on dörd yaşı yenicə tamam olurdu. Bu elə o vaxt idi ki, Pakizə özündən böyük qızlara qoşulmağa çalışır, gəlinlərin söhbətindən, zarafatından xoşu gəlirdi. Onlar Pakizəni uşaq zənn etdiklərindən çəkinmir, onun yanında öz ərlərindən baməzəliliklə danışır, hətta toy gecəsi xatirələrini bütün təfərrüatı ilə söyləyirdilər, Pakizə bihuşedici gül qoxulamış adamlar kimi məstliklə qızların öz nişanlıları ilə necə görüşdüklərini təsəvvüründə canlandırmağa və ilk öpüşün ləzzətinin nədən ibarət olduğunu duymağa çalışırdı. Nə isə dumanlı, eyni zamanda sehrli bir maraq onu özünə cəlb edirdi.Pakizənin ömründə ilk dəfə oğlan baxışının, kişi təmasının nə demək olduğunu duyması da elə bu dövrə təsadüf edir. İndi o həmin an aydın şəkildə tez-tez təsəvvüründə canlandırır, o vaxt olduğu kimi indi də dumanlı və sehrkar bir duyğunun şirinliyindən məst olurdu...
Üçüncü hissə, 6Zərnigar xanım ərinə nə qədər nifrət etsə də, onun əlindən yanıqlı, ürəyi dağlı olsa da, kişini unuda bilmirdi. Hərdənbir xəlvətə çəkilib gizlincə ağlayır, Cahandar ağanın halını düşünürdü. O, hiss edirdi kişi sınıqdır, daha əvvəlki hay-harayı yoxdur. Şamxalın ayrılıb getməsi, bacısının ölümü onun belini bükübdür. Zərnigar xanım bəzən onu görmək istədiyini, heç olmazsa uzaqdan boyuna baxmaq arzusunun ürəyindən keçdiyini hiss edirdi. Arvad qəlbinin ən ucqar bir guşəsində gizlənib cücərməyə çalışan bu duyğudan qorxsa da, onun qol-qanad açıb güclənə biləcəyi ehtimalından dəhşətə gəlsədə, özü ilə mübarizə aparmağı bacarmırdı. Bəzən ərinin paltarının qoxusu burnuna dəyirdi, səsi qulaqlarında canlanırdı. Cod barmaqların təmasını çiynində, saçında, sinəsində hiss edirdi. Belə hallarda az qalırdı ki, durub birbaş qayıtsın. Arvad hiss edirdi ki, oğlunun yanında onun günü nə qədər xoş keçsə də, gəlini iki qızı başına dolanıb onun əlini isti sudan soyuq suya vurmağa qoymasalar da, nə isə bir şey çatışmır. O, ərinin xiffətini edirdi. Bir qadın kimi kişi hərarətinin, kişi nəfəsinin həsrətini çəkirdi. Axı, o hələ o qədər də yaşlı deyildi!Əşrəf gələndən sonra arvadın xəyalı daha da qarışdı. Oğlu məktəbdən qayıdanda onu Cahandar ağanın yanına buraxmayacağını qərara almış olsa da, ürəyi yumşaldı. O gördü ki, Əşrəf iki suyun arasında qalıb, nə atasından keçə bilir, nə də anasından. Bir də o, bu oğlunun da sınıq dolanmasını, atası ola-ola yetimlik çəkməsini istəmirdi. Ürəyindəki bütün kin və qəzəbə, qadın izzət-nəfsinin tapdalanmasına belə analıq hissi üstün gəlirdi. Zərnigar xanım hətta qəsdlənmişdi ki, oğlunu da götürüb geri, ərinin yanına, öz evinə qayıtsın. "Mən baş götürüb evdən çıxanda kimə nə eləyirəm? Günümün bundan ürəyimi ağrıyacaq? Bəlkə onlara da elə bu lazımdır? Əl-ayaqlarına heç kəs dolaşmaz. Zəhmət çəkib ev-eşik tikib cah-cəlal düzəldən mən, hazıra çıxan onlar? Ay Allah, sənin nə insafsız işlərin var! Mənim balalarımı niyə gül kimi soldurub ürəklərinə çal-çarpaz dağ çəkirsən? Mən nə günah sahibiyəm? Yox, gedəcəm. Kişi məni evdən qovmayıb ki? Özüm çıxıb gəlmişəm. İndi də qayıdacam. Balalarımı başıma yığacağam... Bəs ona necə dözəcəm? Gözüm baxa-baxa nər kimi kişini əlimdən o qoynuna salan o həyasızla necə bir damın altında yaşayacam? Allah, sən özün mənə rəhm elə!"
Стихи других поэтов
Piri-meyxanayə bax, Cəmdə nə var Keydə nə var?Bəxşişə seyr elə, Hatəmdə nə var, Teydə nə var?
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
OlaArayıb, axtarıb bir yar sevəsən,Ağıl- mərifətdən ustakar ola.