III fəsil, 2
Qaratel nişanlısı Ələddini bircə dəfə görmüşdü. Bircə dəfə əlləri əlinə toxunmuş, barmaqları bədəninə dəymişdi. İlin-ayın axır çərşənbəsi idi. Qızlar Qaratelgilə toplaşmışdılar. Əvvəlcə həyətdəki ota, samana od vurub tonqal qalamış, üstündən atılmışdilar. Oğlanlar görmədən düzəltdikləri lopaya od vurmuşdular. Həyət bir anlığa işığa qərq olmuşdu. Qızlar lopanın işığında hərlənən oğlanlara, onların göyə atdığı fişənglərə doyunca tamaşa etmişdilər. Elə bil kəndin üstünə yarpızböcəkləri səpələnmişdi. İşığınbiri yanıb biri sönürdü. Sonra qızlar içəri keçdilər, plov yedilər, şirni paylarını götürüb qağıldaşa- qağıldaşa ortaya sulu bir qab qoyub iynəlik saldılar. Düz dan yeri qızarana qədər deyib güldülər. Bu kəndin qaydası idi: ilin - ayın axır çərşənbəsində köhnə ili yola salanda, baharın gəldiyini xəbər verən Novruzun ilk günündə dan yeri qızarar-qızarmaz axar suya
– Kürə tökülüşərdilər. Su bumbuz olub adamı qılınc kimi kəssə də, çimişər, ağırlıqlarını-uğurluqlarını yuyar, təzə ilə tərtəmiz gələrdilər. Bu dəfə də elə oldu. Qızlar Kürün sahilinə gələndə artıq dan yerinə səda düşmüşdü. Kənd xoruzları banlayırdı. Göyün üzü yavaş-yavaş çəhrayı rəngə boyanırdı. Sakit havalı, tərtəmiz bir səhər gəlirdi. Kürün üstünə tül kimi nazik duman çökmüşdü. Bu duman gah sürünüb sahilə yaxınlaşır, gah da o taydakı meşəyə tərəf qanad açırdı. Elə bil Kürün üstünü qəsdən örtmək, mələk kimi uçub çimməyə gələn qızların bədənlərini yad gözlərdən qorumağa çalışırdı.
Qaratelgilin dəstəsi sahildəki saçaqlı söyüd ağacının yanında dayandı. Əvvəlcə ehtiyatla ətrafa boylandılar, yaxında heç kəsin olmadığını yəqin etdikdən sonra paltarlarını soyunub Kürə atıldılar. Su bumbuz idi. Amma səslərini çıxartmadılar. Xısın-xısin danışıb güldülər, bir-birlərini çimdiklədilər. döş-başlarını əlləşdirdilər.
Suda çox qalmaq olmazdı. Dişləri dişlərinə dəyirdi. Tezcə sahilə çıxıb paltarlarını geyinməyi qərara aldılar. Hərə öz geyimini götürdü. Tələm-tələsik donlarını başlarından keçirdilər. Bədənləri azacıq istiləndi. Amma Qaratel paltarını qoyduğu yerdə tapmadı. Qızlardan soruşdu, gördüm deyən olmadı. Qaratel ağacların dibini, yarğanların qaşını nə qədər axtardısa, bir şey tapmadı. Qızlar paltarlarını geyinib gülə-gülə sahildən uzaqlaşdılar:
– Ay qız, Qaratel, daha sən bizimlə gedə bilməzsən. Sənin paltarına bəni- insan əli dəyib. Sən uçub gələn göyərçin bacılardan biri kimi burda qalmalısan.
Qızlar gülə-gülə sahildən uzaqlaşdılar. Qaratel həm soyuqdan, həm də vahimədən titrəməyə başladı. "Mənim paltarım necə oldu? Onu kim götürdü? İndi mən el içinə necə çıxacam?". Heç yerdən səs gəlmədiyini görüncə oturub hönkür-hönkür ağladı. Elə bu vaxt yarğanın qaş tərəfindən səs gəldi.
– Ağlama, paltarın məndədi.
Bu sözləri deyən adam səsinə nə qədər mehribanlıq versə də, Qarateli elə bil ildırım vurdu. Büzüşüb yumağa döndü, bilmədi hara girsin, harda gizlənsin. Oğlanın qabağında diz çöküb yalvardı: "Sən qağaym canı, kimi çox istəyirsən onun canı, mənə əl vurma. Əyər bir şey eləsən, özümü Kürə atıb boğacam".
– Özünü niyə boğursan, ay dəli. Nağıllardan eşitməmisənmi, üç göyərçin bacının birinin paltarına əl dəyəndə heç yana gedə bilmir, qalır ordaca. İndi sənin paltarına mənim əlim dəyib, heç yana gedə bilməzsən. Qalacaqsan mənim yanımda.
Qaratel bu dəfə doğrudan qorxuya düşdü. Dönüb Kürə doğru baxdı. Onun fikrindən keçənləri elə bil oğlan başa düşdü:
– Əlini mənə ver, - Bu sözü deməyi ilə qızı dartıb yarğandan çıxarmağı bir oldu. - Mən sənin sorağını çoxdan almışdım, indi də rastlaşdıq. Qorxma, bizim nəsildə namərd adam tapılmaz. Mən Ömər koxanın nəvəsiyəm. Adım da Ələddindi. Al paltarını gey. Gömgöy olubsan.
Qaratel paltarı götürüb bir göz qırpımında donunu başına keçirdi. Amma qorxusu hələ getməmişdi.
Həm soyuqdan, həm də həyadan tir-tir əsirdi. Ələddin onun qaşlarına sığal çəkib uzaqlaşdı.
– Elçilərimi gözlə.
Qaratel donub qalmışdı. Bilmirdi yuxu görür, yoxsa doğrudan da oğlana rast gəlib. O, xeyli Ələddinin arxasınca baxdı.
Artıq dan yeri ağarmışdı. Üfüqlər çəhrayı rəngə boyanmışdı. Səhər tezdən Kürün üstünə çöküb, gah yarğanlara, gah da meşəyə doğru sürünən duman da yox olmuşdu. Daşqını hələ ötüb keçməyən Kürün suları ilə çiləkənlərdən atlarını Kürə tökən kənd cavanları aydınca görünürdü. Yaqut rəngli bir səhər başlayırdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-olen-dunyam-iii-fesil-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İmran dan yeri ağaranda yuxudan durub geyindi və həyətə çıxdı. Əvvəlcə qolundakı saata, sonra qızaran üfüqlərə baxdı. Göy üzünə səpələnmiş ulduzlar solğunlaşıb bir-bir sönürdü. Yalnız şərq tərəfdə dan ulduzu iri almaz parçası kimi titrəyirdi."Yaman gecikmişəm" - deyə o, fikrindən keçirdi.
24Zeynəb yarı arxı keçəndə diksinib dayandı. Ona elə gəldi ki, yarğanın dibindən qalxan kölgə sinəsinə ötüb qaratikan kolları arasında gizləndi. Hətta oradan şıqqıltı eşidildi.Zeynəb ayaq saxladı, ürəyi döyünə-döyünə qulaq asdı. Çöllər səssiz idi. Yalnız gecə böcəkləri qəmli-qəmli ötürdü. Elə bil onlar isti payız günündən sonra axşam sərinliyində dincələn çöllərə laylay çalırdılar. Cırcıramaların, çəyirtkələrin bu məhzun nəğmələri Zeynəbi darıxdırdı. Onun da qəlbini hüzn bürüdü. Ürəyində özünün də başa düşmədiyi hisslər oyandı. Tərəddüd içində dayanıb pıçıldadı: "Bu nə idi? Bu zaman yarğanda gizlənən kim ola? Düz adamdırsa, niyə yolla getmir?"
25Kosaoğlu dincələ bilmirdi. Gözünün yuxusu, ürəyinin rahatlığı yox olmuşdu. Axşamdan yer saldırıb yorğan-döşəyə girsə də, yata bilmir, o üz-bu üzə çevrilir, durub papiros çəkir. qaranlıqda gözlərini tavana zilləyirdi. Hər şıqqıltı onu diksindirir, hər səs yuxudan oyadırdı. Son günlər heç yata bilmirdi. Arvadı Sayalı bir neçə dəfə "a kişi, sənə nə olub?" - deyə soruşmuşdusa da, toxtadıcı cavab ala bilməmişdi.Kosaoğlu ürəyindəkiləri arvadına deməsə də, Sayalı kişinin gündən-günə əridiyini, daha da qaşqabaqlı olduğunu, evdə uşaqların üzünə baxmadığını görürdü. Sayalı da çox vaxt yatmır, ürəyində qarğış edirdi. "Allah bizə əyri baxanları dərdə salsın! Görüm o İmranın uğuru xeyrə çıxmasın! Mərdimazar oğlu kəndi çaxnaşdırıb, aləmi bir-birinə qatdı".
26Tez-tez göyün üzü tutulur, buludlar ətəyini sallayıb kəndin üstünə çökürdü. Çənli-çiskinli yağış başlamışdı. Yolların palçığı saqqız kimi olmuşdu. Yavaş- yavaş hava soyuyur, mal-qara örüşə çıxmırdı. Toyuqlar quru yer axtarır, itlər büzüşüb ocaq yerində yatırdı.Hava açılana oxşamırdı.
Стихи других поэтов
Nəql edirlər ki, bir gün İsgəndərEylədi bir xərabə sarı güzər.
QərənfilSəni kimdir sevən bica, qərənfil?Sənə mən aşiqi-şeyda, qərənfil!
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
OlmuşamMən elə kimsəyəm aşiqə bənzər,Könlüm əhli-haldı, dilim dərdi-sər,