VIII fəsil, 4
Qar ara vermişdi. Göyün üzündə gün işıldayırdı. Amma hava sazaq idi. Dünəndən kişilərinə çörək gətirən arvadlar evlərinə getməmişdilər. Onlar qonşu həyətlərdə, damların böyründə, çəpərlərin dibində büzüşüb oturmuşdular. Ümid edirdilər ki, böyüklərin ürəyinə insaf gələcək və kişilərin yemək üçün evlərdən gətirilən şeyləri qəbul edəcəklər. Damların üstü, çəpərlərin dibi, kənd yolları, evlər qarın altında qalmışdı. Başqa vaxt olsaydı, kənd adamları damların üstünü, həyət-bacaları qardan təmizləyər, mal-qaranı həyətə çıxardar, sonra da kürəyi götürüb yollarda cığır açardılar. Bacalarından tüstü qalxan evlərin belindəki qarı təmizləməyin ayrı ləzzəti var idi. Uşaqlar da, elə böyüklər də bundan ayrı zövq alardılar. Amma indi həyətlərdə nə malqara görünür, nə də qar təmizləyirdilər.
Məsciddəki camaat soyuqdan titrəşirdi. Biryandan qar-şaxta, bir yandan da aclıq onları əldən salmışdı. Soyuqdan donmamaq üçün ayaqlarını yerə döyür, kürək-kürəyə verib bir təhər qızışırdılar, Qar adamın gözünü qamaşdırırdı.
Yoldaş Fətullayev yenidən hasarın üstündə göründü. Yenidən eyni sözləri təkrar etdi:
– Camaat, silahlarınızı gətirin, yoxsa qurban verəcəksiniz. Yerindən tərpənən olmadı. Yoldaş Fətullayev hasardan endi. Məscidin ətrafında züllə papaq əsgərlər iki cərgə düzülmüşdü. İndi bir cərgə də gəldi. Yanlarından uzun qılınc sallanan yarımkürk geyinmiş komandirlər də çoxaldı. Onlar qılınclarını qınından siyirib çıxartdılar. Qışın istilik gətirməyən zəif günəşi qılıncların ağ tiyəsində parıldadı. Arvadların arasına çaxnaşma düşdü. Üz-gözlərini cırıb saçlarırını yol- dular. Dizlərinə, sinələrinə döydülər. Hıçqırıq səsi ətrafı bürüdü. Məscidin həyətindəki kişilər də həyacanlandılar.
Çapıq Əmrahı gətirdilər. Qabaqda iki, yanlarda iki, arxada da iki keşikçi var idi. Züllə papaq əsgərlər çaxmaqları hərləyib gülləni lüləyə vermişdilər. Az qalırdı ki, süngü ilə kişini dəlik-deşik etsinlər. Çapıq Əmrah gödəkcəsinin yaxasını düymələdi, papağını qaşının üstünə endirdi. Hərəkət etməzdən əvvəl qışın şaxtalı havasını sinəsinə doldurdu. Doymurmuş kimi dalbadal nəfəs aldı. Sonra bir qırğı baxışı ilə kəndi nəzərdən keçirdi. Yollara, həyətlərə, dağların ətəyinə qədər gedən təpəliklərə və göyün üzündə işıldayan günəşə baxdı. Elə bil vidalaşırdı. Ürəyinə dammışdı ki, bu dünyanı bir daha görməyəcək.
Əlini cibinə saldı, gümüş papiros qutusunun çıxartdı. İri bir cığalı kağızı götürüb arasını sarı saçaqlı tütünlə doldurdu və eşdi. Papirosun tüstüsünü də hərislikiə sümürdü. Birdən geri döndü. Mustafa kişi ilə nəzərləri çarpazlaşdı. Şura sədri bir-iki addım geri çəkilib əsgərlərin arasında gizlənmək istədi. Bunu görən Fətullayev sinəsini qabağa verdi. Ancaq birdən sarsıldı. Ona elə gəldi ki, Çapıq Əmrahın gözlərində şimşək çaxdı və Fətullayevi ildırım kimi vurdu. Çapıq Əmrah acı-acı gülümsündü və ağlaşan arvad-uşağın içində öz arvadının səsini də eşitdi, üzünü onlara tutub səsini ucaltdı:
– Ağlamayın, kişi qızı kimi mərd olun! Dost var, düşmən var, Özünüzü sındırmayın. Ağlaşmanı sonra qurarsınız. Paltar-palazını ortaya sərib dil deyərsiniz, ürəyinizi boşaldarsınız. - Sonra da üzünü camaata tutdu. Papağını çıxardıb baş endirdi. - Salamat qalın. Mən sizin yolunuzda qurban gedirəm. Əyər yanınızda bir günahım varsa, məni halal eləyin.
Papirosunu son dəfə sümürüb kötüyünü yerə atdı. Ətrafdakı komandirlər, onun nə danışdığını başa düşməsələr də, sakitcə dayanıb gözləyirdilər.
Çapıq Əmrah camaata bir daha baş əydi və qabağa yeridi. Komandirlərdən biri arxa tərəfdən irəli çıxdı. Əlindəki naqanın lüləsini onun kürəyinə zillədi. Tapança açılanda Çapıq Əmrah azca təngildədi və yıxılmamaq üçün özünü tarazlayıb geri döndü. Əlində naqan dayanan rusun üstünə yeridi.
– Adamı arxadan vurmazlar, ay namərd.
Əlində naqan olan komandir Çapıq Əmrahın baxışlarına dözə bilmədi və bir- iki addım geri çəkilib dalbadal atəş açdı. Əmrah hiss elədi ki, gözlərinə qaranlıq çökür, dizləri bükülür. Bir azca da keçsə, dizi üstə çökəcək. Beyni, ürəyi və bütün varlığı ölümlə dirim arasında vuruşan Əmrah dumanlı şəkildə dərk etdi ki, düşmən önündə əyilmək, onun qarşısında diz çökmək olmaz.
Əmrahın sinəsindən qan şoralanırdı. Hələ də ayaq üstə təngildəyən və az qala irəli yeriyəcəyindən vahiməyə düşən komandir qorxusundan bir güllə də atdı. Çapıq Əmrah kökündən kəsilmiş nəhəng ağac kimi arxası üstə yerə sərildi. Onun qolundan yapışıb sürüdülər və hasarın böyrünə uzatdılar. Ağ xalatlı iki həkim gəldi. Ölünün gözlərinə, sinəsinə, ürəyinə qulaq asdılar. Onların göstərişi ilə Çapıq Əmrahın alnına iki güllə də sıxdılar...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-olen-dunyam-viii-fesil-4
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məktəbin həyətində bir dəstə atlı dayandı. Qabaqdakı kəhərin belində əyləşən kişi cilovu çəkdi, sonra qamçısını çərkəzi yəhərin üstündən aşırıb yanpörtü oturdu. Onun uzunboğaz çəkməsi azca palçığa bulaşmışdi. Əynində qalife şalvar və yarımkürk var idi. Geyimindən hərbi adama oxşayırdı. O, əlini cibinə salıb qızıl papiros qutusunu çıxartdı, qapağını açıb iri cığalı kağızı götürdü. Saçaqlı sarı tütündən arasına doldurub papiros bükdü. Zoğal müştüyünə taxıb yandırdı. Tüstü-duman içində gözlərini qıyıb məktəbin ikinci mərtəbəsinə baxdı.Mürsəl eyvanda dayanmışdı. O elə bil həyətdəkiləri görmürdü. Kəndin üstündəki təpəliklərə, göy üzündə laylanmış ağ buludlara və üfüqlərin sonsuz ənginliklərinə baxırdı. Yəhərdə qılçasını qılçasının üstünə aşırıb papiros çəkən kişi xeyli onun boy-buxununa tamaşa etdi. Oğlan şıvırtı kimi nazik, ucaboylu idi. Yenicə qoyduğu və qalınlaşan bığı sifətinə yaraşırdı.
IV fəsil, 5Bu il havalar tez istiləşmişdi. Təpələrdəki qar örtükləri götürülmüş, yer-göy birdən-birə yaşıllaşmışdı. Çəpərlərin diblərində balaca mavi çiçəklər pıtrax kimi qalxmışdı. Vaxtından tez oyanan qara xallı qırmızı böcəklər onların arasında gəzişirdi. Təbiətin belə tez ayılmasından Mürsəl sevinirdi. O bu il məktəbdə əməlli-başlı may bayramı keçirməyi qərara almışdı. Qırmızı, yaşıl, sarı və göy rəngli kağızlar tapmışdı. Uşaqları başına yığıb həmin kağızları bərabər ölçüdə kəsərək yapışqanla birləşdirir və sonra zəncirvarı həlqələri bir-birinə calayırdı. Bu bəzəkil, naxışlı və müxtəlif rəngli kağız zəncirlər sinif otaqlarından birinin küncünə yığılırdı. Mürsəl müəllim bayrama bir neçə gün qalmış dükandan cürbəcür şəkillər aldı və məktəbin divarlarına yapışdırdı. Həyətdə iki uzun dirək basdırıb keçid düzəltdilər. Keçidin yuxarısına qırmızı parça örtdülər və cürbəcür şüarlar yazdılar. Lap ortada isə Leninin ipək parçadan toxunmuş şəklini vurdular. Şəklin ətrafı dairəvi idi. Bu dairənin içində inqilab edən, yeni traktor sürən, zindanların üstündə dəmir döyən adamların əksi var idi. Fabrik-zavodların bacalarından tüstü qalxırdı. Bir sözlə, dünya əməkçiləri rəbbəri əhatəyə almışdılar. Lap yuxarı başda isə "Cümlə-cahan füqareyi-kasibəsi, birləşiniz" sözləri yazılmışdı. Bayrama iki gün qalmış uşaqlar sərçə kimi civildəşə-civildəşə həyət-bacanı, sinif otaqlarını, eyvanları süpürüb təmizlədilər, pəncərə şüşələrini yuyub parıldatdılar. Oğlanlar kəndin kənarındakı dərəyə, İncə çayının sahilinə gedərək, saçaqlı söyüdlərin budaqlarından qırıb məktəbə gətirdilər. Eyvanların, otaqların dirəklərini yaşıllığa bürüdülər. Sonra rəngli kağızlardan düzəltdikləri zəncirləri saçaq-saçaq burub divarlardan, həyətdən keçidə qədər düzdülər. Məktəb hisi silinmiş çıraq kimi par-par parıldayırdı. Mürsəl sevincdən hər şeyi unutmuşdu. Başı bəzək-düzəyə o qədər qarışmışdı ki, kənd camaatından maraqlanıb onlara tamaşa etməyə gələnlərə fikir vermirdi. Fikir vermirdi ki, onların bəziləri pilləkənin qurtaracağında dayanıb Mürsəl müəllimin otağına baxır, onun yatdığı yeri gözdən keçirir və divara nə isə işarə qoyurdular.Mayın 1-i gəldi. Göyün üzü tər-təmiz, hava ilıq idi. Bu gün kənd lap tezdən oyanmışdı. Zümzümələr baharın ilıq havasına qovuşmuşdu. Mürsəl də tezdən oyanıb, qrammofonunu işə salmışdı. Gün xeyli qalxdı. Alabəzək parçalardan paltar geymiş qızlar-oğlanlar axışıb gəldilər. Mürsəl müəllim zurna səsi eşidəndə qulaqlarına inanmadı. Tez həyətə düşdü. Gördü ki, Hümmət də, Dursun da burdadır. Onlar zurnalarını kökləyir, dəfi günə tutub qurudurdular.
IV fəsil, 6Uçitel birdən-birə titrətməli adam kimi büzüşdü. Pencəyinin yaxasını dartıb düymələdi. Elə bil bir anın içində kişinin beli əyildi. Astaca addımlarla məscidə doğru getdi. Səhər tezdən olmasına baxmayaraq baş molla məscidin yuxarı tərəfində əyləşmişdi. Onun qaşları da, saqqalı da əmmaməsi kimi dümağ idi. Qabağında kitabə, üstündə də Qurani-Kərim var idi. O, Uçitelin gəldiyini hiss etsə də, qımıldanmadı, əvvəlki ciddiyyətilə, sakitcə Quranı oxumaqda davam etdi. Uçitel astanada ayaqqabısını soyunaraq onun mütaliəsinin qurtarmasını gözlədi. Hərçənd, bilirdi ki, molla Qurani-Kərimi oxumaqdan daha çox vərəqlərə baxır və özünü məşğul kimi göstərir. Ancaq gözləməli idi. Quran və namaz üstə olan adamı yarımçıq dindirməzdilər.Aradan xeyli keçdikdən sonra molla Quranı örtdü, əbasını düzəltdi, ağarmış qaşlarının altından boylanan və hələ diriliyini itirməyən gözlərini astaca qaldırıb Uçitelin üzünə zillədi.
V fəsil, 1Güllü xanım bu gün itləri zəncirdən tez açdırmışdı. Gəlinlər itlərin yalaxlarını yal ilə doldurmuşdu. İtlər əvvəlcə zəncirdən açılandan sonra evin ətrafında hərlənmiş, Kürün yaxası boyu qaçmış, sonra da yalaxların üstə cumaraq mırıldaşa-mırıldaşa yala hücum etmişdilər. Güllü xanım eyvanda dayanaraq onlara tamaşa edir, tüfəng çiynində həyətdə hərlənən oğlu Həsən ağanı gözaltı süzürdü. O hiss edirdi ki, Ömər koxa rəhmətə gedəndən sonra Həsən ağa heç kəsə açıb-ağartmasa da, çox narahatlıq keçirir. Tüfəngi əlindən yerə qoymur, atını da çox vaxt gecələr belə yəhər altında saxlayır. Arvad tikir vermişdi ki, oğlu gah samanlıqda gecələyir, gah tövlədə qalır, gah da otaqların birində mürgüləyir. O bir yerdə yatmır, tez-tez yerini dəyişdirir. İndi, bu gün də narahat idi, bir yerdə dayanmır: gah samanlığın, gah tövlənin belinə qalxır, gah da ot tayalarının yanında hərlənirdi. Güllü xanım kəndin yuxarı başındakı səs-küydən, itlərin çaxnaşmasından ehtiyatlanırdı. O bu gecə nəsə baş verəcəyindən qorxurdu.Ömər koxanın sağlığında hər şeyin sakit gəlib-keçəcəyini bilən Həsən ağa arxayın idi ki, bu ağsaqqalın sözündən heç kəs çıxa bilməz. O hamını başa salmışdı ki, Ələddinin ölümü bir bədbəxtliyin nəticəsidi və buna görə araya qan salmaq, təzə düşmənçilik törətmək lazım deyil. Hətta onun ayağına qəza mərkəzindən gulən və "Nə üçün şikayət eləmirsən'.'" - deyən hökumət adamlarını geri qaytarmış, "Ölən də, öldürən də öz uşağımızdır, burada heç bir qəsdi- qərəzlik yoxdur", - demişdi. Ondan sonra Həsən ağaya dəyib-dolaşan olmamışdı. Həsən ağa onu da başa düşürdü ki, Ömər koxanın oğlu Şamil və Çıraqlılar onunla barışsalar da, ürəklərində kin var idi. Atalarının sözündən çıxa bilməsələr də, içəridən qovrulub yanırdılar. Ona görə də, Həsən ağa gözə az-az dəyir, Şamilin, Qönçə xanımın gözünə az-az görünürdü. Amma axır vaxtlar onu bir-iki dəfə idarəyə çağırmışdılar. Hətta bir dəfə kənd şurasının milisioneri Keçəl Xondulu zarafata salıb demişdi ki, "Nə vaxta qədər belə səksəkəli dolanacaqsan? Əlindən xata çıxıb, get üç-dörd ay yat sonra gəl, rahat dolan".
Стихи других поэтов
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Səadətnamə, 77هر کجا علم و قدرت است آن شیسامع است و بصیر و مدرک و حی
İndiGöz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"