Bivəfasan, gərçi səndən dilrüba yoxdur kişi,Dilrübalar içrə səndən bivəfa yoxdur kişi.

Bəxti-bəd qoymaz ki, səndən hacətim bulğay rəvaMən təki bədbəxtü hacət narəva yoxdur kişi.Xubilər bəzmidə çəngi-köhnə tək məndən betər,Rişteyi-cani pozulmuş biynəva yoxdur kişi.

Sordum əhvalım təbibi-eşqidən, verdi cəvabKim, sana ölməkdən özgə heç dəva yoxdur kişi.

Həlqeyi-zülfi anun dami-bəladur, Kişvəri,Ol bəla damində səndən mübtəla yoxdur kişi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви