Bolmuşam divanə tərki-xanüman qılsam gərək,Xanümandan keç ki, tərki-cismü can qılsam gərək.

Qıldı çün rüsva məni şeyda könül, mən həm anı,Ömr möhlət versə rüsvayi-cahan qılsam gərək.

Mülki-həstidən uçubdur mürği-ruhum ənqərib,Mən daxi kuyi-fənada aşiyan qılsam gərək.

Abi çeşmim birlə xaki-payini qılsam xəmir,Eyb imas kim, mərhəmi-daği-nihan qılsam gərək.

Макта — последний бейт с тахаллусом поэта. Könli bir daş parəsidür, Kişvəri, mən əqlsiz,Ahü nalə birlə daşi mehriban qılsam gərək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов