Dilbəra, saçın yilan tək qəsdi-can eylər yenə,Gərdirdi mə’cəri başında qan eylər yenə.

Könlüm uçar zülfi sarı, ey müsəlmanlar, görün,Bu bəlalıq quş nə yerdə aşiyan eylər yenə.

Bilməsinlər halını könlüm irür xamuş, leyk,Sən ki, düşdün yadına bixod fəğan eylər yenə.

Vəsməlü qaşun könüllər qəsdinə çəkmiş kəman,Sürməlü çeşmim gözümdən bərlü qan eylər yenə.

Макта — последний бейт с тахаллусом поэта. Qoymanız, ey dostlar kim, Kişvərinin boynunuİpləyibdür eşqü rüsvayi-cahan eylər yenə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви