Könlümə xunabeyi-həsrət şərab etdi fəraq,Atəşi-eşq içrə bağrımnı kəbab etdi fəraq.

Bir binayi-səbr kim, yapdım könül şəhrində mən,Gözlərüm suyi bilə bir-bir xərab etdi fəraq.

Eşigindən it kimi kuyi-ədəm sarı çəkib,Rişteyi-canımnı boynuma tənab etdi fəraq.

Görməz oldu ağlamaqdan gözlərim ey vay kim,Gövhəri-məqsudimi biabü tab etdi fəraq.

Ta həvəs qıldım sədəf ağzını vü dür dişüni,Damənimni dopdolu dürri-xoşab etdi fəraq.

Макта — последний бейт с тахаллусом поэта. Kə’beyi-vəslin yolunda dönmədi qul Kişvəri,Gərçi kim, caninə yüz dürlü əzab etdi fəraq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке