Deməzəm kim, yardən könlümğə azar olmasun,Raziyəm azardən, azar-bizar olmasun.

Şeyx Sən’an tək nə din qaldı, nə imanım mənim,Heç müsəlman oğluna kafər qızı yar olmasun.

Eşqdən zünnar bağlar brəhmənlər cəm’idəMişkbu saçından özgə bizgə zünnar olmasun.

Bəxt əgər qılsa mədəd uyxumğa girsən bir gecə,İstərəm bəxtimni kim, ta həşr bidar olmasun.

Макта — последний бейт с тахаллусом поэта. Gözümdən bimarəmü yerim pozuq mehrablər,Kişvəri, heç kim ğəribliq içrə bimar olmasun.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви