Könül cövrünə qatlanmaz, gedəlim bari şəhrindən,Ana səbrü xirəd yuməz, gedəlim bari şəhrindən.

Gözüm peyvəstə pürnəmdür, qaşın tək qaməti xəmdür,İnayət baxışın kəmdür, gedəlim bari şəhrindən.

Ze sar ta pa bəla sənsən, əcəb nə aşina sənsən,Bəğayət bivəfa sənsən, gedəlim bari şəhrindən.

Ola bilmən həbib ilən, görə bilmən rəqib ilən,Qalupdur iş nəsib ilən, gedəlim bari şəhrindən.Yanında, ey güli-novrəs, çü birdür bülbülü kərkəs,Çəkincə cövri hər nakəs, gedəlim bari şəhrindən.

Görər idi məni-giryan bir yan, səni bir yan,Çü qıldın bağrımı büryan, gedəlim bari şəhrindən.

Çü səndən görmədi yarı, nə yarivü nə dildari,Necə bir naləvü zari, gedəlim bari şəhrindən.

Qulundur Kişvəri bəndə, əməgi çoxdur səndəKi, necə belə şərməndə, gedəlim bari şəhrindən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви