Gözüm ağlar cəmalın həsrətindən,Yanar bağrım visalın həsrətindən.

Dügünlər göydürüb kəsdim əliflər,Yüzündə xəttü xalın həsrətindən.

Məsihü Xızr iki avarədürlər,Ləbi-abi-zülalin həsrətindən.

Gülistanda quru qalmış sənubər,Sənün qəddi-nihalın həsrətindən.

Макта — последний бейт с тахаллусом поэта. Keyik tək Kişvəri səhrayə düşdi,O şol çeşmi-ğəzalın həsrətindən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов