Vəh ki, qıldı natəvan bir gözləri sayru məni,Qıldı rüsvayi-cəhan bir nərgisi-cadu məni.

Həlqeyi-zülfündən ayru eyləyəm divanə kim,Saxlamaq mümkün dəgül zəncir ilən bağlu məni.

Ey visalun eydü mən eydi-visalundan bəid,Öldürür hər ləhzə bu həsrət bilə qayğu məni.

Görgəli zülf ilə xalıni giriftarəm sana,Gör ki, necə bağladılar hər iki hindu məni.

Макта — последний бейт с тахаллусом поэта. Xanüman tərkin qılıb səhrayə düşdüm, Kişvəri,Qıldı avarə vətəndən bir gözi ahu məni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви