Ey nihali-sərv, sərvi-qamətin şərməndəsi,Abi-heyvan çeşməsi, şirin dodağın sədqəsi.

Şum rəqib qoymaz məni tofi-behişt kuyinə,Xanda tapıldı mana yarəb, bu durux kündəsi.Təpilmiş ikən əski yarə parə-parə bağrımın,Tazə qıldı anı lə’lin dürlü-dürlü xəndəsi.

Xanümanü mülkü malü simü zərni neyləsün,Hər kimin vardur sənün tək bir büti-türfəndəsi.

Sizni görməyi könlüm ayü gün bilə xoşvəxt irür,Bizlərə dilxoşdurur cana, sizin vamandəsi.

Xar görmə xirqeyi-sədparəmi, ey Şeyx kim,Pərdəpuşi-sirri həqdür Bayəzidin jəndəsi.

Gördi ol mah təl’əti kuyinə varğac Kişvəri,Rəhnüma bəxtin gör onun tale’i-fərxəndəsi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе