Xəttini səbzə oxurlar, yüzini yasəmən derlər
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Xəttini səbzə oxurlar, yüzini yasəmən derlər,Kətan könlək ki, geymişsən, anı bərgi-səmən derlər.
Demə kim, iqdi-şəbnəmdür çəməndə hər səhər düşmüşKi, yüzün infi’alindən çəmən ağdar səmən derlər.
Yüzün üzrə qara xallar pərişan zülfün altında,Sanasan aşiyan qılmış od üstündə səməndərlər.
Açubdur xəncərün köksümdə həzyan derlər istərmənKi, sınmış oxlarından tutubanə asəmən derlər.Nə evdə kim, sən olursan ana xəlqi-cahan der kim,Bu beytullahdur, anı mən urundin yasə mən derlər.
Ğəmindən Kişvərinin könli bir dəryayi-pürxundur,İki çeşmi-dürəfşanidür ol dəryayə bən derlər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/kisveri-xettini-sebze-oxurlar-yuzini-yasemen-derler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey ğəmündən dağlu könlüm ləhzə-ləhzə çakrək,Gözlərüm xuni-cigərdən dəmbədəm nəmnakrək.
Sureyi-vəş-şəmsdür rüxsari-zibası anunSureyi-vəş-şəmsdür rüxsari-zibası anun,Leylətül-me’rac iki zülfi-mütərrası anun.
Ey məni bimar qılğan çeşmi-bimarun sənünEy məni bimar qılğan çeşmi-bimarun sənün,Təlxi-kam etkən məni lə’li-şəkərbarun sənün.
Necə kim, xəlqi dirildür şivəvü rə’nalığınNecə kim, xəlqi dirildür şivəvü rə’nalığın,Vəh kim, öldürdü məni məstivü bipərvalığın.