Bir bəladur taki, geydün görtəyi-nilufəri,Bir bəla daxı başında gəzdirdi mə’cəri.

Zərvərəq irməz cəmalın müshəfində bir tərəf,Bil ki, yazmış hüsnün içün kilki-qüdrət məhzəri.

Yüzünni hər kim görər, can verməyincə çarə yox,Adəm oğlu mundaq olmaz, sən mələksən, ya pəri.

Nə müsəlmanlıqdır axır kim, məni həsrət bilə,Öldürürlər bir nigah içün bu kafir qızləri.

Макта — последний бейт с тахаллусом поэта. Yer yüzündə bir pərirüxsar içün can vermədi,Bu nə aşiqliqdür kim, yerə girsün Kişvəri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов