Ey gözəllər padişahi, ta gəda boldum sana
Ey gözəllər padişahi, ta gəda boldum sana,Can sana qurban bolub, mən həm fəda boldum sana,Daməni-eşqini dutub, xaki-pa boldum sana,“Görgali hüsnünü zarü mübtəla boldum sana,Nə bəlalığ gün idi kim, aşina boldum sana”.
Sən həm ol namehriban aşiq koşi-xunxarə bol,Tiği-hicrindən mənim canım gərək yüz parə bol,Carəkarın bolunmaz, neylayim, biçarə bol,“Ey könül, tərki-nəsihət eyladim, avarə bol.Yüz bəla yetməz ki, mən həm bir bəla boldum sana”.
Qibləgahim, taği-əbruyi-həbibimdür müdam,Səcdə qılğac altıda kölgəm rəqibimdür müdam.Ğəbğəbü sibim xəyalı, sibu narimdür müdam,“Cami-Cəm birlə Xızr suyu nəsibimdür müdam.Saqiya, ta tərki-cah eylab gəda boldum sana”.
Al yanağın görsədüb könlümni alıb saxladın,Rişteyi-canum yüzüb hicr ilə ağrım bağladın.Mən vəfavü mehr, sən cövrü cəfadən soyladın,“Mən qaçan dedin fəda qılğıl, mana cövr eyladın,Sən qaçan dedin fəda bolğıl mana, boldum sana”.
Ey ləbin abi-həyatü gözlərin cadusifət,Ğəbğəbin baği-cəmalın içrə dəstənbusifət,Mən ki, yüzlandım bəla səhrasına ahusifət,“Qay pəri peykarə dersən tilbə boldun busifət,Ey pəri peykər, nə qılsan qıl mana, boldum sana”.Hər necə kim, istadım bu nilgun ovraqara,Kişvəri tək tapmadım bir namurad üşşaqara.Ney təki nalan bolub gəzdüm xamu afaqara,“Ğüssə cəngidən Nəvayi, tapmadım üşşaqaraTa Nəvayi tək əsirü binəva boldum sana”.
Kitabxana.az · https://kitabxana.az/ru/works/kisveri-ey-gozeller-padisahi-ta-geda-boldum-sana
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vəh ki, rüsvalıq bilə əfsanə boldum aqibət,Bisərü samanlara həmxanə boldum aqibət.
Vəh ki, mən biçarəni biçarə qıldın aqibətVəh ki, mən biçarəni biçarə qıldın aqibət,Dərbədər salıb məni avarə qıldın aqibət.
Yüzün sübhi-kəramətdür, kəramətYüzün sübhi-kəramətdür, kəramət,Saçın şami-qiyamətdür, qiyamət.
Ey çəkib şaxi-sənubər tək qədü bala, yigitEy çəkib şaxi-sənubər tək qədü bala, yigit,Arizün firdovs bağında güli rə’na, yigit.
Стихи других поэтов · О любви
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
SevdiyimRuşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.
Qəzəl: Şanənin qəsdi nədir çəkməz əlin birçəkdənŞanənin qəsdi nədir çəkməz əlin birçəkdən,Mən kimi aşiq olub zülfə məgər görcəkdən