Əya sənəm, necəsən, xoşmusan, səfacəmisən?
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Əya sənəm, necəsən, xoşmusan, səfacəmisən?Güli-İrəm, necəsən, xoşmusan, səfacəmisən?
Xoş ol zaman ki, yetim yoldun, əyağım öpəm,Sana deyəm, necəsən, xoşmusan, səfacəmisən?
Gəhi deyəm necədür xatiri-mübarəkiniz,Gəhi sorəm necəsən, xoşmusan, səfacəmisən?Gəl ey iki gözümün mərdümi ki, bir saət,Səni görəm necəsən, xoşmusan, səfacəmisən?
Şikəstə Kişvəridən sor ki, ey fərağımdan,Çəkib ələm, necəsən, xoşmusan, səfacəmisən?
Kitabxana.az · https://kitabxana.az/ru/works/kisveri-eya-senem-necesen-xosmusan-sefacemisen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey saçı sünbül, yüzi dadə, gözi ahubərə,Boldu sənsiz ruzigarım tirəvü bəxtim qarə.
Vəh ki, sənsiz həmdəmi-ahü fəğan boldum yenəVəh ki, sənsiz həmdəmi-ahü fəğan boldum yenə,Bidilü bidilbərü bixanüman boldum yenə.
Eşq əlindən tabi-cani-natəvanım qalmadıEşq əlindən tabi-cani-natəvanım qalmadı,Necə pünhan saxlayam dərdüni canım qalmadı.
Səndən ayru ölməgim guya ki, təqdir olmadıSəndən ayru ölməgim guya ki, təqdir olmadı,Yoxsa can verməkdə məndən hiç təqsir olmadı.