Gəldi ol gün kim, cünun əhlinə həmdəm bolğamən,Namü nəngi tərk edüb rüsvayi-aləm bolğamən.

Sən mana qeyd olmasan, ey ruhi-qüdsi vəqt idiKim, çıxıb həmsöhbəti-İsiyyi-Məryəm bolğamən.

Eylə vəhşilər bilə yox ülfətim kim, sə’y edib,Hərzəgu vaiz kəlamı birlə adəm bolğamən.

Əhd qıldım kim, yapım meyxanələr xeyrat içün,Mən gəda gər nagəhan bir gün müəzzəm bolğamən.

Vəh ki, keçdi ruzigarim səndən ayru ğəm bilə,Olmadı bir gün ki, vəslin birlə xürrəm bolğamən.

Макта — последний бейт с тахаллусом поэта. Deb imişsən Kişvəri divanə bolmaz, nə əcəb,Ey pəri, bir-iki gün qatlan ki, ol həm bolğamən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов