Ol ki, can sərməsti-çeşmi-pürxumaridür anun,
Natəvan könlüm mənim lağər şikaridür anun.

Xuşə-xuşə sünbüli-səhrayi-Çindür saçları,
Dəstə-dəstə laleyi-cənnət üzaridür anun.
Mümkün olmaz çün sana, ey dil, anunla dustluq,
Bir kişiylən dost ol kim, dustidaridür anun.

Eşq yolunun bəlası çox, vəli hər kim ki, ol
Eşq ilən girdi bu yola Tanrı yaridür anun.

Nə ki, mən tənha giriftarəm qədü balasinə
Adəmi-xaki mənim tək xakisaridür anun.

Ləblərün dövründə gördü xəti-səbz anun çün,
Xəlqara çıxmaz Xızr kim, şərmisaridür anun.

Həsrətindən qanlu könlündən çəkər qul Kişvəri
Ahlar kim yedi1 duzəx bir şəraridür anun.


1 Yeddi

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов