Şəm’ tək könlüm yanar yüzin görüb cananənin,Şəm’idən hasil həmin yanmaqdurur pərvanənin.

Dil uzatdı həlqeyi-zülfi-pərişanın sarı,Şax-şax anın içün boldi zəbani şanənin.

Pəs ki qan səpdi gözüm hər yan dərü divarinə,Şərmisarəm yüzidən bu külbeyi-viranənin.

Sən gedəndən bərlü çeşmim xanəyi-tarik irür,Lacərəm yanmaz çirağı heç əyasız xanənin.

Макта — последний бейт с тахаллусом поэта. Kişvəri iki cahan nəqdün verür vəslin içün,Gərçi yoxdur qiyməti sən gövhəri-yekdanənin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви