Türkinin kim, qəsdi cani-natəvan qılmaqdadur,Qoymagil kim, məst olub hər guşə qan qılmaqdadur.

Qanlu könlüm bir güli-rə’nayə aşiqdür, vəliĞönçə tək qandur bu dərd eldən nihan qılmaqdadur.

Bilməzəm kim, neylədim ol bivəfa həqqinə kim,Necə yaxşılıq qılurmən qəsdi-can qılmaqdadur.

Qaşların yayını dartar xəstə canlani görüb,Ol hərami tək ki, qəsdi-karivan qılmaqdadur.Gər səba qıldı pərişan zülfini qayırma kim,Ənbəri-tərdən yüzünə sayəban qılmaqdadur.

Çün gedir təndən könül əfğan qılursa qılma eybKim, əziz mehmanı evdən ol rəvan qılmaqdadur.

Xanüman fikrindədürlər ruzü şəb xəlqi-cəhan,Kişvəriyi-xəstə tərki-xanüman qılmaqdadur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви