Vəh ki, dönsəydi mana ruzi-cavani bir dəxi,Yüz vereydi Xızrə abi-zindəgani bir dəxi,Yarlıq qılsaydı feyzi-asimani bir dəxiKim, göreydim şol məhi-namehribani bir dəxi.Kövkəbi-bəxtim çıxaydı nagəhani bir dəxi.

Gözlərüm gər bir gecə olsaydı xabi-vəsl ilə,Pərvəriş tapsaydı nəxli-ömrüm abi-vəsl ilə,Könlüm olsaydı münəvvər afitabi-vəsl ilə,Bu sarığ yüzüm qızarsaydı şərabi-vəsl ilə,Qılsam irdi lə’lgun bu kəhrəbanı bir dəxi.

Daği-eşqini qoyub mən sineyi-əfkarara,Gənci əndaq kim, qoyarlar el pozuq divarara,Arizin nəqşi qalubdur dideyi-xunbarara,Olamı, ey qönçeyi-xəndan ki, bu gülzarara,Lalə tək köynək qəbayi-ərğəvanı bir dəxi.

Ey cəmalın pərtövi, xurşidi-aləmtab tək,Qəmzən oxundan axar qan xəncəri-qəssab tək,Yaş tökərlər gözlərim hər guşədə dulab tək,Bu ümid ilən bolubdur qamətim qüllab təkKim, kəmər tək qucqay ol nazik miyanı bir dəxi.Xızri-fərruxpey xanı kim bolsə irdi rəhbərim,Məşriqi-iqbalidən bolğay tülu’i-əxtərim,Həsrətindən necə xundil suzi çeşmi-tərim,Giryədən kor olmasaydı görməyincə gözlərim,Başun üzrə sayeyi-taci-Kəyanı bir dəxi.

Səfheyi-dövlət döşənsə yüz tuman zivər bilə,Məclisi-işrət qurulsa lə’lgun sağər bilə,Pərdeyi-izzət asılsə türlü simü zər bilə,Hicleyi-həşmət həman bağlansa ziynətlər bilə,Cilvəgər bulğay ərusi-kamiranı bir dəxi.

Tale’i-bərgəştə bir dəxi qılaydı sərvəri,Kim, cila tapsaydı şol ayineyi-İskəndəri,Şö’lə çəksəydi çirağı tudeyi-Bayənduri,Vəh nə ləzzət tapğay ol saət qələndər KişvəriKim, görünsə rayəti-Yəqubi-xanı bir dəxi.

Vəh ki, həddən aşdı ol nazik nəhalın nazişi,Gərçi yeksandır mənə andan xoşivü naxoşi,Gözlərimdən görmədim xuni-dilinun axışi,Ol pərivəşnin mənə yoxdur inayət baxışi,Ya mənüm şum taleimdir, ya fələknin gərdişi.

Ol Məsihi-ənfas heç verməzmən bimarnı,Böyləmolur dostluq mundaq görərlər yarnı,İstərəm yarə qılam dərdi-dilim izharını,Vardıram kuyinəvü görmənanın ruxsarını,Ya mənim şum taleimdir, ya fələknin gərdişi.

Necə təqribsiz kuyinə hər dəm varəyimKim, nə demiş yar yarəb, xəlq dilin arəyim,Eşigində xar olub xəlqə necə yalvarəyim,Kimsə deməz bu fəqiri qayğudən qurtarəyim,Ya mənim şum taleimdir, ya fələknin gərdişi.Bir gecə yox könlümün kim, naleyi-şəbgiri yox,Gərçi ol namehribanə zərrəcə tə’siri yox,Əbri-ehsanı anun heç kimsəyə təqsiri yox,Hər necə dedim ona, dərdi-dilim tədbiri yox,Ya mənim şum taleimdir, ya fələknin gərdişi.

Xosrovi kim hökmi-fərmanında gərdun rəxşidir,Lütfü ehsanı firavan, hüsni-xülqi yəxşidir,Gərçi daim peşəsi xurşid tək zərbəxşidir,Heç buyurmaz kim, bu dəxi Kişvərinin bəxşidir,Ya mənim şum taleimdir, ya fələknin gərdişi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе