Страница 2 из 2 · 50%

Bir nəzmində belə bir əhval söyləyir: Gürcü xatınlarından birisi üç nəfər oğlunu vətən mühafizəsi üçün davaya göndərib, artıq iztirab ilə onlardan xəbər gözləyir. Bu əsnada xəbərçi gəlir, qeyrətkeş arvad mətanəti-qəlb ilə ondan təvəqqe edir ki, heç bir şeyi gizlətməyib, ona dürüst xəbər versin.

Müxbir ahi-cansuz ilə cavab verir ki, sənə qara xəbər gətirmişəm. Arvad artıq söyləməyə macal verməyib deyir: "Bu barədə danışma, söylə görüm hansı tərəf qalib oldu, vətənimiz salamatdırmı, yoxsa düşmən əlinə düşübdür. Xəbərçi ona təsəlli verib deyir: "Qorxma xanım, gürcülərin qılıncı kəskindir və hünəri artıq. Biz düşmənə qalib gəldik".

Bunu eşitcək arvad allaha şükür edir və oğlanlarından xəbər tutur. Xəbərçi onun böyük və kiçik oğlunun vətən uğrunda qətlə yetişməyini xəbər verdikdə gözlərindən iki damla yaş salıb deyir: "Mən onları vətəni mühafizə etmək üçün bəsləmişdim. Bəs ortancıl oğlum qardaşlarının intiqamını aldımı?"--deyib sorduqda xəbərçi deyir: "Xeyr, xanım, bu barədə sənə təsəlli verməkdə acizəm. Ortancıl oğlun düşmənin hücumundan qorxub qaçdı, qardaşları qan tökən zaman o meşədə yarpaqlar altında gizlənmişdi". Bəşirin bu xəbəri biçarənin canına lərzə salır, uca səslə fəryad edib və saçlarını qum-qum dibindən qoparır, yaxasını çak qılıb, əmcəklərini əlinə alıb deyir: "Səni yox olasan ki, belə qorxaq oğul bəslədin və məni töhmət altında qoydun". Bizim xanımlar üçün şayani-ibrət bir haldır! Arvadların fədakarlığı və vətən yolunda izhar etdikləri hünər və sədaqət hər əsr və zamanda gürcülər üçün mayeyi-fəxr olub, ədibləri onların barəsində gözəl nağıl və hekayələr tərtib etmişlər. Onlardan birisi də Akaki cənablarının "Natela" ismində nəzm etdiyi hekayədir: Gözəl Natela ağ rəngdə bir çuxa tikibdir və elam edibdir ki, o çuxanı geyən xoşbəxt o kəs olacaqdır. Hansı ki, onu düşmənin qanı ilə əlvan və qırmızı boyayacaqdır və sakin olduğu qəsrin ətrafında yüz iyirmi paya sancıbdır. Hansı igid yüz iyirmi düşmən kəlləsi gətirib payaların başına sanca, Natela canını və cismini ona təslim edəcəkdir. Minqrel knyazlarından rəşid və nəcib Sotne Dadiani qaniçici nazəninə toy sövqatı üçün yüz iyirmi düşmən kəlləsi gətirir. Amma toy başlananda Natela nişanlısına təklif edir ki, öz dost-aşnaları ilə gedib, Kartaliniyanı (Gürcüstanın şərq tərəfini) monqolların zülmündən xilas eləsin və illa toy olmayacaqdır. Bu təklifi toya cəm olan cavanlar qəbul edib, şövq ilə monqollar üstə azim olurlar. Bunların qəsdini monqollar duyub, çoxlarını tələf edir və knyaz Dadiani yoldaşları ilə əsir düşür. Monqol padşahı Noinin fərmanı ilə knyazları çıplaq soyundurub ağaclara sarıyırlar və bədənlərinə bal sürtürlər ki, günün qabağında hər qisim həşərat onların qanını sorsun. Noin işrətdə ikən ona xəbər verirlər ki, bir arvad onu görmək istəyir. Arvad hüzura gəldikdə dəfətən üzündən rübəndini açıb yerə atır və cümləni gözəlliyi ilə heyran edir. Bu övrət knyaginya Natela imiş. Noinin işarəsi ilə hüzurda olanlar dışarı çıxır və özü taxtdan düşüb Natelaya tərəf hərəkət edir. Natela libasının altında gizlədiyi xəncəri çəkib hökm edir ki, yerindən tərpənməsin. Noin heyrətdə qalıb başlayır ona yalvarmağa və padşahlığının yarısını, mal və dövlətini ona vədə edir, hətta ona qul olmağı iqrar edir, ta ki, xahişini əmələ gətirsin, ona arvad olsun. Natela cümləsini rədd eləyib deyir: Mən özüm də sənin kimi padşaham, heç bir şeyə ehtiyacım yoxdur. Mən səndən təvəqqe edirəm ki, nişanlımı öz adamları ilə xilas edəsən. Noin ünas əhlindən əvvəlinci dəfə belə mərdanəliyi, rəşadət və cəladəti və ali hissiyyatı müşahidə etdikdə o, valeh və məbhut olur, bir az fikrə gedib onun dəruni aləmində bir təbəddülat vüquə gəlir. Dərhal sui-qəsdindən daşınıb, knyaz Dadiani ilə sağ qalmış yoldaşlarını xilas edir və rəşid Natela ilə Gürcüstan barəsində sülh bağlayıb Gürcüstandan çıxır.

Bu hekayənin az-çox əsli olmağı Gürcüstan tarixindən görünür. Knyaz Seretelinin bundan əlavə hübbi-vətən babində tarixdən əxz olunmuş hətta mütəəssir tragediyaları vardır ki, onda Gürcüstan arvadlarının fədakarlığı ədibanə yazılmışdır.

Onlardan məşhur "İraqli dövvüm" ("Patara qaxi"), "Tamara", "Medeya" və qeyriləridir. Dramdan savayı Akaki cənabları bir çox komediya dəxi yazmışdır ki, cümləsində gürcülərin məişətini artıq məharətlə göstəribdir və mərhum Mirzə Fətəli Axundovun komediyalarından məşhur "Xan sərabi"ni türkdən gürcü dilinə tərcümə etmişdir və bir çox romanlar, povestlər, hekayə və nağıllar vasitəsilə Gürcüstanın keçmişdəki və indiki halı ilə öz millətini xəbərdar etmişdir. Onların təmamisi ilə oxucuları aşna etmək qeyri-mümkündür. Onlardan nümunə üçün abxazların dolanacağından "Mürəbbi" ünvanı ilə yazdığı bir hekayənin məzmununu burada zikr etməyi münasib gördük. Bir halda ki, bu hekayənin təlim və tərbiyə məsələsində artıq əhəmiyyəti vardır.

Abxaziyada olan uca dağların birisinin başında cavan bir abxazlının evi qaralırdı. Burada cavan abxazlı gözəl və istəkli Nazibrola adlı yarı ilə dünyanın qayğısını unudub işrət edirdilər. Soyuq və boranlı bir gecədə məzkur abxazlının süd qardaşı qabardalı Səfər bəy ona qonaq olur. Yorulmuş müsafir qardaşının yanına bir işdən ötrü gəlibdir. Onun ürəyi eşq odu ilə alışıb yanır, çoxdandır gözəl Ziya xanıma aşiq olubdur, amma məzurə Ziya xanım ona təklif edir ki, Əlməqsudun kəhər atını oğurlasın və illa ona getməyəcəkdir. Əlməqsudun kəhər atı isə cəmi Abxaziyada adı ilə söylənir və hamı ona aşiqdir. Sahibi-xanə qardaşının sözlərini eşidib, onu bu xətalı səfərdən mən edir, amma qardaşının xatirəsi üçün bu çətin əmri öz öhdəsinə götürür.

Məğrib səmtində hələ ulduzlar göy üzündə sayrışırdı ki, rəşid abxazlı yedəyində kəhər at dar və qorxulu cığır ilə dağ başına, öz xanəsinə tərəf dırmaşırdı. Süd qardaşı yapıncı altında xabda idi. Amma onun istəkli yarı Nazibrola üzü-gözü qanlı, yaxası parçalanmış, zülfləri pərişan halda gözlərindən yaş tökürdü, rəxtxab isə dağınıq və pərişan halda idi.

Nə iş vaqe olduğunu abxazlı dəfətən anladı, ürəyi sıxıldı, başı ağırlaşıb bilaixtiyar yerə yıxıldı. Arvadın həzin səs ilə ağlamağı, qəm və qüssəsi bir dəqiqə onun ixtiyarını aldısa da, yenə abxazlı özünü toxdadıb, arvadının əlindən tutub dedi: "Mənim əzizim, ağlama, o bir yuxu idi, onu yadından çıxart. Sən günahdan paksan. Yenə bizim pakizə və müqəddəs məhəbbətimiz ulduz kimi saf və baqi qalacaqdır". Bu sözlərdən sonra onun üzündən öpüb, ürəyini sakit elədi.

Sonradan namusuna toxunan Səfəri mülatifətlə yuxudan oyadır. Səfər süd qardaşını adəti halında görüb xof və əndişədən çıxır və belə güman eləyir ki, arvad vaqiəni ərindən məxfi saxlayıbdır.

Abxazlı qardaşına güləş üzlə deyir: "Xahişini əmələ gətirdim. İstədiyin kəhər at səni gözləyir, tez ol yola rəvan ol, daha da artıq səni yanımda saxlardım, amma bilirəm ki, əziz yarının vüsalına tələsirsən".

Sonradan qonağa əl-üzünü yumağa su, yeməyə xörək verib … onunla bahəm dağın ətəyinə enir. Burada qonağa vida etdikdə ütab ilə ona deyir: "Səfər bəy! Sənin bəd əməlin və alçaqlığın mənə məlumdur. Sən mənim irzimə və namusuma toxundun. Bu fənalığı söyləməyə dilim qadir deyil. Bu fəna yaddan çıxmaz və əfv olunmaz. Öz yolunla get, bir də mənim gözümə sataşma, bu ləkəni ancaq qan ilə yumaq olar".

Bu sözləri eşitdikdə Səfər bəy titrədi və rəngi ağardı, ahəstə qardaşına dedi: "Doğru deyirsən, müqəssirəm, deməyə bir sözüm yoxdur. Şeytan məni günah əmələ saldı, mən sənin kəmtərin qulunam, rəhm elə, başımı cəsədimdən ayır".

"--Yox, sənə mənim əlim dəyməz, sən mənim anamın döşünü əmmisən, çəkil kənara, babalarımızın müqəddəs adətini pozmaqda mütəssir sən deyilsən. Vətəninə müraciət etdikdə öz müəllim və mürəbbilərinin hüzuruna gedib, mərdanəliyini ona söyləməyi səndən iltica edirəm. Hər qisim tənbeh o sənə qərar etsə, ona tabe ol!".

Səfər bəy pərişanhal və qəmgin vətəninə varid oldu və öz mürəbbisi alim və möhtərəm Hacı Yusifin hüzuruna gəlib, tamam əhvalatı ona söylədi. Bu söylədikcə Hacı Yusifin üzü bulud kimi qaralıb tutqun olurdu. Axırda güclə nəfəs alıb soruşdu: "Bəs sonra nə oldu, səninlə necə rəftar elədi, sənə nə dedi?".

Səfər bəy cavab verdi ki: "O məni əfv elədi süd qardaşlığı cəhətinə, amma məndən söz aldı ki, sənin hüzuruna gəlib təqsirimi ərz eləyim və hər əmr səndən sadir olsa, ona əməl edəm". "Aha! Düşünürəm, belə bir böyük günahın cəzası qandır, bunu ancaq qan ilə təmizləmək olar, başqa bir çarə yoxdur!" Belə deyib tapancanın çaxmağını qalxızdı. Səfər bəy döşünü qabağa tutub qəzasına razı oldu. Hacı Yusif onu rədd edib dedi: "Yox, ölümə layiq sən deyilsən. Sənin mürəbbindir ki, sənə tərbiyə verməkdə böyük qüsur göstəribdir". Bu halda tapanca açılır və Hacı Yusifin ruhsuz qəlbi yerə sərilir və alnından nazik qan çeşməsi açılır….

Müəllim və mürəbbilərə nə gözəl ibrətdir!

Bu misallı təlim və tərbiyəyə və yeniyetmə cavan nəslin təhzibi-əxlaqına dair Sereteli cənablarının daha çox bərgüzidə əsərləri vardır ki, təmamisini qəzetə sütunlarında zikr etməyə yer yoxdur. Bu axır vaxtlarda knyaz Akaki "Müsəlman qardaşlarıma" sərlövhəsində yazdığı bir şerində müsəlmanların qəflətdən ayılmağını müşahidə edib, onları təbrik, ülum və fənnin təhsilinə təşviq, ittihad və ittifaqa tərğib edib deyir: "Çox çəkməz ki, sizi zəif, bacarıqsız və elmsiz bilənlərdən siz qüvvətli, bacarıqlı və elmli olarsınız…." Heyfa ki, Akakinin bu təbriknaməsini ələ gətirə bilmədik ki, tərcüməsini eyni ilə burada yaza idik. Sereteli cənablarını cümlə müsəlman ədibləri və şairləri tərəfindən təbrik edib, Gürcüstanın fəxri üçün daha da çox yaşamaqlarını səmimi qəlbdən arzu və təmənna edirik.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ağaməsih Şirvani

Ağaməsih Şirvani Mustafa xanın zəmani-hökumətinin ibtidasında Şirvanda olurmuş, özü də kamil bir vücud imiş; təbi-şeriyyəsi də var imiş. Ağaməsihin nəslindən indi də Şamaxıda vardırlar. Belə ki, möhtərəm ədibimiz Sultan Məcid Qənizadənin mərhum şair dördüncü babası hesab olunur.Ağaməsih Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin müasiri olduğuna görə, əşar və tərzi-kəlamı onlarınkına artıq dərəcədə bənzəyir. Məşhur qövlə görə, Ağaməsih hicrətin on üçüncü əsrinin ibtidasında İranda vəfat etmişdir. Mirzə Yusif Qarabağinin məcmuəsində Ağaməsih Şirvaninin kəlamından bir müxəmməs və bir müəşşər təb olunmuşdur və bunlardan əlavə Zaqafqaz müftisi Hüseyn əfəndi Qaibov həzrətlərinin "Məcmuə"sində Ağaməsihin bəzi kəlamı yazılıbdır. Onlardan nümunə üçün bir neçəsi burada zikr olunur.

19256 мин
Asəf Şirvani

Asəfin aşağıda yazılan qəzəllərindən onun xoştəb zə şirinkəlam bir şair olduğu anlaşılır.Qəzəli-Asəf Şirvani:

19251 мин
Ağaismayıl Zəbih

Ağaismayıl Zəbih Gəncənin adlı şairlərindən birisi hesab olunur. Ağaismayıl "Zəbih" təxəllüsünü götürməkliyə səbəb Həzrət İsmayıl ilə bir isimdə (adaş) olmağıdır. Çün Həzrət İsmayıl həqq-taalanın əmri ilə Mina dağına atası İbrahim Xəlilullah tərəfindən zibh olunmaq üçün aparılmışdı, o münasibətlə Ağaismayıl dəxi özü üçün "Zəbih" təxəllüsünü intixab etmişdir.Zəbih mühacirətən xeyli müddət Təbrizdə iqamət edib, orada ticarət əmrinə məşğul olarmış və bir vaxtı orada tacirbaşılıq mənsəbinə dəxi yetişibdir. Dünyagörmüş və işaşıran bir vücud imiş. Bəzi rəvayətə görə, sonradan yenə Gəncəyə müraciət edib və burada hicrətin 1285-ci ili təxminən 70 yaşında vəfat edibdir. Amma səhihi budur ki, mərhum Ağaismayıl vətəninə müraciət etməyib, Təbriz şəhərində vəfat edibdir.

192513 мин
Cəfərqulu xan "Nəva" təxəllüs

Mərhum Cəfərqulu xan İbrahim xanın böyük fərzəndi Məhəmmədhəsən ağanın oğludur. Məhəmmədhəsən ağa isə ziyadə nəcib, fərasətli və ləyaqətli bir şəxs imiş. İbrahim xan onun xatirini əziz tutarmış və özünə onu vəliəhd təyin edibmiş. Vəli İbrahim xan hənuz sağ ikən oğlu Məhəmmədhəsən ağa dari-üqbayə rehlət buyurdu və İbrahim xan general Tesvidayevin vasitəsilə Rus imperatoruna yazıb, kiçik oğlu Mehdiqulu xanı ondan sonra varis təsdiq etmək fərmanını xahişmənd olmuşdu və tarixi-islamiyyənin 1221-ci sənəsində--ki, tarixi-məsihiyyənin 1806-cı sənəsinə mütabiqdir,--Mehdiqulu xan imperator fərmanı ilə külli-Qarabağ xanlığına İbrahim xandan sonra hakim təyin olundu.Məlum olsun ki, Cəfərqulu xan babası İbrahim xanın hali-həyatından aşikarən varislik iddiası etmirdisə də, amma qəlbində bu arzu və başında Qarabağa hakim olmaq fikri var idi. Zəmani ki, imperatorun fövqdə zikr olunan fərmanı yetişdi, Cəfərqulu xan məyus və mükəddər oldu və o vaxtdan sonra onunla əmisi Mehdiqulu xanın arasında həmişəlik bir küdurət və ədavət vüqua gəldi və Cəfərqulu xan çox hiylə və dəsisələr və pürfəsad tədbirlər işlətdisə də, nəticəbəxş olmadı və bəlkə özü müttəhim olub "gözdustağı" halında Petroqrada aparıldı və orada bir müddət qalandan sonra generallıq çini alıb Qarabağa müraciət elədi.

192512 мин

Стихи других поэтов