Milli bayram
Budur, beş-altı aydır ki, hörmətli qonşumuz gürcü milləti artıq ciddi-cəhd, şövq və həvəslə böyük bir milli bayramlarının icrasına hazırlaşmaqdadırlar. Bu bayrama, demək olur ki, tamam millət hazırlaşır. Böyük, kiçik, arvad, kişi, xəvass və avam, müəllim və şagird, hər bir sinif və firqə, hətta mehmanxanalar və traktirlərdə qulluq edən lakeylər də milli bayramlarına hazırlaşmaqdadırlar. Bu bayram gürcülərin məşhur şairi Akaki Seretelinin əlli sənəlik yubileyidir ki, bu dekabrın 7-də artıq cəlal və təntənə ilə Gürcüstanın hər yerində icra olunacaqdır. O vaxt biz də "Tərəqqi"nin möhtərəm oxucularına cənab Seretelinin tərcümeyi-halından və asari-qələmiyyəsindən icmalən məlumat verərik. Burada ancaq gürcülərin bu ittihad və ittifaqı bizi bir yandan şad edib, bir yandan mütəəllim etməklə və dərin fikirlərə salmaqla qareini-girami aşna etmək istəyirik.
Əlli sənə millətə xidmət eləmək, onun ürəyində gözəl və pakizə hissiyyatın doğub nəşv-nüma tapmasına səbəb olmaq, millətin keçəcək və istiqbalını, nicat və səadətini şairanə və ədibanə nəzmə çəkmək, əbnayi-millətin təlim və tərbiyəsinə, ruhani məişətinə qulluq eləmək, əlbəttə, böyük hünərdir. Əlli sənə millət balalarının beşiyini yırğalayıb onlara layla çalmaq, gözəl nağıllar demək, millət analarının qəlbində məhəbbət toxumu saçıb o məhəbbətlə Gürcüstanın yaralarını sağaltmağı mühəyya etmək, millət cavanlarının ürəyində qeyrət və fədakarlıq hissiyyatına pərvəriş vermək, millət əkinçilərinin ağır zəhmətini gözəl mahnılar ilə yüngülləşdirmək, əlbəttə, böyük və əvəzsiz qulluqlardır ki, bunların müqabilində nə qədər hörmət və ehtiram olunsa yenə də azdır. Bu qədər vəsfə gəlməyən xidmətlərin əvəzində hər bir maddi müavinət və ehsanatdan, hər qisim töhfə və hədiyyələrdən ziyadə şairi xoşhal və səadətmənd edən bir şey varsa o da millətin məhəbbətidir. Sereteli cənablarını bu bimisl səmimi və mənəvi töhfə ilə biz təbrik edə bilərik. Doğrudan da gürcü camaatının ürəyi şairə nisbət məhəbbət hissi ilə doludur necə ki, gürcü milləti sağ və salamatdır, onun adı dəxi xəyal ilə zində və baqi qalacaqdır. Budur, qonşularımızın hal-həyatda olan şair və ədibləri haqqında etdiyi ifayi-məhəbbət və müvəddət və izhari-sədaqət və xlusiyyət! İndi keçək ölmüş ədiblərinin üstə.
Keçən sənədə sentyabrın 7-də knyaz İlya Çavçavadzenin təşyiyi-cənazəsində olub, gürcülərin mütəvəffi ədiblərinə göstərdiyi ehtiramı da gördük. Bu qisim ehtiramı və bu sayaq təziyədarlığı, belə ittihad və ittifaqı bu vaxta kimi biz bir kəsin haqqında görməmişdik. Cəmi Gürcüstan, demək olardı ki, böyük bir hüzn və qəmə, intəhasız bir yasa düçar olub öz şairlərinin cəsədi ilə belə ruhani zindəganlıqlarının mayəsini hazırlaşdırdılar ki, qara torpağın altında dəfn etsinlər. Gürcüstanın hər yerindən: uzaq və uca dağlarından, dərin dərələrindən və qalın meşələrindən deputatlar Tiflis şəhərinə cəm olub, hər biri bir növlə izhari-təəssüf və zar-təzərrö edirdilər. Əkinçidən tutmuş ərbabi-qələmə kimi, rəiyyətdən knyazlaracan, fəqir-füqəradan sərvət və dövlət əhlinədək, hər qisim sənətkar və əsnaflardan, şagirdlərdən, müəllimlərdən, qara camaatdan, ruhanilərdən, müəllimə və mütəəllimələrdən, hər bir firqə və partiyalardan, sahibi-mənsəblərdən, mütəəddid dəftərxana çinovniklərindən iki yüzəcən venoklar mühəyya olunub, hər firqənin vəkili öz venokunu məhzun və qəmgin bir halət üzrə təşyiyi-cənazədə apardılar. Gürcü qəzetə və jurnalları başdan ayağa hüznavər və ənduhsirişt məqalələrlə dolmuş idi. Hər yazıçı bir dil ilə, hər şair bir növhə və təranə ilə yetmiş sinnində məqtul olunmuş ədiblərini oxşayırdı....
Aya, biz Azərbaycan türklərinin sereteliləri və çavçavadzeləri olmayıbdırmı? Bizim milli şairlərimiz ərseyi-dünyaya gəlməyibdirmi? Aya, bizlər belə möhtərəm şəxslərin vücudundan məhrummu qalmışıq? Bu suallara cavab verib deyə bilərik ki, bizim də çox böyük, müqtədir və xoştəb milli şairlərimiz olubdur və lakin mətəəssüf onların qədir və qiyməti nə öz vaxtlarında və nə bu halda bilinməyibdir. Bu vaxtadək nə Qasımbəy Zakirin və nə Hacı Seyid Əzim Şirvaninin tərcümeyi-halları və əşari-asarı kamalınca öyrənilməyibdir. Bu qəflət və kəmetinalıq bizim hala cəhalət və kəsalət içrə yaşayıb qalmağımıza böyük bir sübutdur. İndiyə kimi Qasımbəy Zakirin əsərlərindən Adolf Berjenin Leypsiqdə təb olunmuş məcmuəsinə daxil olan nəviştəcat və bəzi qəzəliyyatdan başqa birisi də çap olunmayıbdır. Hacı Seyid Əzimin əsərlərindən bir parası çap olunubsa da, bir çoxu dəxi təb və nəşr olunmayıbdır. Çap olunanları dəxi xeyli biqayda və bisəliqə tərtib olunubdur.
Əsla lüzumiyyəti olmayan və təqazayi-zəmanayə müvafiq gəlməyən əsərlər məcmuəyə daxil olduğu [halda], ziyadə əhəmiyyətli və lazımlıları unudulub kitaba salınmayıbdır. Nəstəliq xətti ilə Ünsizadənin mətbəəsində çap olunmuş kitabda həddən ziyadə səhv və qələtlər vardır, kitabın kağızı alçaq və cod olmağa görə bəzi yerləri bir sayaq qarışıq və bulaşıq xətlə çap olubdur ki, düz oxunması savad əhlinə dəxi müyəssər deyil. Budur bizim əvvəlinci şairimizin, milli ədibimizin və mayeyi-fəxrimiz olan Seyidin əsərlərinə və ya digərlərinə olan hörmət və ehtiram. Bizim yəqinimizdir ki, əgər Hacı Seyid Əzim kimi şair, Avropa əhlini hələ kənarda qoyaq, bizim qonşularımız erməni və gürcü tayfalarının içində vücuda gəlmiş olsa idi, onun əsərləri kərrat ilə çapdan çıxıb, oxucular arasında bir dərəcədə intişar bulmuşdu ki, uşaqdan böyüyə kimi cümləsi onları oxuyub əksəriyyəti əzbərdən bilərdilər.
Budur, beş ildən ziyadədir ki, biz fəqir milli şairlərimizin tərcümeyi-hallarına dair əhvalat yığmağa çalışırıq, kifayətincə məlumat cəm etmək bacarmadıq. Hacı Seyid Əzimin, Abdulla bəy Asinin və mərhum Mirzə Fətəli Axundovun vəfatlarına gəldikdə bunların haqqında izhar olunan bietinalığı və bir dərəcədə biədəbliyi dilə gətirməsək yaxşıdır.... Ancaq mayeyi-təsəllimiz bu ola bilər ki, ədiblərimizin qədr və qiyməti öz vaxtlarında və bu halda bilinməsə də gələcəkdə qəflət yuxusundan ayılmış millətimizin zirək və qədrşünas balaları bilərlər və onların nam və şöhrətini uca məqama qalxızarlar və bu unudulmuş əsərlərini intişar etməklə adlarını zində qılarlar. Çünki bizim şüəra cismən ölüb fövt olublarsa da, ruhən və mənən həlak olmayıblar.
Farsların Sədi və Hafizi diri qalan kimi bizlərin də Zakiri, Seyidi, Nəbatisi, Saliki, Arifi, Fəqiri, Kamisi gərək diri qalsınlar.
Mərhum Hacı Seyid Əzimin bu beyti ki, onun qəbr daşına yazılıbdır, bizim arzunun gələcəkdə nəticə-bəxş olunmasına şəhadət verir:
Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim!
Əlbəttə, bizim də milli bayramımız olacaqdır!
Kitabxana.az · https://kitabxana.az/ru/works/kocerli-milli-bayram
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Necə ki, fövqdə zikr olundu, Kərbəlayı Səfi "Valeh" Canıoğlu Kərbəlayı Abdullanın və Baba bəyin müasiri imiş. O zamanın ürəfasından sayılan əhli-zövq və sahibi-təb bir vücud imiş. Məhəlli-təvəllüdü Gülablı qəryəsidir ki, ata-babasının əsl vətənidir.Gülablı kəndi Şuşa uyezdində dağ ətəyində basəfa və xoş mənzərəli bir yerdə təmir olunubdur. Əhalisi səlamət, əhli-keyfü damağ olub, günlərini eyşü-işrətdə keçirməyə mötad olmuşlar. Qarabağın aşıqları, neyçi və balabançıları, xanəndə və nəvazəndələri əksəriyyən Gülablıdan çıxıb, onun abü həvası ilə pərvəriş tapmışlar.
Mustafa ağa "Arif" təxəllüsMustafa ağa təvəllüd edibdir Qazax mahalının Şıxlı adlanan qəryəsində hicrətin 1188-ci ilində. Bir rəvayətə görə, Ağakazım ağa Salikin--ki, xoştəb bir şair imiş və tərcümeyi-halı aşağıda zikr olunacaqdır,--böyük qardaşı imiş. Amma bir qövl də budur ki, Mustafa ağa Salikin əmizadəsidir. Qazi Səidəddin əfəndinin deməyinə görə, səhih əvvəlki qövldür.Mərhum Mustafa ağa fars, türk və hətta rus lisanlarını yaxşı bilirmiş, özü də ziyadə dindar, qeyrətkeş və həqiqətdə arif və dana bir şəxs imiş. Vəli bu biçarə dəxi öz qeyrət və millətpərəstliyi ucundan çox bəlalar və müsibətlərə düçar olubdur. Belə ki, mərhum Mustafa ağa Şəmsəddinli Nəsib Sultan ilə dövlət nəzərində müttəhəm olub, zəval təriqi ilə Rusiyaya göndərilir və orada Kazan və bir rəvayətə görə, Xarkov şəhərində sakin olurmuş. Binəva Arif Rusiyada çox üsrət və zillət çəkir və axırda vətəni-məlufunun fəraqına, dost və əqrəbanın hicranına və düşmənlərin tən və şəmatətinə tab gətirə bilməyib, orada vəfat edir. Odur ki, Salik onun şənində demişdir:
Mehribanlı baba bəyMehribanlı Baba bəy İbn Canının müasiri olub, cümleyi-ürəfadan və xoştəb şüəradan birisi sayılırmış. Hər iki şair Zakirin həqiqi dostlarından olub, bir növ ona fünuni-şerdə ustadlıq etmişlər. Vəli onların meylü rəğbəti həcvguluğa olduğu halda, Zakirin həcvü həzl təriqi ilə söz söyləməyə artıq rəğbəti yox imiş. Əgərçi Zakirin də bir çox həcvə bənzər kəlamı vardır, amma onların əksəri ədibanə yazılmış kəlamlardır ki, öz mövqeində onlardan bəhs olunacaqdır. İbn Canının və Baba bəyin və başqalarının ədəbiyyatın həcv növünə göstərdiyi meylü həvəs, əlbəttə, bir illət və səbəbdən xali deyil.Çox ehtimal var ki, o zamanın şairləri qəzetə və jurnalın ədəmindən naşi öz müasirlərinin əxlaqını həcv demək ilə islah edərlərmiş. Hər halda çox təəssüflər olsun ki, Baba bəy və İbn Canı kimi müqtədir şairlər dünyadan bixəbər və Avropa ülumundan bisəmər olub gözəl təblərini həcvguluğa və latayil söyləməyə sərf ediblər. Baba bəyin vəfatı Zakirə ziyadə təsir edib onu pərişanhal etmişdir və Zakir ustadının maddeyi-tarixini aşağıda dərc olunan cigərsuz şerlərlə izhar qılmışdır:
Məhəmməd bəy Cavanşir "Aşiq" təxəllüsMəhəmməd bəy vələdi-Behbud bəy-Zəngilani "Aşiq" təxəllüs Aşıq Pərinin aşiqlərindən birisidir. Ziyadə qeyrətli, vəfadar və sahibi-kəmal bir vucud imiş. Dindar və həqq tərəfdarı olduğu üçün müasirləri arasında hörmət və izzəti çox imiş. Bununla belə düşmənləri də az deyilmiş. Belə ki, Rus dövləti Qarabağ xanlığının bir çox nöqtələrini təhti-təsərrüfünə götürdükdən sonra Zəngəzur mahalını dəxi zəbt etdi. Bu əsnada bəzi şurişlər o mahalda vuqua gəldi. Məhəmməd bəyin düşmənləri bu hadisədən nəfbərdar olub, onu dövlət nəzərində müttəhim qıldılar və ricali-dövlət dəxi onun haqqında söylənilən iftira və böhtanları təhqiq et[mə]miş, onu vətənindən çıxarıb Ordubad şəhərinə göndərilməsinə əmr verdi və o məkanda miladın 1861-ci sənəsində vəfat etmişdir.Hər qisim əşarı var isə də, mürəttəb divanı yoxdur. Əşarından nümunə üçün bəziləri burada zikr olunur. Mirzə Həsən Mirzəyə bəhri-təvil səbkdə yazdığı bir qəzəl:
Стихи других поэтов
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
QələmimQələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram