Страница 1 из 2

1

İki sənə bundan müqəddəm yuxarıda qoyduğumuz sərlövhədə bir neçə məqalə möhtərəm "İrşad" ruznaməsinin nömrələrində öz daxili işlərimizdən və dolanacağımızdan yazıb, bəzi mətləblərdən bəhs etmişdik. Sonradan bir para səbəblərin vüqui ilə ki, burada onların şərhinə ehtiyac yoxdur, yazmaqdan əl çəkdik. Bu müddətin ərzində aləmi-islamda çox böyük əlamətlər, fikrə gəlməyən inqilablar, xəyala sığışmayan vaqiələr zühur etdi. "Molla Nəsrəddin" məzəlikcə söylədiyi sözlər və istehzalar, yəqincə yazdığı xəbərlər eyni ilə nəticə verdi. İranda "bomba" sədası eşidildi, "zabastovka" xəbəri çıxdı və buna səbəb cənnətməkan Müzəffərəddin şahın verdiyi hürriyyətin geri alınması, məclisin qovulması oldu. Bu yolda böyük iğtişaş və inqilabçılar törədi və əlan iğtişaş yatmayıb, gələ-gələ artmaqdadır. İranın gələcəyi nə olacaq?...

Şayani-təəccüb budur ki, hürriyyət tərəfdarları hər yerdən artıq Azərbaycanın mərkəzi olan Təbriz şəhərində tapıldı. O Təbrizdə ki, neçə sənə bundan irəli məşhur İbrahimbəy öz "Səyahətnamə"sində onun əhalisini məqami-tənqidə qoyub, olmazın pozğun sifətləri və qəbih əməlləri onlara isnad vermişdi; o Təbrizdə ki, İbrahimbəydən əvvəl mərhum Abbasquluağa Bakıxanov Qüdsi təxəllüs onun xalqını daha da bədtər həcv qılıb, onda adam nəzərə gəlmədiyini bəyan etmişdir:

Nə qədər seyr elədim kuçə ilə bazarı,--
Adəm çox az görünür, izdiham kəsrətdir.

İndi haman Təbrizdə hər yerdən artıq hürriyyət və azadlığın qədri bilinib, onun yolunda qanlar tökülür və canlar fəda olunur. Beş-on il bundan qabaq həcv olunan Təbriz indi mədh olunur. Hürriyyətpərəst müsəlmanlar millət bahaduru Səttarxanı tərif və təhsin edirlər. Hürriyyətpərəst xaricilər onun sağlığına qədəhfərş olmaqdadırlar....

Osmanlıya gəldikdə, burada dəxi məşrutiyyət verilir ki, bu dəxi heç kəsin yuxusuna gəlməz bir vaqiə idi. Hər kəs soltan Əbdülhəmid həzrətləri tutduğu məsləki və işlətdiyi politikanı nəzərə alsa, bizim sözümüzü təsdiq edər. Burada dəxi hürriyyətpərəstlər ilə mühafizəkarlar arasında bəzi iğtişaş və fəsadlar vüquə gəlməkdədir. Qərəz, hər yerdə böyük təğyirat və təbəddülat müşahidə olunmaqdadır. Burada Şeyx Sədinin əsrində türklərin hücumundan nəşət edən şuluqluq və inqilab yadıma düşdü.

Birun rəftəm əz nəngi-türkan ke didim,
Cəhan dərhəm oftad çun muyi-zənci[1].

[1] Tərcüməsi: Türklərin arından qaçdım, (çünki) gördüm ki, dünya zəncinin tükü kimi dolaşibdir.

Bu müddətin ərzində aləmi-islamda vüquə gələn işlərə biz kənardan tamaşaçı olduq. Qələmimiz paslandı, mürəkkəbimiz qurudu və kağızımız toz altında qalmaqdan saraldı. Bir tərəfdən aləmi-islamın bəzi nöqtələrində müşahidə olunan tərəqqiləri görüb şad olduq. Qeyri bir tərəfdən öz məişətimizə baxıb, onun irəliki halı ilə köhnə dəyirmanın çürümüş çarxı kimi ağır və ahəstə və bir qayda üzrə dolanmasını görüb, məlul və məhzun olduq. Yenə sabiq qərar üzrə biçarə millətimiz cəhalət və nadanlıq qaranlığında zəbun və sərgərdan qalmışdır. İşıqlı dünyadan onun xəbəri yoxdur. Uzun müddət qaranlıqda güzəran etdiyi üçün qaranlığa adətkərdə olmuşdur və işığa çıxmağa meyl və rəğbət göstərmir, guya işığa onun heç ehtiyacı yoxdur.

Belə qaranlıq aləmində yaşayan qövm və tayfanın, əlbəttə, işləri də qaranlıq, fəna və əhəmiyyətsiz olacaqdır. Burada hər kəs öz xırdaca işlərinin dalınca olub beş günlük ömürləri üçün qüvvəti-layəmut cəm etməkdədir və bu yolda cümlənin səyi və təlaşı, hümmət və qeyrəti biri-birini aldatmaq, biri-birinə tor qurmaq və biri-birinin qanını sormaqdır. Ümumi qaydaya müvafiq, söz yoxdur ki, güclü gücsüzə qalib gəlir, dərisi soyulan və qanı sorulan qara rəiyyət tayfası olur; yəni o sinif olur ki, onun elmi və biliyi və təcrübəsi vəhşilərə və qan soranlara nisbət azdır, hansılar ki, avam və sadədil olduqlarına görə tez tora düşür. Əlli-altmış sənə bundan müqəddəm mərhum Qasımbəy Zakirin vaxtında rəiyyət tayfasına olan bidadlıq, zülm və təcavüz indi də o qərar üzrə icra olunmaqdadır. Bu hürriyyət əsrində belə ədalətsizliyə baxdıqda ürəyimiz qan ilə dolur və daha artıq sükunəti-ixtiyar etməyə tab gətirməyib, qələmə əl uzadırıq. Həqiqətdə bizim diriliyimiz, mayeyi-həyatımız və eyş-işrətimiz bu qara rəiyyət adlanan güruhun pürməşəqqət zəhmətinə bağlıdır. Bunlar bizə maddi tərəfdən rahatlıq, əmniyyət və asayiş verdikləri kimi, zindəganlığımıza lazım olan mayehtiyacı mühəyya qıldıqları kimi, biz də əvəzində borcluyuq ki, bunlara ruhaniyyət və mənəviyyat cəhətincə qulluq edək, bunların haqqında olunan zülm və sitəmi dəf edək, ruhlarının və ağıllarının tərəqqi və tərbiyəsinə sərfi-hümmət göstərək.

Amma mətəəssüf öz borclarımızı nəinki layiqincə əda etmirik, hətta küfrannemət izhar edib, sağmal inəyimizin boğazına pıçaq sürtənlərə kənardan arxayın tamaşa edirik.

Zakir öz əsrində rəiyyət tayfasını çapıb talan edən firqələri kəlamında tədad edib, əvvəlinci mərtəbədə ruhani sinfini qoyur və onların haqqında çox danışıqdan sonra mühəssili-kəlamda deyir:

Vaiz bizə oxur şəri-Mustafa,
Hərama mürtəkib olmayın əsla,
Özü lüm-lüm udar batində, əmma
Zahirdə dediyi mənayə bir bax.

Bundan aşkar görünür ki, millətin ruhani ataları -- mollalar millətin avamlıqda qalmaqlarından nəfbərdar olub, zahirdə dediklərinə batində əməl etmirlərmiş və şəriətin hökmünü pozan ən əvvəl özləri olurmuş. Bu qisim mollalar ola bilər ki, Zakirin vaxtında artıq imiş, amma onların toxumu kəsilməyibdir. Bizim vaxtımızda dəxi az deyil.

Şair ikinci mərtəbədə divan əmələsini qoyub, onların barəsində də xeyli danışdıqdan sonra deyir:

Dolanır bazarı darğa, kvartal,
Döyülür sifətlər, yolunur saqqal,
Gecə get cibinə beş-on manat sal,
Gündüz gəlib nırxa, bahayə bir bax.

Və özgə bir yerdə nəticəyi-kəlamda deyir:

Divan demə hərgiz buna kim, adəti-candır,
Bir mən demədim nola ki, məşhuri-cahandır.

Zakirin vaxtında divan əhli sifətləri döyüb və saqqalları yolmaqla ciblərini doldururmuşlarsa, bizim vaxtımızda dəxi geri qalmırlar və bəlkə xilafi-zakon işlər ilə keçmiş divan əhlinə bizimkilər rəhmət oxutdurur. Bu noyabrın 7 və 8-ci günlərində südebni palatın şöbəsi Gəncədə ağa pristavların: Bəhram bəy Cavanşirin, İvan Yaralovun, Andriyan Parfiyenkonun və Mixail Parçinskinin xilafi-zakon işlərinə baxıb, hər birisini öz cəzasını çəkməyə tənbeh qərar qoymuşdur.

Pristav ağaların xilafi-zakon işləri rüşvət almaq və adam döymək olubdur. Hər yerdə döyülən və rüşvət alınan müsəlman olubdur. Əlbəttə, bu əsrdə müsəlmandan başqa rüşvət verməyi və döyülməyi heç bir millət özünə qəbul etməz. Bu cənablardan intiqam və qisas almaq üçün Mixail Parçinski Zəngəzur uyezdində Məşədi Abdulla Məşədi Allahverdi oğlunu və Allahqulu Həzrətqulu oğlunu kəndir ilə boyunlarından ağaca sarıtdırıb və çıplaq soyundurub, dal tərəflərinə qamçı ilə o ki var döydürübdür. Və rüşvət almağının da hesabı yoxdur. Doğrusu ki, Parçinski kimi əxlaqsız və dəni bir adamın müsəlmanların haqqında göstərdiyi zülm və intiqam bizi ürəkdən incitdi.

Parçinskinin kim və nə əməlin sahibi olduğunu İrəvan müsəlmanları yaxşı tanıyırlar. O intiqamın nədən nəşət etdiyini zaiqəyə tapşırsınlar. Budur bizim müsəlmanların halı....

Gələcəkdəki məqaləmizdə mərhum Qasımbəy Zakirin rəiyyət tayfasına cövr və sitəm edən sair firqələrin barəsində yazdığı şerlərdən danışıb əsil mətləbə keçəcəyik.

2

Qarabağın şairi-binəziri mərhum Qasımbəy Zakir kənd əhlinin qanını sorub, malını insafsızca qarət edənlərin cümləsindən üçüncü məqamda alış-veriş adamlarını və tüccar sinfini qoyub, onların vəsfində deyir:

Səhra mərdümünü şəhr əhli görcək
Yalvarıb, yapışıb oturdur çömlək.
Beş arşında sürüşdürür üç çərək,
Tacirə seyr eylə, sövdayə bir bax.

Baqqal qoyar tərəziyə imanın,
Əsəl qiymətinə satar ayranın,
Qudurmuş it kimi dalar hər yanın,
Deyər yoxdur Ali-əbayə bir bax.

Söz yoxdur ki, alış-veriş əhli və tüccar qismi təbiətlərinin təqazasına görə, hər millətin içində olacaq olsun, bir növ tamahkar, həris və xəsis olurlar və öz mallarını baha qiymətə satmaq üçün yüz cür fən və əməllər işlədirlər. Bu yolda xaricilər arasında bizimkilərə səbqət edənlər az deyil. Təfavüq ancaq bundadır ki, bizim tüccarlar mərhum Mirzə Fətəlinin Hacı Qarası kimi aciz, qorxaq və kəmcürət olub, məhz öz yaxın qonşularını, din qardaşlarını və ətraflarında olan əlsiz-ayaqsız, kasıb və yoxsul kənd əhlini soymağa iktifa edirlər və beş arşın çürük bezlərini satmaq üçün on dəfə peyğəmbərə, imama və getdikləri həccə and içirlər. Və bu qisim insafdan dişarı və xilafi-şər yolu ilə təhsil qıldıqları dövlətdən axırda nə özləri bəhrədar olurlar və nə də qeyrilərə, yəni soyulanlara bir mənfəət yetişir, "Yel ilə gələn, sel ilə gedir". Əksər övqat haciyi-qeyri-nacinin dövləti Hacı Qaranın dövləti kimi hədər gedir.

Amma sair millətin alış-veriş adamları bizimkilərə oxşamır: onlar işlərini bünövrəli və əsaslı götürüb, mal ilə mətahlarını qeyri tayfalar arasında intişar etməyə səy qılırlar və bu nəhvləri ilə mal və dövləti dəxi özgə millətlərdən qazanıb, lazım olan məqamlarda öz millətlərinin xeyrinə və rəfi-ehtiyacına sərf edirlər. Erməni tayfasının cəmiyyəti-xeyriyyələrinə erməni tüccar və bəzirganının kassalarından on minlərcə və yüz minlərcə pul daxil olmasına gərək şübhə olunmasın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qazax şairi Kazım ağa Salik təxəllüsün barəsində bir para məlumat

"İrşad"ın 17-ci nömrəsində dərc olunmuş müxəmməsin sahibi Salik təxəllüslü şairin naxçıvanlı olmağını idarə xəbər verib rəfi-iştibah etmişdir. Əgər idarə tərəfindən bu xəbər verilməsəydi, yenə də həmin kəlamı keçmiş əsrin şüərasına nisbət etmək olmazdı. Çünki şerin məal və məzmunundan və şairin şivəyi-lisanından aşkara görünür ki, bu nalə və fəqanlar indiki fəna halımız və pərişan övza və əhvalımız üçün edilən növhə və nəvalardır ki, şair suzişli dil ilə onları izhar edir.Salik Naxçıvaninin bu əsəri keçmiş şüəranın kəlamına əsla bənzəmir. Keçmişdəki şairlərimizin istilahında vətən, millət, hürriyyət, qeyrət, elm və mərifət misilli sözlər, demək olar ki, yox idi. Əgər nüdrətən bu kəlmələrdən birisi istemal olunsa idi, o da özgə mənaya işlənirdi. Keçmiş vaxtın işi və halı bir özgə, indiki zəmanənin təqazası bir başqa.... Hər nə isə keçək mətləbə. Naxçıvanlı Razizadə Salik ilə Şıxlı Kazım ağa Saliki bir-biri ilə qarışdırmaq cayiz deyil.

19089 мин
Redaksiyaya məktub

C. Redaktor! Xahiş edirəm qəzetinizin yaxın nömrələrindən birində mənim bu məktubuma yer verəsiniz.Martın 10-da mən mərhum Qabriel Sundukyansdan aşağıdakı məzmunda bir məktub almışam: "Hörmətli cənab Firidunbəy! İcazə verin sizi bir xahişimlə narahat edim: Zəhmət çəkib mənə xəbər verin görüm, şair Mirzə Şəfi haqqında sizə bir şey məlumdurmu? Onun poeziyasından çap olunmuş kitablar varmı? Varsa o kitabları haradan tapmaq olar? Bu məlumatı Parisdən professor Makler təkidlə istəyir. Ümidvaram ki, mənim bu xahişim yerinə yetiriləcəkdir və mən də Sizə dərindən minnətdar olacağam. Sizə həqiqi hörmət bəsləyən və minnətdar olan bəndeyi-həqiriniz Qabriel Sundukyans".

19121 мин
Sabir haqqında

"Molla Nəsrəddin"in 15-ci və "Kaspi" ruznaməsinin 90-cı nömrələrində milli şairimiz Mirzə Ələkbər Sabirin ağır halda xəstəliyi və maddi cəhətincə ziyadə ehtiyacda olmaqlığı yazılmışdı.Bu xəbər bizi xeyli pərişan edib, dərin fikrə saldı. Sabir əsrimizin ən müqtədir və xoştəb şairlərindən birisidir. Onun sabiqdə bəzi müstəar adlar ilə imzalanmış abdar, xoşməzmun və mövzun kəlamları "Molla Nəsrəddin"in səhifələrində dərc olunub, oxucuları bir yandan güldürüb, bir yandan ağladırdı. Onun yazdığı şerlərin çoxu açıq və sadə ana dilində olub, mənşətimizin eynini göstərdiyinə görə əzbər öyrənilirdi.

19111 мин
Soltan Məcid Qənizadə

İyirmi beş il maarifi nəşr stmək kimi çətin bir əmri yerinə yetirməkdə sabitqədəm durmaq böyük hünərdir. Bizim maarif qədri bilməyən avam camaat arasında bu əmri əmələ gətirmək daha böyük hünərdir.Çox müəllimlərimizin müəllimlik sənətindən qaçmasına, bir tərəfdən, bu sənətin ağırlığı və qiymətsizliyi, o biri tərəfdən də camaatımızın bu müqəddəs sənətə alçaq bir nəzərlə baxması səbəb olur.

19125 мин

Стихи других поэтов