Sizi deyib yaşaram
Yaşaya bilmirəmSizsiz bircə an belə,İnsanlar, ay insanlar.Nə qədər deyilməmişNəğməm, sözüm var hələ,İnsanlar, ay insanlar.İstər yaxın olaq biz,İstər uzaq, qəmim yox.Sizə özgə, sizə yadBir ayrı aləmim yox.Kiçik güzaranımlaSizi deyib yaşaram.Desələr keç ömürdən,Ömrümü bağışlaram.Təki insan arzusuTufanlarda sönməyə.Ürəklər ayrılığıƏlində körpə quştəkÇırpınıb döyünməyə.Budaqlar qırılmaya,Yarpaq yaralanmaya.Təki mən yaralanım,Torpaq yaralanmaya.Mən min-min analarınSəsindən səs alıram.Sünbüllü tarlalardanİlıq nəfəs alıram.Haray çəkib deyirəmQoruyun bu dünyanı.İnsanlar, ay insanlar!İnsan silah götürübHeç qırarmı insanı,İnsanlar, ay insanlar?Gəlin, gəlin qoymayaqAğlaya mahnılar da,İnsanlar, ay insanlar.Qoymayaq insan ömrüSönüb gedə yarıda,İnsanlar, ay insanlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-sizi-deyib-yasaram
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Baği-vətənə axmada mizabi-təcəddüd,Canbəxş oluyor qönçələrə abi-təcəddüd.
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.