Gah aranda, gah dağdayam,Gah çəməndə, gah bağdayam.Yaxındayam, uzaqdayam,Yora bilməz yollar məni.

Gah bahar, gah qarlı qışam,Bu həyatdan doymamışam.Səfərdəyəm səhər-axşam,Yora bilməz yollar məni.

Gah analar anam olar,Gah bulaqlar laylam olar.O laylalar dünyam olar,Yora bilməz yollar məni.

Gah ümidim çiçəklənər,Gah bir günüm ilə dönər.Həyat dəniz, qalxar, enər,Yora bilməz yollar məni.

Gah buludtək dolar könlüm,Gah tək-tənha qalar könlümGah bələdçi olar könlüm,Yora bilməz yollar məni.

Yollar dönə bir kitaba,Varaqlaram oba-oba.Tablaşaram hər əzaba,Yora bilməz yollar məni.

Gah quşlarla yarışaram,Gah sellərə qarışaram.Dərə keçib, dağ aşaram,Yora bilməz yollar məni.

Nəğmə dolu bir ürəyəm,Gah coşqunam, gah kövrəyəm.Bir ümidli gələcəyəm,Yora bilməz yollar məni.

Babam Qorqudun sazıyam,Nənəm Tomrisin qızıyam.Zaman-zaman yanasıyam,Yora bilməz yollar məni.

El arxamdır dar ayaqda,Bir məna var yaşamaqda.Doğulduğum bu torpaqdaYora bilməz yollar məni.

Gah dönərəm sönməz oda,Arzum dəniz, mən bir ada.And içirəm bu həyata,Yora bilməz yollar məni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе