Yeddinci şəkil
Cavanşirin sarayı
Söhrab
Girdman tacirləri həmişə günorta üstü yola düşürlər, bu gün nədənsə zınqırov səsləri çox tez eşidildi. Görəsən bu karvanlar hara gedir?
Saran
Onlar getmir, gəlir... Yəqin böyük hökmdarımız Cavanşirə hədiyyə gətirirlər.
Söhrab
Cavanşir özgələrinin hədiyyəsinə möhtac deyil.
Saran
Boş xəzinəmiz belə hədiyyələrə möhtacdır, vəzir, aha, mən deyəndir... hədiyyə gətirirlər.
Söhrab
Sən bunu nədən bilirsən?
Saran
Karvanın önündə bir atlı da var...
Söhrab
Girdman taciri Qənimət də karvanın qabağında gedəndə həmişə atlanır...
Saran
Bu atlı tacirə bənzəmir. Bizim tacirlər uzun əba, dikburun çəkmə geyirlər. Amma bu gələn atlının əynində parıltısı göz qamaşdıran qısa cəng libası var. Çəkmələri isə mirvari ilə bəzənmişdir. Bax, qızıl bazubəndi buradan da görünür... Yəqin böyüklərdəndir. Kim bilir, bəlkə bir ölkənin hökmdarıdır.
Söhrab
Bu axşam xəzinədar olsa da, düz deyirmiş...
Saran
Vəzifənin böyüklüyü ağlın dərəcəsini artırsaydı, sən yenə də həmişəki qədər mənasız danışmazdın.
Söhrab
Aha, karvan dayandı... Ey, açın sarayın darvazalarını, əziz qonaqları ehtiramla qarşılayın...
Saran
Xəzinə bomboşdur, gecələr gözümə yuxu getmir.
Söhrab
Suss...
Saran
Mən səni nəzərdə tuturam... Çoxdan bəri boş xəzinəyə vəzirlik edirsən...
Söhrab
Suss dedim...
Saran
Bu sirri hamıdan gizlətsəm də, Cavanşirdən gizlətməyəcəyəm. (Gedir)
Söhrab
O mənim cinayətimi açıb söyləyənə kimi, mən onun qəbrini qazmalıyam.
Bəhram və qasid daxil olurlar.
Qasid
Ağvan hökmdarı Cavanşirin sarayı budurmu?
Söhrab
Siz kimsiniz?
Bəhram
Mən Sasani qoşunlarının sərkərdəsi Bəhramam.
Söhrab
Doğrudanmı? Cavanşirin sarayına gələrkən qorxmadığınıza təəccüb edirəm. Siz çox cəsur adamsınız...
Bəhram
Biz böyük hökmdarınız Cavanşirlə görüşməyə gəldik. Onun xəzərilər üzərindəki qələbəsi hamımızı sevindirmişdi. Təbrik üçün gələn elçiyə toxunmazlar...
Söhrab
Elçiyə toxunmasalar da, sizə toxunarlar. Unutmayın ki, Cavanşirin babalarından yadigar qalmış Muğan torpağını qəsb edən sizsiniz...
Polad
Görünür, biz bura nahaq gəlmişik...
Bəhram
Demək mən geri qayıtmalıyam...
Söhrab
Yox... yox, mən belə demədim... Hökmdarımızı gözləyin, sizdən başqa Bizansdan, Suriyadan, Gürcüstandan, elçilər gəlmişdir.
Saran
Hədiyyələrə baxdım, qızıla vurulsa beş yüz min dinar qiyməti var...
Bəhram
Bu qoca kimdir?
Saran
Bu vaxtacan xəzinədardım, indi isə vəzirimizə təlxəklik edirəm...
Bəhram
Gülməli qocadır...
Saran
Cibi boşalmış xəzinədara qoca olmasa da gülərlər.
Bəhram
Təlxək hökmdarı əyləndirər, sən nə üçün vəziri əyləndirirsən?
Saran
Məsələ uzundur. Bir zamanlar vəzirimiz Söhrab pulları oynadırdı, son vaxtlar nədənsə məni oynadır...
Söhrab
Qoca, hər sözün yeri var, çəkil get...
Saran
Hara gedim? Dar ağacına, yoxsa qoyun otarmağa.
Bəhram
Bu sözünü də anlaya bilmədim...
Saran
Bütün sözlər anlaşılmaq üçün söylənilsə idi, vəzirimiz Söhrab ömründə bir kəlmə də olsun dinib danışmazdı. Dar ağacı yaxşıdır... Qoyunların sayını artırsam vəzirimiz onlara da sahib çıxacaq. (Gedir)
Söhrab
Onu dəli zənn etməyin, Cavanşirin ən yaxın müşaviridir...
Bəhram
Onu tez susdur, eşidirsənmi?
Söhrab
Eşidirəm, əziz qonaqlara ehtiram göstərmək borcumuzdur, buyurun...
Gedirlər.
Saran
Mən Bəhramdan çox razıyam, onun hədiyyələri bizə bir il kifayətdir. Amma doğrusu, bir şeydən qorxuram...
Söhrab
Nədən, qoca?
Saran
Qızılların səsindən...
Söhrab
Sən yenə də sayıqlayırsan?
Saran
Göylərə and olsun ki, yox... Mən yalnız qulaqlarımla eşitdiklərimi, gözlərimlə gördüyümü danışıram. Qızılların səsi doğrudan da qorxuludur... Özü də bilirsən nə vaxt?
Söhrab
Nə vaxt?
Saran
Gethagetdi başlayanda, sən ki, bunu yaxşı bilirsən...
Söhrab
Qoca, sən bu boş danışıqlarından əl çək...
Saran
Xəzinəmiz dolsun ki, mən bir kəlmə danışmaram...
Söhrab
Xəzinəni boşaldan sənsən, alçaq... Mən səni bu gün zindana saldıraram, alçaq...
Saran
Məni öldürsən də öz günahlarını azalda bilməzsən. Vicdan ləkəsini qanla da yumaq olmaz...
Söhrab
Get fərmanımı gözlə...
Saran
Gözlərəm həm sənin fərmanını, həm də Cavanşirin.
Söhrab
Bu saat zindana...
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-cavansir-yeddinci-sekil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qədim Bərdə yaxınlığında bir ovlaq. Göz işlədikcə uzanan dərədə şəhər görünür. Gözəl saraylar yaşıllıq içindədir. Qivami ağacın kölgəsindəki çeşmə başında oturub pəsdən zümzümə edərək, şərab içir. Arabir əsən xəfif külək, onun qıvrım saçlarını oxşayır.*Qivamidən iki-üç addım kənarda Yusif uzanıb yatmışdır. Günorta vaxtıdır.*
Üçüncü şəkilBərdə şəhərində geniş bir həyət. Bir tərəfdə uca saraylar, o biri tərəfdə isə, Əbdəkin evi görünür. Hava yeni-yeni işıqlanır. Əyri-üyrü küçə ilə Toğrul və Çingiz gəlir.*Çingiz**
Dördüncü şəkilGəncə yaxınlığında bir ovlaq. Yaşıl bir təpə. Uzaqda çadırlar ağarışır. Təpənin başında şah dayanıb uzaqlara baxır. Arxadan gələn vəzir ona yanaşır. Şah onun gəldiyini hiss edərək, ona tərəf dönür.*Şah**
Beşinci şəkilYenə orada, səhər tezdəndir. Günəş yeni-yeni tülu edir. Hər tərəf bomboşdur. Dərin sükut içində quşların həzin-həzin nəğmələri eşidilir. Birdən iki nəfər şəhərli görünür.*Onlar elə bir qorxa-qorxa ətrafı dinləyirlər.*