Страница 3 из 9 · 22%

Nə üçün trest geridə qalır? – Sual qısa və aydın olduğu üçün, cavab da eyni dərəcədə qısa və aydın olmalı idi.

İndi danışan gənc mühəndis idi; o ortadan ayrılmış saçlarını yatarına sığallayaraq, bütün günahı neft sənayesinə təzə gəlmiş cavanlarda görürdü. Onun fikrincə təcrübə və ənənədən məhrum olan bu gənclər yeni qüvvə deyil, yeni maneə idi.

İki saatdan bəri yalnız “buyurun!” deyə iclasdakılara bir-bir söz verən və trestə gələndən bəri bütün qazıma işlərində gördüyü qüsurları burada deyilənlərlə tutuşdurub, zehnində müəyyən nəticələr çıxaran İsmayılzadə, bu sözü eşidərkən, özü də qoca buruq ustasından deyil, tamamilə gənc bir mühəndisdən eşidərkən, soyuqqanlılığını mühafizə edə bilməyib, yerində doğruldu.

– Bir qədər izah et, yoldaş Fikrət! – dedi.

– Çünki avariyalar çox vaxt onların diqqətsizliyi, təcrübəsizliyi üzündən olur. – Gənc mühəndis saçlarının səliqəsi pozulmadığına tamamilə əmin olduğu halda, yenə əlini başından ayırmadı. – Mən hələ fərarilərin ucbatından nə qədər əziyyət çəkdiyimizi demirəm.

İsmayılzadə dodaqları arasındakı papirosun tüstüsündən acışan sağ gözünü qıyıb, o biri gözü ilə altdan yuxarı Fikrətə baxırdı. O gənc mühəndisin məhz hansı uşaqları nəzərdə tutduğunu bilmək istəyib soruşdu:

– Necə məgər, belələri çoxdurmu?

– Çox deyilsə, az da deyildir.

– Misal göstərə bilərsinizmi?

– Məsələn, 155-ci buruqdan qaçan Tahir Bayramlı...

Bir tərəfdə sakit oturub mürgü döyən usta Ramazan (o, uzun sürən iclaslarda söylənən xeyirsiz nitqlərdən yorulub həmişə mürgülərdi) bu sözləri əvvəlcə yuxuda eşitdiyini güman etdisə də, birdən ayılıb yaxşı tanıdığı cavan mühəndisin də bu xüsusda danışdığını görəndə söz istədi:

– Olarmı, bir-iki kəlmə?

– Buyurun, usta. Mən qurtardım, – deyə gənc mühəndis çəkilib yerində oturdu.

Usta Ramazan nitq söyləmək üçün söz istəmirdi. Ona görə də yerindən qalxmadı. Yalnız bircə sual verdi:

– Deməli, Tahir istirahət vaxtında vağzala gedib-qayıtmaqla bu yekəlikdə trest geridə qaldı?

Gənc mühəndis, Ramazanın bircə cümləsilə yarım saatdan bəri dediklərinin puça çıxdığını görüb, pərt halda yenə əlini saçlarına çəkdi.

İsmayılzadə ayağa qalxdı:

– Məncə məsələ aydındır, – dedi. – Yoldaşlar birinci suala cavab verdilər. Ancaq əsil sualı – nə yolla trest kəsirdən çıxa bilər? – sualını isə tamam unutdular. Fikrət yoldaş məni bağışlasın, əlbəttə, geriliyin səbəbi cavanlar deyil. Mən, şəxsən, çağırdığım müşavirələrdə bütün trest işçilərinin əməli təkliflərini yazıb götürmüşəm. İlk partiya təşkilatlarında da bu məsələ ciddi surətdə müzakirə olunmuşdur. Trestin kommunistləri geriliyin səbəbini Fikrət yoldaşın dediyi kimi gənclərdə deyil, ümumiyyətlə pis işləməyimizdə görürlər. Onların da dediklərini, bax buraya qeyd eləmişəm. – Qüdrət uzun bir bloknot göstərdi. – Məsələ burasındadır ki, istehsalata yeni gələn cavanlar arasında mühəndis yoxdur.

Halbuki avariyaların səbəbini hamıdan əvvəl mühəndislər bilməlidirlər.

– Axı, siz özünüz də demisiniz ki, avariyalara səbəb cavanlardır...

Fikrət, bu kəşfi üçün sevinmiş kimi, bu dəqiqə gülməyə hazır dayanıb, Qüdrətə baxdı.

– Bəli, demişəm... və dediyimə də peşman deyiləm. Ancaq mən bunu xeyirli bir məqsədlə, gənclərin diqqətini artırmaq məqsədilə demişəm. Tərbiyəvi məqsədlə deyilən bir sözə əsasən istehsalatın taleyini həll etmək nə mənə yaraşar, nə də sizə, yoldaş Fikrət!.. Avariyaların səbəbini cavanların təcrübəsizliyində axtarmaq sizin məsuliyyətdən qaçmağınıza dəlalət edir... Axı köhnə quyuları (ona burada “ölü quyular” deyirlər, amma məncə böyük səhv eləyirlər; çünki ölü quyu yoxdur, ölü adamlar vardır) işə saldığımız zaman baş verən hadisələr, xüsusən təbəqələrin su ilə dolması kimi hallara hamıdan əvvəl mühəndislər məsuldurlar...

Fikrət bu atmacanın hansı tərəfə atıldığını yaxşı bilirdi. Onun rəhbərliyi ilə təzədən işə salınan köhnə quyularda belə hallar çox olmuşdu və nəticədə üç quyu hələ də bir qram neft verməmişdi.

– Aydındırmı, yoldaş Fikrət?.. Bu necə olur ki, möhtərəm geoloqlarımız bu vəziyyəti əvvəlcədən görəbilmirlər? Demək, yenə də günah cavanlarda deyildir.

Qüdrət danışdıqca məclisin sükutu daha da ağırlaşırdı, amma nədənsə çoxlarının ürəyi fərəh qarışıqlı bir həyəcanla döyünürdü. Deyəsən bu, hamının düşündüyü, lakin heç bir yerdə demədiyi və ya yaxud deməyə cəsarət etmədiyi bir həqiqət idi.

– Qocaman buruq ustalarının, işə can yandıran sıravi fəhlələrin və görkəmli mühəndislərin qəlbini oxumaqda çətinlik çəkdikdə, trest bu vəziyyətdən çıxmayacaqdır. Mən onların gücünə də, səmimiyyətinə də inanıram. Fəhlə qüvvəmiz azdır. Bunu hamınız bilirsiniz. Amma bu metodla işləyib, fəhlə qüvvəsini iyirmi qat da artırsaq, vəziyyət dəyişməyəcəkdir. Mən dinlədiyim adamların fikrini öz-özlüyümdə saf-çürük eləmişəm və beş maddədən ibarət yarış şərtləri düzəltmişəm. Bu maddələri briqadalardan tutmuş mədənlərə qədər hər yerdə müzakirə ediblər. Əlbəttə, etirazlar vardır. Amma biz geridə qalanların deyil, irəlidə gedənlərin fikrilə hesablaşmalıyıq... Buyurun, şərtlərlə tanış olun!

Əsil iclas da bundan sonra başlandı. Çoxlarını təəccübə gətirən yarış şərtləri az qala bu otaq boyunda yeni bir müharibəyə səbəb oldu. Hamıdan qabaq yenə Fikrət söz istədi və Qüdrətin razılığını alan kimi yenə əlini saçına çəkdi:

– Xəyal bəsləmək gözəl şeydir. Ancaq biz xəyal sözünü utopiyadan fərqləndirməliyik. Bu beş maddə, beş utopiyadır. Trest altmış faizi güclə ödədiyi halda, burada yüz iyirmi faizdən danışırlar. Bu birinci utopiyadır. Trest turbin qazımasını hələ yeni tətbiq etməyə başladığı halda, burada, altı ay müddətində həmin üsulu bütün yeni buruqlara keçirmək nəzərdə tutulur. Bu da ikinci utopiyadır.

İsmayılzadə gülümsəyərək onun sözünü kəsdi:

– Bu olmadı!

Əvvəllər hamıda Qüdrətin mehribanlığına dair təsəvvür oyatmış xəfif təbəssümü, indi çoxlarına qəzəb kimi təsir buraxırdı. Bədirlinin “gülə-gülə boğazımı kəsir” cümləsi, indi trestin işçiləri arasında tez-tez işlənən bir zərb-məsəli olmuşdu.

Fikrət duruxdu və trest müdirinin deyəcəyi sözü həyəcanlı bir ürək döyüntüsü ilə gözlədi.

– Məni bir məsələ maraqlandırır, yoldaş Fikrət, siz nə üçün bu qədər mühafizəkarsınız?

Son dərəcə mülayim bir səslə verilən bu sualın cavabını gecikdirməyən Fikrət də, danışığının ahəngini dəyişib, yalnız bir nəfərlə söhbət edirmiş kimi, yavaşcadan dilləndi:

– Xeyr, mən realistəm. Maddələri qəbul etmək nə qədər asandırsa, sonrakı biabırçılığa dözmək bir o qədər çətindir.

– Hər halda mən bilmək istərdim: siz nə üçün mühafizəkarsınız?

– Xeyr, yanılırsınız, yoldaş İsmayılzadə, mən əsil realistəm.

– Unutmayın ki, realistlər arasında da mühafizəkarlar az deyildir, – İsmayılzadə yenə gülə-gülə cavab verdisə də, Fikrət onun ifadəsindəki qətiyyəti duyaraq yerində oturdu, qızarmış halda gözlərini yerə dikdi və sürətlə xəyalından keçirdi: “Mən xəbərdarlıq etdim. Görünən dağın dibi yaxındır”.

İsmayılzadə yenə iclasdakılara göz gəzdirdi. Deyəsən yarış şərtləri trestin rəhbər işçiləri arasında az adamın ruh yüksəkliyinə səbəb olmuşdu. Fikrətin etirazları isə çoxusunun ürəyindəndi. Qüdrətə elə gəldi ki, Fikrətlə sərt rəftar etdiyi üçün onun tərəfdarları daha danışmaq istəmirlər: “Bu maddələri, vəzifəcə məndən aşağıda duran bir başqası meydana atsaydı, yəqin ki, onun tükünü didərdilər” deyə düşünəndə, adamların əhvali ruhiyyəsindəki zəif nöqtələrin də gizlin qaldığına təəssüf edib, Fikrətin sözünü yarıda kəsdiyinə peşman oldu. Sonra yenə müşavirə iştirakçılarına üz tutdu:

– Kim danışmaq istəyir, yoldaşlar? Fikrinizi söyləyin, bəlkə doğrudan da bu şərtlər real deyildir?

Usta Ramazanla yanaşı əyləşmiş bir nəfər ayağa qalxdı:

– Məncə, – dedi, – Fikrət yoldaşın sözlərini qəribliyə salmaq lazım deyil. Bu maddələri utopiya adlandırmaq nə qədər yanlışdırsa da, real hesab etmək də o qədər qorxuludur. Əvvəla ona görə ki, plan düzəldəndə hər bir müəssisənin işçi qüvvəsi və onların ixtisas səviyyəsi nəzərə alınmalıdır. Biz kimə əsaslanıb turbin qazımasına keçəcəyik? Südəmər uşaqlaramı? Tərs kimi bizim trestdə onların sayı üç min nəfərdən çoxdur. Qoy İsmayılzadə yoldaş məndən inciməsin, o indiyədək ən qabaqcıl trestlərdə çalışıb, ancaq biz həmişə axsamışıq. Əlbəttə, bunun səbəbi var, çünki sahəmiz çətindir. Xüsusən dənizdə buruq qoymağın çətinliyini yoldaşlar yaxşı bilirlər. Yüz iyirmi faiz plan doldurmaq bəlkə də gələcəkdə mümkün olacaq, amma indi xəyala qapılmağın faydası yoxdur.

Bütün trestdə məşhur olan bu ustanın dediklərini başı ilə təsdiq edənlərə baxdıqca, Qüdrət də müvazinətini itirir, hamının bu fikirlə şərik olduğunu düşünəndə, yavaş-yavaş ümidi azalmağa başlayırdı. Üç həftədən bəri müşahidə etdiyi trestin yalnız kütləvi bir hərəkət – yarış sayəsində kəsirdən çıxa biləcəyinə dair qəlbində yaranmış möhkəm etimad tədricən sarsılırdı. Yalnız obyektiv şəraiti nəzərə almağın kafi olmadığını, trestdə çalışan canlı insanların istəklərini, ilk növbədə təcrübəli mühəndislərin və qocaman buruq ustalarının başqaları üzərinə təqsirini hesaba almaq lazım gəldiyini uzun illərin iş təcrübəsindən bilirdi. O, indi bütün müşavirəyə yox, nüfuzlu qocalara baxdı:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Axtaran tapar...

Düşərgəyə gəldiyimiz vaxtdan çox keçməmişdi, buna baxmayaraq, bir-birinə bənzəyən günlərin sayını-hesabını itirmişdim. Məzmunsuz və faydasız keçən günlər deyil, dəqiqələr belə bəzən insana əbədiyyət qədər qəmgin və intəhasız görünür. Son zamanlarda mən hər şeyə nə isə çox laqeyd və biganə baxırdım. Az qalırdı, hətta, qızlarımın da taleyini unudam. Fürsət düşdükcə Bakıya məktub yazıb evimizdən cavab almasaydım, doğrudan da onları yadımdan çıxara bilərdim. Düşərgə həyatı, xüsusən leytenantın ən cüzi bir şey üstündə hədsiz dərəcədə kobud rəftarı yalnız məndə deyil, çoxunda ümidsizlik, bəlkə də bədbinlik hissi oyatmışdı. Leytenant ən adi sözümüzə və hərəkətimizə irad tutur, qanunsuz olaraq çörək payımızı kəsir, bəzimizi günlərlə ac-susuz qoyub, həbsdə saxladırdı. Əlbəttə, bu hamının bildiyi həbsxana deyildi. Müqəssir saydığı adamları özünə ram etmək üçün leytenant Rudəki kolxozundan bir otaq alıb, pəncərəsinə dəmir barmaqlıq vurdurmuşdu. Bu otaağa düşənlərə çörək və su vermək leytenantın keyfindən asılı idi. Vaxtı ilə hansı səbəbdənsə həbsə düşmüş adamlar bu hərki-hərkiliyi gördükcə deyirdilər:– Orda heç olmasa intizam var. Məsələn, bilirsən ki, səhər tezdən həyətə çıxardıb, təmiz havada gəzdirəcəklər, saat səkkizdə, məsəl üçün, bir parça çörəyin, bir stəkan isti suyun var, saat üçdə pisdən-yaxşıdan nahar gətirəcəklər. Müəyyən vaxtlarda nəzarətçiyə pul verib, bazardan yemək şeyləri aldırmağa ixtiyarın var...

40 мин
Ağır günlərin sonu

Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.

22 мин
Birinci fəsil

1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.

1 ч 10 мин
İkinci fəsil

1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.

1 ч 5 мин

Стихи других поэтов