Страница 1 из 2

Şamilin evi qarşısında geniş bir həyət. Soltan həyətdəki ağaca söykənib uzaqlara baxır. Birdən iki nəfər dağlı gəlir.

Birinci Dağlı

Şamil hanı? Biz onu görmək istəyirik.

Soltan

Nə var, nə üçün lazımdır?

Birinci Dağlı

Kəndlərimiz dağıldı, uşaqlarımız acından qırıldı... On gündür mühasirədəyik. Daha tab gətirə bilmirik...

Əminət (gəlir)

Soltan, qardaşım, sən nə edirsən? Yaralı-yaralı özünü havaya verib ölməkmi istəyirsən, bəri gəl.

Soltan

Bu saat, Əminət, bu saat gəlirəm.

İkinci Dağlı

Bizdə can qalmadı, bacı. Arvad-uşağımız içməyə bir qurtum da su tapmır... Yaranal bulağın suyunu da zəhərlədib. Aman günüdür... bizə rəhminiz gəlsin...

Əminət

Bunu Şamil özü bilmirmi?..

Birinci Dağlı

Bilir, amma razı olmur.

Əminət

Nəyə razı olmur?

Birinci Dağlı

Biz istəyirik ya bir dəfəlik ölək, ya da tabe olaq...

Əminət

Sən nə dedin?.. Sən bilirsənmi bu nə sözdür?.. Onun cənazəsinə də bu təklifi eləmək olmaz... Şamil iyirmi il niyə saç ağardırdı?.. Axırda tabe olmaq üçünmü?.. (Soltana) Sən niyə dinmirsən, qardaşım?

Soltan

Mən nə deyim, bacı?.. Xalqda can qalmamışdır. İndi heç kəs vuruşmaq istəmir... Ac-susuz, gecə-gündüz səngərlərdə çürüməkdən cana doyan xalq, nəhayət, bir gün tabe olmalıdır, ya yox?..

Əminət

Aman Allah, siz nə danışırsınız?.. Qardaşım, sən doğrudanmı tabe olmaq istəyənlərə tərəfdarsan. Yox, yox, bu uzun məşəqqətlərdən sonra qorxaq acizlər kimi düşmənə boyun əymək... Özü də indi. Buna nəinki Şamil, mən də dözmərəm... (Dağlılara) Siz gedin, amma bu sözü başqa bir yerdə danışmayın... Mən arvad ola-ola sizin yerinizə utanıram. Ar olsun sizə!.. Şamil sizin üçün neyləmədi?.. Onun sinəsində qılınc dəyməyən yer qalmadı... Ona Allahın yuxusu da haramdır... Utanın! Bu papaq əvəzinə ləçək bağlayın!..

Soltan

Odur bax, Şamil özü də gəlir. Nə sözünüz varsa ona deyin... Bura bax... (Dağlılardan birini kənara çəkərək) Siz Şamilin anasını görün... Dərdinizi ona deyin... Şamil onu çox istəyir, razı olar... Gedək, bacı.

Əminət

Gedək!.. Vəfasız insanlar. Onu meydanda tək qoyub qaçmaq istəyirlər. Sən də, qardaşım, onlara yol göstərirsən...

Soltan

Ayrı yolumuz yoxdur. Bu mühasirədən çıxmaq üçün bizdə qüvvət qalmamışdır. Bacarmarıq...

Əminət

Namusla ölməyi necə?.. Onudamı bacarmadın?.. (Dağlılara) Siz gedin, tabe olursunuz, olun... Amma bu sözü Şamilə deyib onun ürəyinə toxunmayın. Onsuz da kədərlidir... (Soltanın qolundan tutub aparır)

Birinci dağlı

Düz deyir... Anasını görək... gedim, çağırım. Buradaca məni gözlə. (Gedir)

Şamil (Atayla bərabər gəlir)

Bütün dəstə başçılarını mənim yanıma çağır... Dmitriyə de ki, topları məscid qabağında düzdürsün... Atlılar hazırlanıb məni gözləsinlər... (İkinci dağlını görərək) Sən kimi istəyirsən?

İkinci Dağlı

Yoldaşımı gözləyirəm, imam...

Şamil

Gözləmək vaxtı deyil, hazırlaşmaq lazımdır. Yarağın hanı?..

İkinci Dağlı (özünü itirərək)

Evdədir, imam...

Şamil

Get, mənim adımdan dəstənizə de ki, bir azdan hücum başlanacaq.

İkinci Dağlı

Baş üstə, imam. (Gedir)

Şamil

Sən də, Atay, durma... Tapşırıqlarımı yerinə yetir...

Ana (birinci dağlı ilə gəlir)

Oğlum, dünəndən acsan.

Şamil

Atay, oğlum, sən get... Amma tez qayıt, mənə xəbər ver...

Atay

Bu dəqiqə, imam... (Gedir)

Ana

Oh, pərvərdigara, bu nə zülmdür, bizə eləyirsən?..

Şamil

Nə olmuşdur, ana?.. Bu sızıltı nə üçündür?

Ana

Yazıqlar acından həlak olub gedir, oğlum...

Birinci dağlı sürətlə uzaqlaşıb gözdən itir. Şamil onun dalınca bir neçə an zənn ilə baxır.

Şamil

Səndə söz var, ana... Məndən gizlətmə...

Ana

Səhərdən iki kərə gəliblər. Lap nəfəsləri kəsilib... Dözmürlər... yorulublar.

Şamil

Gələn kimdir?

Ana

Tabe olmaq istəyirlər, oğul...

Şamil (vurulmuş kimi)

Tabe olmaq istəyirlər?..

Pauza

Bu sözü səndən yox, bir başqasından eşitsəydim, bilirsənmi neylərdim, ana?.. Mən dünyada iki sözə düşmənəm: bir əzilmək, bir də tabe olmaq sözünə. Sən ki, bilirsən ana...

Ana

Eh, oğlum...

Şamil

Ax, ana, ana... Bu çox ağır yara oldu... Bu güllə sinəmə yox, ürəyimə dəydi... Qollarımın qüvvətini azı on qat zəiflətdi, ana... Saçım-saqqalım ağarmışdı, amma qocalmamışdım... Bu xəbər məni düz iyirmi il qocaltdı... (Gedir)

Ana

Dilim-ağzım qurusun, oğul mən neylədim?..

Soltan (gəlir)

İndi mən öz doğma bacıma da inanmıram, ər məhəbbəti onu da mənim əlimdən aldı... Aha, Şamil buradadır. (ətrafa göz gəzdirərək) Bundan da gözəl fürsət olarmı?.. Hamı namaz üstündədir... Hamı bir olan Allaha dua edir. Hamının gözü sonsuz fəzalara dikilib Tanrıdan imdad istəyir. Şamil də namaz üstündədir...Ancaq o, duamı edir, yoxsa düşünürmü? Yox, yox, onun göylərə zillənmiş gözləri Allahdan imdad istəmir... O yalnız öz qollarının və beyninin gücünə inanır... Odur ki, mən də düz onun beynin nişan alıram. (Ağaca söykənir, tapançasını çıxardıb nişan alır)

Əminət (çığıraraq gəlir)

Soltan, sən kimə güllə atırsan?..

Soltan (səksənib geri sıçrayır, tez özünü toplayır)

Bu nə çığırtıdır? Mən təzə tapançamı yoxlamaq istəyirdim...

Əminət

Yox, sən titrəyirsən... Sənin gözlərin şübhə ilə parıldayır...

Şamil (görünür)

Nə olmuşdur, Əminət?.. Niyə çığırırdın?..

Pauza

Əminət (sinəsini gərərək)

Öldür, məni, qardaşım, öldür... Düz buradan vur... Mən bu xəyanətini gizlədə bilmərəm... Qazı Məhəmmədin atası ölümə layiq deyil...

Soltan

Əminət, sənin ağlın başındadırmı?

Əminət

Mən öz gözümlə gördüm. Mən hər gün, hər gecə səni izləyirdim. Oh, mən qarışıq yuxumu görürəm nədir?.. (Ərinin qabağında diz çökür) Sən haqlısan, Şamil. Məni bağışla... Niyə bir-birinizin üzünə baxırsınız?.. Günah məndədir. Öz doğma qardaşını satan bacının yaşamağa haqqı yoxdur...

Şamil

Soltan, at yerə, tapançanı!..

Soltan

Baş üstə, imam... (Tapançanı yerə atır) Vərdiş eləmişəm... İndi yadıma düşdü ki, mənim silah götürməyə haqqım yoxdur.

Şamil (Əminətin qolundan tutub ayağa qaldırır, tapança ilə dalbadal iki güllə atır)

Soltan, ağaca söykən, tez!..

Soltan

Mənim günahım nədir, imam?

Şamil

Sənin heç bir günahın yoxdur... Bütün günahlar məndədir ki, sənin kimi xaini dünya işığına həsrət qoymamışam.

Səsə gələn müridlər Şamilin ətrafını bürüyürlər.

Səslər

Nə var, nə olmuşdur?

– Tüfəngi atan kim idi?

Şamil

Səssiz!..

Aralığa sükut çökür.

Mən hələ cavan ikən qapımda boz bir it saxlardım. O, böyüyəndə qudurub ayağımı dişlədi. Mən də onu öldürdüm. Bax, belə. (Tapança ilə güllə atır, Soltan yıxılır)

Əminət

Aman!.. qardaşım!

Şamil

Qardaşın xəyanəti daha dəhşətli olur... (Müridlərin birinə) Sən get, Tamarini gətir...

Mürid

Baş üstə, imam. (Gedir)

Kərimətin anası (kişi paltarı geyinmiş və yaraqlanmış Qızının qolundan tutub gətirir)

İmam!..

Şamil

Nə istəyirsən, bacı?..

Kərimətin anası

Eşitdim ki, bu gün qazavatdır...

Şamil

Doğrudur... Yaranalın qoşunu dörd yanımızı halqa kimi bürümüşdür... Biz indi dəryada tufana düşmüş bir qayıq kimiyik... Bata da bilərik, üzüb sahilə çıxa da bilərik... Bax, hər yandan barıt qoxusu gəlir. Sən necə bilirsən, bu halqanı qırıb kənara çıxmaq lazımdır, yox?

Kərimətin anası

Lazımdır, İmam... Sənin yolunda iki oğlumu qurban vermişəm, bir də ərimi... İndi də al, bu qızımı apar... Qoy deməsinlər ki, mənim daxmamdan qazavata gedən yoxdur.

Şamil

Sağ ol. Ömrümdə heç belə sevindiyim yadıma gəlmir. Dağıstanda yüz sənin kimi ana olsaydı, qarşımda ölüb belə diz çökərdi... Sağ ol, ana, aslan ürəkli ana. (Sakit nəzərlərlə kütləyə baxaraq) Tabe olmaq istəyən kimdirsə, irəli çıxsın.

Pauza

Ana!.. Onları mənə göstər!

Ana

Oğul! Bu qoca ananın sözünə bax... İstəyirlər, qoy tabe olsunlar. Keçmə namərd körpüsündən, qoy aparsın sel səni!..

Şamil

Qoy tülküdən belə qorxaq olan kişilər bu aslan ürəkli ananın qızına baxıb utansınlar.

Bu anda Qazı Məhəmməd əlində siyirmə qılınc səndirləyə-səndirləyə atasına yanaşır.

Ana

Bala, sən neyləyirsən?

Qazı Məhəmməd

Mən bu gün atamla yanaşı getmək istəyirəm, nənə... (Kəriməti göstərərək) Dağıstanın qızları qılınca sarılarsa, mən ağır yaralı da olsam, kənardan durub tamaşa eləməyə haqlı deyiləm.

Şamil (onun qolundan tutaraq)

Gedək, oğlum. Səni ayaq üstündə gördüm, cavanlığım yadıma düşdü. İşdir, bu vuruşmadan sağ çıxmasam, bu qoca atanın vəsiyyətini unutma: dağlarımızın məğrur başı, yağıların önündə əyilməsin... Bu torpağın hər qarışında analarımızın göz yaşı var, oğlum.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qayıtmadı

I**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.

2 мин
Quzu

Şəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.

19385 мин
Kor at

Kənd toyu qurtarırdı.Oğlan evindən gəlmiş dəliqanlılar geri qayıtmağa hazırlaşırdılar. Gəlinlər, qızlar, nişanlının cehizini həyətin ortasında duran ikitəkərli arabaya yükləyirdilər. Hamı əl-ayağa düşmüşdü. Arabanı rəngbərəng xalılarla bəzəyənlərin sevinci yerə-göyə sığmırdı. Onların hamısı bəzənmişdi. Bəziləri, ayaqyalın da olsalar, qanovuzdan don geyinmişdilər.

19387 мин
Konsert

I**Balaca otaqda iki yoldaş oturmuşdu. Səbri piano çalırdı, Ədhəm isə papiros çəkə-çəkə onu dinləyirdi.

12 мин

Стихи других поэтов