Gecikdi
Mən tale-bəxt oyununda naşıyam,Bu torpağın yumruq boyda daşıyam.Ünvanıma işıq yükü daşıyan,Xoş xəbərlər, xoş diləklər gecikdi.
Kimə qəmdi, kimə dəmdi bu çağım.Oyan, könlüm, bu son andı, çal-çağır:Hanı cərrah, hanı cərrah bıçağı? –Ağızucu deyəcəklər: «Gecikdi...»
Yer düzələr, yox, düzəlməz bu kərki;Vədəsində getməlidi gedərgi,Mənası yox, nə xahişin, nə ərkin,Mən tələsdim, gələcəklər gecikdi.
Quba – Digah.19 iyun 1996
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-gecikdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О судьбе
Qanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
Bahar olduNə yatmısan, dur, ey saqi, ki, yay misli bahar oldu,Bulut od yağdırır dünyayə, aləm tarü mar oldu,
RübailərFəzli həqdir vaqifi əsrarımızFəzli həqdəndir qamu ənvarımız
Fantan onun fantanıdırMalu dövlət kimdədir, dövran onun dövranıdır,«Əmr onun əmridürür, fərman onun fərmanıdır».