Çox təzələr köhnəlir
Sözümüz, nəğməmiz köhnəlir, ey dad!Qələmdən kağıza düşən andaca,Daşatdı sevgi də, atüstü toy daKöhnəlir gözümün qabağındaca.
Alanın əli yox, satanın malı,Min şübhə doğulur, heyrət doğulmur.Təzə söz boğazda tıxanıb qalır,Doğru doğulmursa, – sənət doğulmur.
Elə bil ilhamın yolu bağlıdır,Ha gözlə, qayıdıb dalınca gəlməz.Zaman ağlağanı belə ağladır –İlham perikdisə, ölüncə gəlməz.
İllərlə babalar düşmədi atdan,Zamanla bu sayaq üz-üzə durduq.Yığılıb qırmızı bayrağın altdaYasin oxuyurduq, himn oxumurduq.
Sən böyük yazığı xırda millətin,Sən yığıb nəyin var – bir bənd edəydin.Yamanın yaxşıya peyvəndi çətin,Yaxşını yamana peyvənd edəydin.
İllər həsrətinə dözən şerimiz,Köhnəldi nə yaxşı, susdu nə yaxşı.Arazdan, Təbrizdən yazan şerimiz,Köhnəldi nə yaxşı, susdu nə yaxşı.
Qəm hələ nə yanğı, dəmi duyan yox;Soluxmuş kədəri kim oxuyacaq?Nimdaş fikirlərə yiyə duran yox,Cındır nəğmələri kim oxuyacaq!
Şüar yazmağınan çörək qazanan,Çəpik çalmağınan mənsəb haqladı;Yenə də haqsızdır haqqa qızınan,Yenə də haqlını qış qucaqladı.
Bu boyda varlığa yalançı dedim,Hər alqı-satqıya yalan açıqdı.Nə qədər vədləri yığıb ələdim –Ələdim, hamısı yalana çıxdı.
Qartal nəfəsidir sözün nəfəsi,Duyğusuz ürəkdə bayquş uluyur,Zamanın gözləri mizan-tərəzi,Çəkin var, yükün var, səsin var, buyur...
9 may 1996
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-cox-tezeler-kohnelir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səndən danışıram, Araz, ay Araz,Bulan da, durul da, səsimi dinlə.
Uşaq səsləriMən bir uşaq tanıyırdım, dəcəl bir uşaq,Xəyalının quş qanadı, yel atı vardı.
Soruşdum birindən, şairəmmi mən?Soruşdum birindən, şairəmmi mən?Özüm ki, özümü öyə bilmərəm!
QocaƏkdiyi çiçəklər göyərirhər bahar gələndə,
Стихи других поэтов
Ey dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
BirAbı çeşmin göllərdə sona da bir, qaz da bir,Süsən sünbül, mor bənövşə, bülbül ötər yazda bir.
Çığalı müxəmməsƏğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,