Getdilər
Mərdi yıxılmağa qoymadı mərdlər,Hayına, sayına yaraq getdilər.Namərdlər gah qara,Gah ağ yamaqdı,Yamaq yaşadılar, yamaq getdilər.
Boylan günəşlərə, tüstülü bacam,Mənzil haqlamadı hər yüyrək qaçan,Bəzən gözümüzün qabağındacaAramla gedənlər uzaq getdilər.
Qapılma şöhrətlər,tapılma şanlar,Kiminə yəhərdi,Kiminə şallax.Yüzü haxlayanlar, yüzü aşanlar,Yenə də dünyadan uşaq getdilər.
Torpağa yar deyən qovuşdu ona,Var sözü – keşikçi, qoşundu ona,Susan qələmi də qoşuldu ona,Vədəsiz getdilər,Üzü ağ getdilər.
Sentyabr, 1983
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-getdiler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ta mənim dalımca gəlmə, əzizim,Bir şöhrət çəhlimi tap, qoşul ona.
İbrət-nifrət muzeyiSən dünyaya göz açdığın bu diyarda,Ünvan gəzdim.
Göy altında, yer üstündəBu dünya ibrətdi, bu dünya dərsdi,İtirən uduzur,
Necə yaşadımsa...Heç nə qalmayacaq, bilirəm, heç nə;Nə şöhrət çələngi, nə şöhrət tacı.
Стихи других поэтов
Var idi heç olmasa Şirvanda beş-üç il qabaqMəscidin cünbündə tək bir əhli-sünni məktəbi.
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
Qəzəl: Ötən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asaÖtən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asa,Məni üryan ü ləğər görcəkin el baxmadı əsla
Dağlara vidaƏzəldən can deyərək bu sevdalı ölkəyə,Hər qadasın aldığım sana əyan, a dağlar.