Sən dünyaya göz açdığın bu diyarda,Ünvan gəzdim.Soraqladım, açıq gəzdim,Pünhan gəzdim,Tanımayan tanımadı,Tanıyanlar baş buladı,danışmadı.Elə itdin, elə batdın, bu torpağaBircə çimdik külün beləqarışmadı.Qapısını açdığın bir dost evi yox,Qardaş, bacı, qohum yoxdu,Tanış yoxdu, simsar yoxdu;Atan-baban tapşırılmışHeç naməlum məzar yoxdu,İzin-tozun saxlamağaBir zağa yox, bir kaha yox, mağara yox,«Vardı» – deyən bir dəli yox, bir səfil yox,Avara yox.Nə nəvən var, nə nəticən, nə kötükcən olacaqdı;Bu tarixi, bu ibrəti yad edəcəkYadıcalar olsa haqdı.Qanı-canı bahasınaGözlərinə baxanların çoxu deyir:gözün dörddü,Baş kəsəndə, ev yıxandaDördünü də birdən örtdün.Deyirlər ki, gözlərinin biri hərdənƏdaləti, haqqı görüb,O, alqışa susayanda xalqı görüb –Bu məqamda taxta çıxıb əmr edirdi:«Hər nə bəddi, hər nə sərtdi,Hər nə xoşdu, hər nə boşdu...»Hökmün sonu:Yenə «haqqı» düzləməkdi,Yenə üzdə olanları üzləməkdi,Bu yol – döngə, yarğan-uçrumBir də, bir də olmayacaq.Bircə anlıq düşünəsən ibrət üçün,Dörd gözünə, dörd mil azdı –Nifrət üçün.Varlığından nə qalıbsa,Nə eşidib, nə görmüşəm –Çevirirəm birər-birər:Xəyalımda «sənə layiq».Ev muzeyi düzəldirəm,Girəcəkdə: bədənsiz baş,Qılınc tutan bədənsiz əl...İçəridə: Baş cəlladın şəkli başda,Sonra gəlir: əmrə hazır cığırdaşlar.Sonra gəlir: «Qəbristana dönən şəhər» –Bir xəndəyə kürəklənirƏli yoxlar, gözü yoxlar,Başı yoxlar...Sonra gəlir: gülləbaran!«Xalqa düşmən xalq kütləsi!»Altda yazı:«Xalqa düşmən olanlara xalq cəzası».Sonra gəlir: «Uzaq Sibir mənzərəsi».Doğranılmış göy meşədə boz kötüklər...Kötüklərin dibindəcə boş qəbirlər...Başda yazı:«Əvvəlcədən bağlanılmış müqavilə» –«Sibirdən Bakıya qardaş töhfəsi».«Yeni sakinləri gözləyir Sibir».Sonra gəlir: Kremldən gələn səslər.Baş cəlladın teleqramı:«Xalqı xalqdan qoruyana dost salamı!»Sonra gəlir baş cəlladın məktubları:«Qızıl sözlər guşəsi...»Mən görməzdim o muzeyi,Mən girməzdim o muzeyə,bacarmadım.Yox, o muzey mənə çoxdan,Çoxdan tanış,Bundan böyük, bundan doğru muzeyiniHeyf, tarix saxlamamış.Ha istədim o muzeyin qapısındanPünhan keçəm, – bacarmadım.Gözlərimi yumam keçəm, –bacarmadım.Bircə düyün, yapışmağa bir əl yeri –Bir anlığa səni, səni xilas üçünTapılmadı.Rəğbət üçün, rəhmət üçün,Dəqiqəlik bir yas üçün

Tapılmadı.Sənə yazıq,Sənə bədbəxt,Sənə sarsaq,Sənə harın, sənə sərsəmDemək üçün.Bəlkə elə günahısanSəni doğan bir millətin,Ha istədim xilqətə yad xilqətinəBir ad verəm: – Alınmadı.Mirqəzəblik sənətinəBir ad verəm: – Alınmadı.İmanımı, gümanımıVəkil tutdum, alınmadı.Vicdanımı vəkil tutdum,Alınmadı.«Karsız» dedim, alınmadı,«Gorsuz» dedim, alınmadı.Bir zağan yox, bir kahan yox,Mağaran yox,Kimsənən yox, simsarın yox.Əqrəban yox!Məzarın yox, sarayın yox, xaraban yox!Dən axtardım,Çürük bir dən:Öləziyən xatirədəBitsə birdən...Əl bu günü,Dil dünəni silkələdi, –Görünmədi.Söz daş oldu,Daş mələdi, görünmədi.Hara yazaq bu yazını,Kimə deyək bu deyimi?Bu muzeyə nə ad verək: –İbrət-nifrət muzeyimi?..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов