Nədir günahınız, açıq danışın,Üstümə qayıdan yazılarım, siz!Hansı bir naşının, bir ağlı çaşınƏlək baxışından keçməmisiniz?!

Doğulan dünyaya göz açsın gərək,Siz hələ yaşarsız gözü yumulu.Sizi əbədimi kor eləyəcəkBir duzsuz hırıltı, bir gizli yumruq!

Sizə nə ad verim, haraya yığım?Sizi nə yaşatmaq, nə atmaq olur.Müəllif qəlbindən günahsız çıxıbOraya günahkar qayıtmaq olmur.

Günahkar söylədim, günahkar kimiNədir təqsiriniz – oturun – yazın.Dərsdən çıxarılan uşaqlar kimiElə gözləriniz yerə baxmasın.

Yalanmı danışdız? Ağzında yalanBoğaram öz doğma balamı da mən.Vətənsiz alışan, vətənsiz yananVətəndaş pasportlu ilhamı da mən.

Doğrumu danışdız – öz mədəsindəHamı əritməyir həqiqətləri.Hələ dolaşıqdır yer kürəsindəYalanla doğrunun sərhəd xətləri...

Bəlkə də hər yerdə bir müti, məlul,Hər qaba yerləşən su halınız yox.Ağızdan çıxmamış cavabı məlum,Ölçülü, biçili sualınız yox...

Mənə şərəflidir belə ölümlər:Qoy batsın sinəmə, batsın min nizə,Arazdan, Cənubdan yazmağım əgərDünyada ən böyük cinayət isə.

Mənim də dağım var, mənim də göyüm,Siz mənim arabir qəzəb qarımsız.Siz mənim bir az sərt, bir az ərköyün,Bir az da dəlisov övladlarımsız.

Sizdə nə günah var, döyürsə zaman,Sizi yazan mənəm, günahkar mənəm.Qayıdan haqlıdır, yoxsa qaytaran,Hələ heç özüm də deyə bilmirəm...

Məchul suallarda bəzən çaşıram,Bəzən də lüzumsuz cığallaşıram,Adi hesablarda dolaşıram mən,Hər vaxt bir almıram bir dəfə birdən...

Cavabı mürəkkəb cəbr alınarmışBir dəfə birdən.Bir tale beləcə iki olarmışBir dəfə birdən.

Bəşər anamızda bu təbiət var:Onda həm intiqam, həm mərhəmət var,Bəzən bir əliylə boynunu vurur,O biri əliylə heykəllər qurur.

Dadına yetməyir ac qalan zamanÖləndə hay salır, «Öldü acından»,Bəşər anamızda bu mərhəmət var:Ölən qəhrəmana sahib tez tapar!

Qalın arxivimdə şıltaq hisslərim,Siz sarı simləri itən tarımsız.Ən pis yaxşılarım, yaxşı pislərim,Mənə çox oxşayan yazılarımsız!

14 yanvar 1968

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов