Rədd olun başımdan:divar söhbətlər,pilləkan get-gəllər,Pəncərə qulaqlar,hava münasibətlər.Rədd olun başımdan!Rədd olun başımdangicitkən nəşəli,dalağan xəbərlər,sağsağan peşəliçalağan xəbərlər,Rədd olun başımdan!Bu gün mənöz yaddaşımdanxəbərlənmək istəyirəm.Xatirələr küləyindəxəlbirlənmək istəyirəm.Ehey, məni eşidənlər!əlini yelləyib«Əşşi»... deyənlərMənim təkliyiminkeşiyində durun.Bu təklikdəgərəkliyiminkeşiyində durun!Çəkilib körükxanama,Sizin üçün:dəmir yoğurmaq istəyirəm.Çəkilib çörəkxanama,sizin üçünXəmir yoğurmaq istəyirəm.Qoyun sizdən ötrüNəğmə dilənim,sayaçı olum.Fərəh sayqacı olum.Heç məni sevməyin,Çörək də verib,yaşatmayın.Bircə sizin üçündaş yonanlaraİnsanlar, daş atmayın.

Fevral, 1969

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов