Tofiq Bayrama

Dəniz qırağında oynayır uşaq,Sahil də onundur, dəniz də onun.Hərdən çəmənləşən, hərdən dağlaşanDalğalar gözündə uşaq oyunu...

Üfüqdə qırmızı günəş gərnəşir,Dəniz alovlanır, dəniz odlanır.Uşaq yüyürür ki, tuta günəşi,Uşaq günəşi də oyuncaq sanır.

Anası deyir ki, «batarsan, bala,Günəş çox uzaqdı, dəniz çox dərin».Uşaq da duruxur, çəkilir dala,«Olmazı olmaya bu böyüklərin...»

Qayıdıb həvəslə sovurur qumu,Günəşin üstünə qum atır hərdən;Sonra da yüyürür: «Qoy qaçım, yuyum...»Anası qışqırır: – Demədimmi mən...

«Günəşin gözünə qum doldu axı,Qoy qaçım üzündən öpüm, barışaq...»Anası ovudur: «Yemək vaxtıdır,Bir az da dayansaq gün yandıracaq...»

Bir də qulağımda səsləndi bu səs:«Günəş çox uzaqdı, dəniz çox dərin»,Minib söz atını, dinməz-söyləməzÇapdım sonunacan bu fikirlərin.

«Olmaz»dan «olar»a – bir ömür yolu,Yenə çox arzumuz qalır yarıda.Qoy uşaq yüyürsün günəşə doğru,Yığsın ciblərinə ulduzları da.

Büdrəyər- büdrəsin, nə vaxtsa, neynək,Dalğanı keçilməz bir dağ bilməsin.İndidən dənizə dərin deməyək,İndidən günəşi uzaq bilməsin...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе